Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
şğaldan azad edilmiş ərazilərə ayrılan vəsait 38,7 milyard manata çata bilərAzərbaycanda işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və məskunlaşdırılması tədbirlərinə 2027–2030-cu illərdə dövlət büdcəsindən ümumilikdə 13 milyard 200 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır.
Marja.az xəbər verir ki, bu barədə “2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrinin ortamüddətli proqnoz göstəriciləri”ndə bildirilir.
Sənədə əsasən, “Böyük Qayıdış II” planının layihəsi çərçivəsində nəzərdə tutulan 13,2 milyard manatlıq vəsaitin həmin dövrdə dövlət büdcəsinin əsaslı xərclərində xüsusi çəkisi 24,1% təşkil edəcək.
Başqa sözlə, 2027–2030-cu illərdə dövlət büdcəsindən planlaşdırılan əsaslı xərclərin təxminən hər 4 manatından 1 manatının işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpasına yönəldilməsi nəzərdə tutulur.
2020–2025-ci illərdə 22 milyard manat ayrılıb
Büdcə sənədində qeyd olunur ki, 2020–2025-ci illərdə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən ümumilikdə 22 milyard manat vəsait ayrılıb. Bu məbləğin 4,5 milyard manatı 2025-ci ilin payına düşüb.
2026-cı ilin dövlət büdcəsində isə eyni məqsədlər üçün 3,5 milyard manat vəsait nəzərdə tutulub.
Beləliklə, 2020–2026-cı illər üzrə ayrılmış və nəzərdə tutulmuş vəsaitlərin ümumi məbləği 25,5 milyard manata çatır.
2030-cu ilədək ümumi məbləğ 38,7 milyard manata çata bilər
2027–2030-cu illər üçün proqnozlaşdırılan əlavə 13,2 milyard manat da nəzərə alınarsa, 2020–2030-cu illərdə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün dövlət büdcəsindən ayrılmış və planlaşdırılan vəsaitlərin ümumi məbləği 38 milyard 700 milyon manata çatacaq.
Bu məbləğin 22 milyard manatı 2020–2025-ci illərdə ayrılmış vəsaitləri, 3,5 milyard manatı 2026-cı il üçün nəzərdə tutulan xərcləri, 13,2 milyard manatı isə 2027–2030-cu illər üzrə proqnozu əhatə edir.
Qeyd edək ki, 38,7 milyard manat faktiki xərclənmiş vəsait deyil, ötən illərdə ayrılmış və gələcək illər üçün nəzərdə tutulan məbləğlərin cəmidir.
Yenidənqurma və məskunlaşdırma işləri davam etdirilir
Sənədə əsasən, 2025-ci ildə də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində şəhər və kəndlərin yenidən qurulması, yaşayış məntəqələrinin bərpası və müasir infrastrukturun yaradılması istiqamətində işlər davam etdirilib.
2027–2030-cu illər üçün hazırlanan “Böyük Qayıdış II” planının layihəsi isə işğaldan azad edilmiş ərazilərdə bərpa və məskunlaşdırma tədbirlərinin növbəti mərhələdə davam etdirilməsini nəzərdə tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
12 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
12 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
13 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
13 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
14 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 16 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır



























