Qiymətləndiricilər Palatası Milli Qiymətləndirmə Standartları hazırlayır
Azərbaycanda əmlakın qiymətləndirilməsi qaydaları dəyişə bilər. Daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı yeni standartlar hazırlanır. Bank kreditlərində girovların qiymətləndirilməsi ilə bağlı da yeni standartlar hazırlanır.Azərbaycanda Milli Qiymətləndirmə Standartlarının (MQŞ) hazırlanması qiymətləndirmə fəaliyyətinin beynəlxalq prinsiplərə uyğunlaşdırılması, aktivlərin dəyərinin müəyyənləşdirilməsində metodoloji ardıcıllığın təmin edilməsi və qiymətləndirmə nəticələrinin etibarlılığının artırılması baxımından mühüm strateji əhəmiyyət daşıyır. Yeni standartların əsas vəzifəsi yalnız qiymətləndirmə prosesinə vahid qaydalar gətirmək deyil, eyni zamanda dəyər haqqında peşəkar mülahizələrin hansı prinsiplər, məlumatlar və fərziyyələr əsasında formalaşdırmaq və tam şəffaflaşdırmaqdır.
Bu fikirləri Marja.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədr müavini Ayan Qəmbərova söyləyib.
Onun sözlərinə görə, qiymətləndirmə nəticəsi iqtisadi qərarların qəbuluna birbaşa təsir göstərən mühüm maliyyə-analitik məlumatdır:
“Daşınmaz əmlakın alqı-satqısı, bank kreditləşməsi, investisiya portfellərinin formalaşdırılması və digər mürəkkəb korporativ əməliyyatlar zamanı aktivin dəyərinin nə dərəcədə əsaslandırılmış olması tərəflərin risk profillərini və qərarlarının keyfiyyətini təyin edən təməl amillərdəndir. Qiymətləndirmənin keyfiyyəti yalnız yekun rəqəmin düzgünlüyü ilə ölçülə bilməz. Əsas məsələ həmin nəticənin hansı məlumatlara söykənməsi, seçilmiş metodun, məsələn, gəlir, xərc və ya bazar müqayisəsi yanaşmasının konkret aktivə nə dərəcədə uyğun olması, mülahizələrin necə əsaslandırılması və nəticəyə təsir edən qeyri-müəyyənliklərin nə dərəcədə nəzərə alınmasıdır. Peşəkar qiymətləndirmə məhz bu elementlərin bir-biri ilə əlaqəli şəkildə təhlil edilməsini tələb edir.
Milli standartlar bu yanaşmanı sistemləşdirməli və qiymətləndirmə nəticələrinin əsaslandırılmasını daha aydın şəffaflıq çərçivəsinə salmalıdır. Beynəlxalq Qiymətləndirmə Standartlarının (IVS) milli çərçivəyə inteqrasiyası hazır müddəaların mexaniki şəkildə köçürülməsi ilə məhdudlaşmamalıdır. Burada əsas vəzifə beynəlxalq metodoloji prinsiplərin mahiyyətini qorumaqla onların Azərbaycanın hüquqi və iqtisadi mühitində, xüsusilə mülki, vergi və mənzil məcəllələrinin, eləcə də maliyyə tənzimləmələrinin tələbləri daxilində tətbiqini təmin etməkdir. Bu isə terminologiyanın unifikasiyasını, yerli normativ baza ilə uzlaşdırmanı və ayrı-ayrı tələblərin praktiki nəticələrinin əvvəlcədən dərindən təhlilini zəruri edir”.
AQP rəsmisi qeyd edir ki, beynəlxalq təcrübənin milli standartlara daxil edilməsi qiymətləndirmə fəaliyyətinin müqayisəolunma imkanlarını genişləndirəcək:
“Bununla belə, müqayisəolunma bütün aktivlərin eyni üsulla qiymətləndirilməsi demək deyil. Əksinə, fərqli aktivlərin xüsusiyyətlərinə, bazar məlumatlarının mövcudluğuna və qiymətləndirmənin məqsədinə uyğun spesifik metod seçilməli, bu seçimin səbəbləri tam əsaslandırılmalıdır. Azərbaycan Qiymətləndiricilər Palatasının Standartlaşma və metodologiya komissiyası çərçivəsində aparılan işlərdə məhz metodoloji tələblərin praktik tətbiqi xüsusi diqqət mərkəzindədir. Risklərin qiymətləndirilməsi üzrə İşçi Qrupunun müntəzəm toplantılarında layihə müddəaları müzakirə olunur, müxtəlif yanaşmalar nəzərdən keçirilir və sənədlərin real qiymətləndirmə prosesində işlək olması üçün təkliflər hazırlanır.
Risklərin qiymətləndirilməsində ən mühüm məsələlərdən biri riskin mövcudluğunu müəyyən etməklə onun aktivin dəyərinə təsirini düzgün qiymətləndirmək arasındakı fərqi nəzərə almaqdır. Məsələn, bazar məlumatlarının məhdudluğu, gələcək gəlirlərlə bağlı qeyri-müəyyənlik və aktivin xüsusiyyətlərindən irəli gələn amillər eyni qaydada təhlil edilə bilməz. Qiymətləndirici bu amillərin hansının nəticəyə necə təsir etdiyini müəyyənləşdirməli, istifadə etdiyi məlumatların məhdudiyyətlərini açıqlamalı və qəbul etdiyi fərziyyələri əsaslandırmalıdır. Standartlaşdırmanın məqsədi peşəkar mülahizəni aradan qaldırmaq deyil, onun daha sistemli, şəffaf və yoxlanıla bilən şəkildə formalaşdırılmasına şərait yaratmaqdır”.
AQP sədrinin müavininin fikrincə, bu yanaşma qiymətləndirmə hesabatlarının istifadəçiləri üçün də əhəmiyyətlidir:
“Hesabatda yalnız yekun dəyərin göstərilməsi deyil, həmin nəticəyə aparan məntiqi zəncirin izlənilə bilməsi vacibdir. Bu, sifarişçilərə, maliyyə institutlarına (banklara, sığorta şirkətlərinə), investorlara və digər maraqlı tərəflərə qiymətləndirmənin əsaslarını daha düzgün anlamağa, müxtəlif hesabatları müqayisə etməyə və qərarlarını daha dolğun, risklərdən sığortalanmış informasiya əsasında qəbul etməyə imkan verə bilər.
Standartların digər mühüm funksiyası qiymətləndiricinin peşəkar müstəqilliyini və qərarlarının əsaslandırılmasını dəstəkləməkdir. Aktivin dəyəri müxtəlif tərəflərin iqtisadi maraqlarına təsir göstərə bildiyindən, qiymətləndirmə prosesi sifarişçinin gözləntilərindən deyil, müvafiq metodologiyadan, mövcud sübutlardan və peşəkar mülahizədən çıxış etməlidir. Aydın standartlar bu tələbləri konkretləşdirməklə qiymətləndirmə fəaliyyətində keyfiyyət meyarlarının daha ardıcıl tətbiqinə kömək edə bilər".
Ayan Qəmbərova əlavə edib ki, standartların hazırlanması onların təsdiqi ilə yekunlaşan texniki proses kimi qiymətləndirilməməlidir:
“Sənədlərin effektivliyi qiymətləndiricilərin onları nə dərəcədə düzgün anlamasından, praktikada tətbiq edə bilməsindən və dəyişən bazar şəraitində tələblərin ardıcıl yerinə yetirilməsindən asılı olacaq. Buna görə də metodoloji izahların hazırlanması, peşəkar müzakirələrin davam etdirilməsi və tətbiq zamanı meydana çıxan sualların təhlili əhəmiyyət daşıyır.
Standartın real dəyəri onun sənəddə mövcudluğu ilə deyil, praktikada hansı keyfiyyət dəyişikliyi yaratması ilə müəyyən olunur. Bizim üçün vacib olan beynəlxalq prinsiplərə uyğun, eyni zamanda yerli bazarın xüsusiyyətlərini nəzərə alan, qiymətləndiriciyə aydın istiqamət verən və hesabatın istifadəçisinə nəticənin əsaslarını anlamağa imkan yaradan bir çərçivənin formalaşdırılmasıdır. Bu məqsədlə hər bir müddəanın həm metodoloji əsaslılığı, həm də tətbiq imkanları diqqətlə nəzərdən keçirilməlidir”.
Müsahibimiz qeyd edib ki, Palata nəzdində Milli Qiymətləndirmə Standartlarının hazırlanması üzrə davam edən işçi görüşləri layihələrin təkmilləşdirilməsinə, yanaşmaların uzlaşdırılmasına və sənədlərin təsdiqə təqdim olunması üçün hazırlanmasına xidmət edir: “Bu təşəbbüsün uzunmüddətli əhəmiyyəti qiymətləndirmə fəaliyyətinin keyfiyyətinə dair daha aydın gözləntilərin formalaşmasında, peşəkar məsuliyyətin gücləndirilməsində və dəyər haqqında məlumatlara etimadın artırılmasında özünü göstərə bilər. Milli standartların ardıcıl tətbiqi nəticəsində qiymətləndirmə yalnız rəqəmin müəyyən edilməsi prosesi kimi deyil, iqtisadi qərarların əsaslandırılmasına xidmət edən sistemli, şəffaf və məsuliyyətli peşəkar fəaliyyət kimi daha da möhkəmlənə bilər”.
Müştərilərin xəbərləri
Kapital bazarında yeni rekord: “Prior Leasing” istiqrazlarına tələb təklifi 2 dəfədən çox üstələyib ®
70 000 AZN-dək kredit, 0% komissiya, 9,5%-dən başlayan faiz dərəcəsi - RABİTƏBANKDA “GREEN FRIDAY” FÜRSƏTİ ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 2 gün sonra
- 35 d. əvvəl
-
56 d. əvvəl
Aylıq 445 manatdan –Daha 90 tam təmirli mənzil kirayə mexanizmi ilə təklif olunur
-
1 saat əvvəl
Baku Steel Company Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Hesablanmış verginin 25%-i ödənilməyəcək - Sahibkarlara yeni vergi güzəşti
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
İri şəbəkə Buzovnada mağaza açır
SOCAR Çin şirkəti ilə neft-kimya və istehsalın modernləşdirilməsi sahəsində əməkdaşlığı müzakirə edib
Ən çox oxunanlar
Əczaçılıq sektorunda 41 milyard dollarlıq sövdələşmə
Kapital bazarında yeni rekord: “Prior Leasing” istiqrazlarına tələb təklifi 2 dəfədən çox üstələyib ®
Yeni proqnoz – 1 dollar 60 lirəyə çata bilər
70 000 AZN-dək kredit, 0% komissiya, 9,5%-dən başlayan faiz dərəcəsi - RABİTƏBANKDA “GREEN FRIDAY” FÜRSƏTİ ®
Noyabrın 25-də gözlənilən hava şəraiti





















