Satmaq öhdəliyi ilə kirayə mənzillərlə bağlı yeni məhdudiyyətlər tətbiq olunur
Azərbaycanda 10 mindən çox müqavilə bağlanan mənzil mexanizmində yeni qaydalarİpoteka və Kredit Zəmanət FondununYaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb.
Məlumatda bildirilir:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli 488 nömrəli Fərmanına uyğun olaraq, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə satmaq öhdəliyi ilə kirayə mexanizminin tətbiqi uğurla davam etdirilir. Bu mexanizm çərçivəsində 2020-2026-cı illər ərzində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 17 müxtəlif ünvanda yerləşən yaşayış komplekslərində tam təmirli mənzillər vətəndaşlara təqdim edilib və indiyədək 10 mindən artıq kirayə müqaviləsi rəsmiləşdirilib.
Kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaşın faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısının alınması məqsədilə 1 oktyabr 2026-cı il tarixindən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydalarına edilən dəyişikliklər aşağıdakılardır:
1. Satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində mənzil əldə etmiş kirayəçi öhdəliyini başqa şəxsə müqavilə bağladığı tarixdən 3 il müddət keçdikdən sonra ötürə biləcək, eyni zamanda öhdəliyini ötürmüş şəxslər bu mexanizmdən öhdəliyin ötürülmə tarixindən 5 il sonra təkrar faydalanmaq imkanı qazanacaqlar.
2 Müraciət anına İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş aktiv ipoteka krediti olmayan borcalanlar satmaq öhdəliyi ilə kirayə mexanizmindən faydalana biləcəklər.
3. Ərizəçinin kredit tarixçəsinin qiymətləndirilməsi ilə bağlı şərtlər də yenilənib. Belə ki, qiymətləndirmənin nəticəsinə əsasən, yalnız “müsbət” və “qənaətbəxş” kredit tarixçəsi olan şəxslər kirayə mənzil mexanizmindən yararlana biləcəklər .
Qaydalara edilmiş dəyişikliklərlə bağlı vətəndaşların əlavə sualları yarandığı halda, Fondun 1549 Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
Kapital bazarında yeni rekord: “Prior Leasing” istiqrazlarına tələb təklifi 2 dəfədən çox üstələyib ®
70 000 AZN-dək kredit, 0% komissiya, 9,5%-dən başlayan faiz dərəcəsi - RABİTƏBANKDA “GREEN FRIDAY” FÜRSƏTİ ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 2 gün sonra
- 35 d. əvvəl
-
56 d. əvvəl
Aylıq 445 manatdan –Daha 90 tam təmirli mənzil kirayə mexanizmi ilə təklif olunur
-
1 saat əvvəl
Baku Steel Company Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Hesablanmış verginin 25%-i ödənilməyəcək - Sahibkarlara yeni vergi güzəşti
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
İri şəbəkə Buzovnada mağaza açır
SOCAR Çin şirkəti ilə neft-kimya və istehsalın modernləşdirilməsi sahəsində əməkdaşlığı müzakirə edib
Ən çox oxunanlar
Əczaçılıq sektorunda 41 milyard dollarlıq sövdələşmə
Kapital bazarında yeni rekord: “Prior Leasing” istiqrazlarına tələb təklifi 2 dəfədən çox üstələyib ®
Yeni proqnoz – 1 dollar 60 lirəyə çata bilər
70 000 AZN-dək kredit, 0% komissiya, 9,5%-dən başlayan faiz dərəcəsi - RABİTƏBANKDA “GREEN FRIDAY” FÜRSƏTİ ®
Noyabrın 25-də gözlənilən hava şəraiti






















