970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Bank Respublika xaricdən 40 milyon dollar kredit cəlb etdi - MÜQAVİLƏ BAĞLANIB

Kənd təsərrüfatı və qadın sahibkarlığı üçün böyük kredit sazişi imzalanıb.
AzVak-mobil_resmin_ustu_31
Bank Respublika xaricdən 40 milyon dollar kredit cəlb etdi - MÜQAVİLƏ BAĞLANIB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar.

Marja xəbər verir ki, vəsait kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ticarəti sahəsində fəaliyyət göstərən bizneslərin maliyyələşdirilməsinə, eləcə də qadın sahibkarlığının dəstəklənməsinə yönəldiləcək. Maliyyələşmə həmçinin müasir damcı suvarma sistemlərinin tətbiqinə və müxtəlif hava şəraitinə uyğunlaşan bitki və meyvələrin yetişdirilməsini də dəstəkləyəcək.

Ölkə üzrə geniş filial şəbəkəsi sayəsində Bank Respublika Azərbaycanın bütün regionlarında sahibkarlar üçün maliyyələşmənin əlçatanlığını təmin edəcək.

“Bu maliyyələşdirmə özəl sektorun aparıcı rol oynadığı iqtisadi artımı təşviq etdiyinə, ərzaq təhlükəsizliyini gücləndirdiyinə, dayanıqlığı artırdığına və paytaxtdan kənar regionlarda qadınların rəhbərlik etdiyi bizneslərin maliyyəyə çıxış imkanlarını genişləndirdiyinə görə AİB-in 2025–2029-cu illər üzrə Azərbaycana dair Ölkə Tərəfdaşlıq Strategiyasına tam uyğundur. Bu layihə AİB-in “Bank Respublika” ilə mövcud əməkdaşlığına təkan verir və biz qeyd olunan məqsədlərə nail olmaq üçün tərəfdaşlığımızı daha da dərinləşdirməkdən məmnunuq”, – ADB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Jamal bildirib.

“Azərbaycanın regionlarında sahibkarlığın dəstəklənməsi Bank Respublikanın strateji prioritetlərindən biridir. Asiya İnkişaf Bankı ilə yeni saziş kiçik və orta biznesin, xüsusilə kənd təsərrüfatı, müasir aqrotexnologiyalar və qadın sahibkarlığı sahələrində maliyyələşdirilməsini genişləndirməyə imkan verəcək. Biz ADB ilə uzunmüddətli əməkdaşlığımızı yüksək qiymətləndiririk. Bizim üçün bu saziş yalnız uzunmüddətli maliyyələşmə mənbəyi deyil, həm də beynəlxalq maliyyə institutlarının bankımızın dayanıqlılığına, strategiyasına və fəaliyyətinin nəticələrinə etimadının növbəti təsdiqidir” - deyə Bank Respublika-nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib

ADB. Asiya və Sakit okean regionunda davamlı, inklüziv və dayanıqlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır. 1966-cı ildə yaradılan ADB-nin 69 üzvü var və onlardan 50-si region ölkələridir.

1992-ci ildə yaradılmış Bank Respublika fiziki şəxslərə, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə, eləcə də korporativ müştərilərə geniş çeşiddə maliyyə xidmətləri təqdim edən Azərbaycanın aparıcı banklarından biridir. Sahibkarlığın maliyyələşdirilməsini strateji prioritetlərindən biri kimi müəyyənləşdirən Bank 2026-cı ildə nüfuzlu beynəlxalq “Euromoney” nəşri tərəfindən “Azərbaycanda kiçik və orta biznes üçün ən yaxşı bank” mükafatına layiq görülüb.

Bank Respublika Asiya İnkişaf Bankı ADB AİB Bank Respublika kredit 40 milyon dollar kredit Bank Respublika maliyyələşmə beynəlxalq bank kreditləri Azərbaycanda sahibkarlığın maliyyələşdirilməsi regionlarda biznes kreditləri kiçik və orta sahibkarlıq KOB kreditləri kənd təsərrüfatı kreditləri aqrar sektor qadın sahibkarlığı damcı suvarma sistemləri Tariyel İsmayılov Sunniya Durrani-Jamal.
26.10.2026 09:57
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19