Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Pezeşkian Moskvaya gedir: Putinlə mühüm görüş keçiriləcək - Şimal–Cənub dəhlizi də müzakirə olunacaq

Putin və Pezeşkian Moskvada görüşəcək – Gündəlikdə mühüm məsələlər var. Şimal–Cənub dəhlizi də müzakirə olunacaq
iç səhifə xəbər başlığı altı (mobil)_31
Pezeşkian Moskvaya gedir: Putinlə mühüm görüş keçiriləcək - Şimal–Cənub dəhlizi də müzakirə olunacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İran Prezidenti Məsud Pezeşkian oktyabrın 27-də Rusiyaya səfər edəcək. Səfər çərçivəsində onun Rusiya Prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulur.

Marja.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali məlumat verib.

Reklam_3_11

Onun sözlərinə görə, Pezeşkian Moskvada keçiriləcək Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) VIII sammitində iştirak edəcək.

İran Prezidenti sammit çərçivəsində digər ölkələrin rəhbərləri ilə də ikitərəfli görüşlər keçirəcək.

Səfir bildirib ki, Pezeşkian və Putin arasında görüş səfər proqramına daxil edilib. Bununla belə, danışıqların yekununda hər hansı sənədin imzalanması nəzərdə tutulmur. 

Görüşdə iki ölkə arasında iqtisadi və ticarət əməkdaşlığının genişləndirilməsi, enerji və ərzaq təhlükəsizliyi, həmçinin Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı məsələlərinin müzakirəsi gözlənilir.

Kazım Cəlalinin sözlərinə görə, prezidentlər regional və beynəlxalq siyasi məsələlər ətrafında da fikir mübadiləsi aparacaqlar.

Səfər İran və Rusiya arasında yüksək səviyyəli diplomatik təmasların intensivləşdiyi dövrə təsadüf edir. Oktyabrın 19-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehrana səfər edərək İran rəsmiləri ilə danışıqlar aparıb.

Qeyd edək ki, Moskvanın ev sahibliyi edəcəyi GECF sammitində qlobal təbii qaz bazarındakı vəziyyət, qaz ixracatçıları arasında əməkdaşlıq, enerji təhlükəsizliyi və beynəlxalq bazarlarda mövcud çağırışlar əsas müzakirə mövzuları olacaq. 

Hər gün yeni vakansiyalar - AzVak.az-da

İran Rusiya Məsud Pezeşkian Vladimir Putin Pezeşkian Putin görüşü İran Prezidenti İran Rusiya münasibətləri Moskva səfəri 27 oktyabr 2026 Kazım Cəlali GECF Qaz İxrac Edən Ölkələr Forumu qaz sammiti təbii qaz bazarı enerji təhlükəsizliyi Şimal–Cənub Nəqliyyat Dəhlizi İran Rusiya iqtisadi əməkdaşlığı Sergey Lavrov beynəlxalq enerji bazarı
26.10.2026 10:48
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19