970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Baku Steel Company Türkmənistanda keçirilən sərgidə məhsul portfelini təqdim edib

“Baku Steel Company” Türkmənistanda potensial tərəfdaşlarla görüşlər keçirib, yeni ixrac imkanlarını müzakirə edib. Azərbaycanın metallurgiya nəhəngi beynəlxalq sərgidə mükafat qazanıb.
AzVak-mobil_resmin_ustu_31
Baku Steel Company Türkmənistanda keçirilən sərgidə məhsul portfelini təqdim edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Baku Steel Company” QSC 21–23 oktyabr 2026-cı il tarixlərində Türkmənistanın paytaxtı Aşqabadda keçirilmiş “Türkmənistanın Neft və Qazı” (OGT 2026) 31-ci Beynəlxalq Konfrans və Sərgisində öz stendi ilə təmsil olunub.

Enerji sektorunun davamlı inkişafı, qlobal enerji bazarındakı aktual tendensiyalar və Türkmənistanın neft-qaz sənayesinə investisiya imkanlarına həsr olunan tədbir müxtəlif ölkələrdən sənaye şirkətlərini və biznes nümayəndələrini bir araya gətirib.

Baku Steel Company sərgidə armatur, katanka, boru, pəstah və ferrosilisium məhsullarını nümayiş etdirib. Stend ziyarətçilərinə məhsulların texniki xüsusiyyətləri, tətbiq sahələri və beynəlxalq keyfiyyət standartlarına uyğunluğu barədə məlumat verilib.

BSC-nin OGT 2026 üçün hazırladığı stend sərginin “Ən yaxşı stend dizaynı” mükafatına layiq görülüb. Mükafat stendin yaradıcı həllinə, peşəkar dizaynına və yüksək səviyyədə təqdimatına görə verilib.

Tədbir çərçivəsində şirkət nümayəndələri potensial tərəfdaşlarla B2B görüşlər keçirərək regional bazarlardakı tələbatı, mümkün əməkdaşlıq istiqamətlərini və qarşılıqlı maraq doğuran layihələri müzakirə ediblər.

OGT 2026-da iştirak Baku Steel Company üçün beynəlxalq bazarlarda mövqeyini möhkəmləndirmək, yeni işgüzar əlaqələr qurmaq və ixrac coğrafiyasını genişləndirmək baxımından əhəmiyyətli olub.

ŞİRKƏT HAQQINDA

“Baku Steel Company” QSC Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsidir və tikinti, infrastruktur və sənaye sektorları üçün yüksək keyfiyyətli polad məhsulları istehsal edir.

Ətraflı məlumat üçün: www.bakusteel.com

Sərgidən digər şəkillər:

Baku Steel Company BSC Baku Steel Company QSC Bakı Polad Şirkəti Azərbaycan metallurgiya sənayesi Türkmənistan Aşqabad OGT 2026 Türkmənistanın Neft və Qazı neft-qaz sərgisi Azərbaycan Türkmənistan iqtisadi əməkdaşlığı polad ixracı Azərbaycan poladı metallurgiya məhsulları armatur istehsalı katanka polad borular pəstah ferrosilisium ixrac bazarları yeni ixrac imkanları B2B görüşlər beynəlxalq sərgi 21–23 oktyabr 2026
28.10.2026 11:19
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19