“Kredit Evi” 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
“Kredit Evi” ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib.
Marja.az xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümumi yığıncağında verilib.
Şirkətin açıqlamasına əsasən, səhmdarlar daşınmaz əmlakın alınması məqsədilə xüsusi əhəmiyyətli əqdin bağlanmasını təsdiqləyiblər.
Alınması nəzərdə tutulan daşınmaz əmlakın yerləşdiyi ünvan, ümumi sahəsi, təyinatı və satıcı tərəf barədə məlumat açıqlanmayıb.
"“Kredit Evi” ASC səhmdarlarının 23 Oktyabr 2026-cı il tarixli Növbədənkənar Ümumi Yığıncağında 15 300 000 (on beş milyon üç yüz min) manat dəyərində daşınmaz əmlakın alışı məqsədilə xüsusi əhəmiyyətli əqdin bağlnaması haqqında qərar qəbul edilmişdir",- Şirkətin bildirişində deyilir.
Həmçinin əməliyyatın hansı maliyyə mənbələri hesabına həyata keçiriləcəyi və əmlakın şirkətin gələcək fəaliyyətində hansı məqsədlə istifadə olunacağı məlum deyil.
Qeyd edək ki, xüsusi əhəmiyyətli əqdlər şirkətin maliyyə vəziyyətinə və aktivlərinin strukturuna mühüm təsir göstərə bilən iri əməliyyatlardır.
“Kredit Evi” ASC-nin açıqlamasında 15 milyon 300 min manatlıq daşınmaz əmlak alışının faktiki tamamlandığı deyil, həmin məqsədlə xüsusi əhəmiyyətli əqdin bağlanması barədə səhmdarların qərar qəbul etdiyi bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
10 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
12 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 13 saat əvvəl
-
13 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















