Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - “Unibank”ın Dayanıqlılıq meneceri

Yaşıl gələcəyə doğru: yeni strategiya, banklar və bizneslər üçün imkanlar . Ölkəmiz iqlim dəyişikliyi ilə mübarizədə 2060-cı ilə qədər yolunu müəyyən edib. Yaşıl layihələrə yüz milyonlarla manat yönəldilir – “Unibank” yeni məhsulunu təqdim edib. Sahibkarlar üçün yeni imkan – 5 ilədək yaşıl kredit: 6 ayadək güzəşt müddəti, illik 12 faiz və 0 faiz komissiya.
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - “Unibank”ın Dayanıqlılıq meneceri
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə “yaşıllaşdıracağını” addım-addım göstərir. Sadə dillə desək, bu sənəd bir sualın cavabıdır: elektrik enerjisini, evlərin istiliyini, nəqliyyatı, sənayeni və kənd təsərrüfatını necə elə qurmaq olar ki, havaya daha az zərərli qaz atılsın, iqtisadiyyat isə inkişaf etməyə davam etsin?

Marja.az-ın məlumatına görə, strategiya ötən il BMT-yə təqdim olunmuş milli iqlim öhdəliklərini tamamlayır. Öhdəliklər “nəyə nail olacağıq” sualına cavab verirsə, yeni strategiya “bunu necə edəcəyik” sualını cavablandırır.

Niyə bu, hər birimiz üçün vacibdir?

İqlim dəyişikliyi artıq uzaq gələcəyin mövzusu deyil. Strategiyaya görə, son illərdə Azərbaycanda orta illik temperatur normadan təxminən 2°C yüksək olub, 2023-cü ildə isə bu fərq 2,4°C-yə çatıb. Quraqlıq, isti dalğalar, su qıtlığı və Xəzər dənizinin səviyyəsinin enməsi bunun gündəlik həyatımızda hiss olunan nəticələridir.

Bu dəyişikliklər ilk növbədə fermerə, su təchizatına və sahil infrastrukturuna təsir edir. Yəni söhbət yalnız ekologiyadan deyil, həm də süfrəmizdəki məhsulun qiymətindən, kranımızdakı sudan və işimizin dayanıqlığından gedir.

İkinci səbəb iqtisadidir. Dünya bazarları aşağı karbonlu məhsullara üstünlük verir. Məsələn, Avropa İttifaqı 2026-cı ildən bəzi idxal məhsullarının istehsalında yaranan karbon emissiyasına görə əlavə ödəniş tətbiq etməyə başlayıb. Daha təmiz istehsal edən ölkə və şirkətlər bu yarışda üstünlük qazanacaq.

Strategiya hansı imkanlar yaradır?

• 2035-ci ilə qədər istixana qazı emissiyalarını 1990-cı il səviyyəsi ilə müqayisədə 40% azaltmaq;

• 2060-cı ilə qədər “xalis sıfır”a çatmaq, yəni havaya atılan qazların həcmini meşələr və digər udma vasitələri ilə tam tarazlaşdırmaq.

Bu hədəflərə necə çatılacağı sektorlar üzrə ayrıca göstərilib. Vacib məqam isə 2035-ci ilə qədər əsas diqqət artıq bazarda olan, sınanmış və nisbətən ucuz həllərə yönəlir. Bahalı və yeni texnologiyalar sonrakı mərhələyə saxlanılır.

Strategiya hansı imkanlar yaradır?

Strategiya yalnız dövlət qurumları və iri enerji şirkətləri üçün deyil. Onun hər bir hədəfi bu gün kiçik və orta biznes üçün də konkret bazar, yeni sifariş və xərclərə qənaət deməkdir.

• Öz xərclərini azaltmaq. Strategiya enerji səmərəliliyini 2035-ci ilə qədər əsas istiqamətlərdən biri kimi müəyyən edir. Günəş paneli, istilik izolyasiyası, müasir soyuducu və qızdırıcı avadanlıq, LED işıqlandırma biznesin aylıq kommunal xərclərini birbaşa azaldır. Qənaət edilən hər manat isə mənfəətə çevrilir.

• Yeni xidmət bazarı. Binaların izolyasiyası, istilik nasoslarının və günəş panellərinin quraşdırılması, enerji auditi, elektrik avtomobillərinin servisi və doldurma məntəqələri getdikcə artan tələbi olan sahələrə çevrilir. Bu xidmətləri bu gün təklif etməyə başlayan şirkətlər sabahın bazarında öz yerini indidən tutacaq.

• Böyük layihələrin təchizat zəncirində yer. Günəş və külək stansiyalarının, elektrik şəbəkələrinin və enerji saxlama sistemlərinin tikintisi yerli podratçılara, avadanlıq təchizatçılarına, nəqliyyat və texniki xidmət şirkətlərinə uzunmüddətli sifariş deməkdir. Bu layihələri iri investorlar maliyyələşdirir, amma onların ətrafında işi yerli biznes görür.

• Tullantıdan gəlir. Strategiya tullantıların çeşidlənməsini, təkrar emalı, üzvi tullantılardan bioqaz və kompost istehsalını prioritet sayır. Bu gün xərc mənbəyi olan tullantı sabah xammal və gəlir mənbəyinə çevrilə bilər.

• Kənd təsərrüfatında daha az risk, daha çox məhsul. Damcı suvarma, elektriklə işləyən texnika, günəş enerjili nasoslar və müasir heyvandarlıq üsulları su və yanacaq xərclərini azaldır. Bu üsullar quraqlıq dövrlərində məhsul itkisi riskini də kiçildir.

• İxrac bazarlarında üstünlük. Avropa İttifaqı idxal məhsullarının karbon izinə görə ödəniş tətbiq etməyə başlayıb, beynəlxalq alıcılar da təchizatçılardan ekoloji tələblərə əməl etməyi gözləyir. Emissiyasını azaldan və bunu sübut edə bilən şirkət xarici bazarlara daha asan çıxır, qiymət rəqabətində isə üstünlük qazanır.

• Daha ucuz və əlçatan maliyyə. Strategiya yaşıl layihələrin maliyyələşdirilməsini Milli -Yaşıl Taksonomiyaya bağlayır. Bu o deməkdir ki, taksonomiyaya uyğun layihəsi olan sahibkar həm yerli bankların yaşıl kreditlərinə, həm də beynəlxalq maliyyə institutlarının güzəştli vəsaitlərinə daha asan çıxış əldə edəcək.

Bu imkanlardan istifadə üçün isə bir şərt mütləqdir: maliyyə. Strategiya özü də etiraf edir ki, xalis sıfıra çatmaq bütün sektorlarda böyük investisiya tələb edəcək. Burada banklar önə çıxır.

Bank sektoru: hazırda haradayıq?

Azərbaycanın bank sektoru yaşıl maliyyəyə son bir neçə ildə ciddi addımlarla hazırlaşır. Mərkəzi Bank 2023-cü ildə “Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi”ni qəbul edib və bu istiqamətdə qaydaları mərhələli şəkildə tətbiq edir

Rəqəmlər də hərəkətin başladığını göstərir. COP29 zamanı bank sektoru 2030-cu ilə qədər yaşıl və dayanıqlı layihələrə 2 milyard manat ayırmağı öhdəsinə götürüb. Mərkəzi Bankın hesabatına görə, artıq 2025-ci ildə yaşıl layihələrə 344 milyon manat, dayanıqlılıqla əlaqəli layihələrə isə 27 milyon manat kredit verilib.

Lakin mənzərənin bir tərəfi də var. Bu kreditlərin böyük hissəsi elektrik və hibrid avtomobillərə və kənd təsərrüfatına yönəlib. Enerji səmərəliliyi, bərpa olunan enerji, su qənaəti və tullantıların idarə olunması kimi sahələrdə maliyyələşmə hələ azdır. Strategiyanın tələb etdiyi miqyasla müqayisədə yol hələ uzundur.

“Unibank”ın Yaşıl krediti: sözdən əmələ

Bank sektorunda dayanıqlılıq istiqamətdə ardıcıl addımlar atan qabaqcıl banklardan biri də “Unibank”dır. Bank Dayanıqlılıq Strategiyası qəbul edib, beynəlxalq standartlara uyğun Ətraf Mühit və Sosial İdarəetmə Sistemi tətbiq edir və beynəlxalq maliyyə institutlarından dayanıqlı layihələr üçün vəsait cəlb edir.

“Dayanıqlılıq bizim üçün ayrıca layihə deyil, bankın strategiyasının bir hissəsidir. Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük. Bu yolun növbəti mərhələsi sentyabr ayında təqdim olunan Yaşıl kreditdir. Məhsul sahibkarların yaşıl və dayanıqlı layihələrini maliyyələşdirmək üçün nəzərdə tutulub.” — “Unibank”ın Dayanıqlılıq meneceri Samra Talışinskaya-Abbasova bildirir.

Bankın Yaşıl kredit məhsulunun şərtləri cəlbedicidir:

Kredit geniş istiqamətləri əhatə edir:

• bərpa olunan enerji (məsələn, günəş panelləri);

• enerji səmərəliliyi;

• tullantıların idarə olunması və təkrar emal;

• elektrik, hibrid və hidrogen nəqliyyatı;

• enerji doldurma infrastrukturu;

• suya qənaət edən texnologiyalar və çirkab suların təmizlənməsi;

• dayanıqlı kənd təsərrüfatı;

• yaşıl binalar və enerji səmərəli tikinti;

• iqlim dəyişikliyinə uyğunlaşma;

• dairəvi iqtisadiyyat layihələri.

Diqqət çəkən məqam budur: kreditin istiqamətləri yeni strategiyanın sektorlar üzrə planları ilə üst-üstə düşür.

“Strategiya ölkənin hara getdiyini göstərir. Bizim vəzifəmiz isə iqtisadiyyatın əsas drayveri olan bizneslərin bu istoqamətdə fəaliyyətini genişləndirməsimə imkan yaratmaqdır. Yaşıl Kredit məhsulunun istiqamətlərini Milli Yaşıl Taksonomiyaya və strategiyanın prioritetlərinə uyğun qurmuşuq,” — deyə Səmra xanım vurğulayır.

Sahibkar üçün nə qazanc var?

Yaşıl investisiya yalnız ekoloji seçim deyil, həm də ağıllı biznes qərarıdır. Bir neçə sadə nümunə:

• Soyuducu anbarı olan meyvə ixracatçısı damına günəş panelləri quraşdırır. Elektrik xərci azalır, enerji kəsintilərindən asılılıq zəifləyir.

• Kiçik çörək sexi köhnə sobanı enerjiyə qənaət edən avadanlıqla əvəz edir. Hər ay qaz və elektrik hesabı aşağı düşür.

• Fermer damcı suvarma sistemi qurur. Su sərfi azalır, quraqlıqda məhsul itkisi riski kiçilir.

• Taksi və ya çatdırılma şirkəti parkını hibrid avtomobillərlə yeniləyir. Yanacaq və təmir xərcləri azalır.

• Tikinti şirkəti binaları istilik izolyasiyası ilə tikir. Mənzillər alıcı üçün daha cəlbedici olur.

“Yaşıl kreditin şərtləri məhz bu cür layihələrin xüsusiyyətinə uyğunlaşdırılıb. Avadanlığın alınması və quraşdırılması vaxt aparır, qənaət isə sonradan başlayır. 6 ayadək güzəşt müddəti bu dövrü qarşılayır. 0% komissiya isə ilkin xərcləri azaldır. Bundan əlavə, yaşıl layihəsi olan şirkət xarici tərəfdaşlar və ixrac bazarları üçün də daha etibarlı görünür. Beynəlxalq alıcılar təchizatçılardan ekoloji tələblərə əməl etməyi getdikcə daha çox gözləyir” — Samra Talışinskaya-Abbasova qeyd edir.

 Yaşıl maliyyənin yolu hamar deyil. 

“Bizim təcrübəmizə görə, əsas maneə təkcə maliyyə deyil, həm də məlumatlılıqdır. Ona görə kreditlə yanaşı, bizneslərə layihənin “yaşıl meyarlara” uyğunluğunu qiymətləndirməkdə dəstək oluruq. Hər bir yaşıl kreditin həqiqətən yaşıl layihəyə yönəldiyinə də nəzarət edirik ki, ‘yaşıl imitasiya riskinə yer qalmasın,” — Unibank-ın Dayanıqlılıq meneceri bildirir.

Yekun: yaşıl gələcək bu gündən başlayır

Yeni strategiya Azərbaycanın 2060-cı ilə qədər hara getmək istədiyini aydın göstərir. Bu yolda hər bir günəş paneli, hər izolyasiya olunmuş bina və hər yeni elektrik avtomobili ümumi hədəfə töhfədir.

Bu prosesdə banklar yalnız kredit verən deyil, həm də bələdçi rolunu oynayır. “Unibank”ın Yaşıl krediti bizneslərə daha səmərəli, rəqabətqabiliyyətli və dayanıqlı etmək imkanı verir. Samra Talışinskaya-Abbasova hesab edir ki, Yaşıl investisiya bu gün edilən və sabah qazanc gətirən seçimdir. Bank istəyir ki, hər bir bznes bu seçimi rahat və inamla edə bilsin.

30.10.2026 11:44
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19