Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Sükan arxasında telefon işlədən sürücülər kameralarla cərimələnəcəklər

Yol kameraları daha iki qayda pozuntusunu aşkarlayacaq. Avtomobildə telefondan istifadə foto və videokameralar tərəfindən də qeydə alınaraq, cərimə yazılacaq. Həmçinin, Azərbaycanda avtomobillərə qanunsuz reklam yerləşdirilməsinə görə cərimələr dəyişir. Avtomobillərdə qanunsuz reklamla bağlı cərimə 50 manat olacaq
iç səhifə xəbər başlığı altı (mobil)_31
Sükan arxasında telefon işlədən sürücülər kameralarla cərimələnəcəklər
iç səhifə xəbər şəkil altı (mobil)_32

Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Hazıra bəzi inzibati xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilə bilir və bu zaman icraatın aparılması qaydası ənənəvi icraatın aparılmasından fərqli qaydada həyata keçirilir.

Yeni qanun layihəsində İnzibati Xətalar Məcəlləsinin 342.6-cı (nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsi) və 428.5-ci (müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılması) maddələrinin də həmin hallar sırasına daxil edilməsi təklif edilir.

Qeyd edək ki, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə əlli manat məbləğində cərimə edilir. Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə fiziki şəxslər əlli manat cərimə olunur.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Sükan arxasında telefon sürücülərin cərimələnməsi avtomobildə telefondan istifadə telefonla danışmağa görə cərimə 50 manat cərimə yol kameraları radar cərimələri elektron cərimə avtomobildə qanunsuz reklam avtomobil reklamları İnzibati Xətalar Məcəlləsi 342.6-cı maddə 428.5-ci maddə Milli Məclis 30 oktyabr 2026 yol hərəkəti qaydaları Azərbaycanda sürücü cərimələri
30.10.2026 14:50
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19