Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

iç səhifə xəbər başlığı altı (mobil)_31
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
iç səhifə xəbər şəkil altı (mobil)_32

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni “İşğaldan azad edilmiş ərazilər üzrə kredit” məhsulunu təqdim edir.

Bu kredit məhsulu çərçivəsində sahibkarlara 10 min manatdan 10 milyon manatadək, 120 ayadək müddətə və illik 5%-dək kreditlər veriləcək. Sahibkarlar kredit müddətinin yarısınadək olan dövrdə borcun əsas hissəsinin ödənilməsinə möhlət ala bilərlər. Bu imkan layihələrin həyata keçirilməsinin ilkin mərhələsində sahibkarların maliyyə yükünün azaldılmasına şərait yaradır.

Reklam_3_11

Kredit vəsaitləri biznes fəaliyyəti üçün avadanlıqların, texnologiyaların və nəqliyyat vasitələrinin alınması üçün istifadə oluna bilər. Eyni zamanda, kredit məbləğinin 50%-dək hissəsi tikinti və təmir xərclərinə yönəldilə bilər. 500 min manatdan yuxarı kredit məbləği üçün sahibkarlar layihənin ümumi dəyərinin ən azı 20%-ni öz vəsaitləri hesabına maliyyələşdirməlidilər.

Kredit məhsulu çərçivəsində əsas maliyyələşdirmə istiqamətlərinə qeyri-neft-qaz sənayesi, yaşıl taksonomiya, strateji kənd təsərrüfatı, logistika və təchizat zənciri infrastrukturu üzrə fəaliyyətlər daxildir.

Bununla yanaşı, balıqçılıq və akvakultura, rəqəmsal inkişaf və İKT layihələri, yükdaşıma və saxlama, ictimai sərnişindaşıma, turizm və yerləşdirmə infrastrukturu, səhiyyə, təhsil və sosial xidmətlər, istehsal və kənd təsərrüfatını dəstəkləyən xidmətlər sahələrində də layihələrin maliyyələşdirilməsi nəzərdə tutulub.

ABİF işğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafı, iqtisadi fəallığın artırılması və yeni biznes subyektlərinin formalaşması məqsədilə sahibkarlara kompleks maliyyə dəstəyi göstərir. Yeni kredit məhsulu da bu dəstəyin tərkib hissəsidir. 

ABİF güzəştli kreditlər, dövlət zəmanəti və faiz subsidiyaları, eləcə də investisiya qoyuluşları vasitəsilə ölkənin biznes mühitinə maliyyə dəstəyi göstərən əsas dövlət qurumlarından biridir. Fondun fəaliyyəti Azərbaycanın qeyri-neft-qaz sektorunun inkişafını təşviq etməyə, idxalı əvəzləyən və ixracyönümlü layihələri dəstəkləməyə, həmçinin yerli bizneslərin rəqabət qabiliyyətini gücləndirməyə yönəlib. Qurum həmçinin, maliyyəyə çıxış imkanlarının genişləndirilməsində, özəl sektor investisiyalarının təşviqində və ölkəyə birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır.

ABİF və onun fəaliyyəti, o cümlədən bu kredit məhsulu və müvəkkil kredit təşkilatları barədə daha çox məlumat almaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz: https://abdf.gov.az/az.

Azərbaycan Biznesinin İnkişafı Fondu ABİF Qarabağda güzəştli kredit 10 milyon manat kredit 5 faiz kredit 10 illik biznes krediti Qarabağda sahibkarlıq Şərqi Zəngəzur işğaldan azad edilmiş ərazilər sahibkarlara dövlət dəstəyi 120 aylıq kredit 5 illik möhlət biznes maliyyələşməsi aqrar kreditlər turizm kreditləri sənaye layihələri logistika yaşıl taksonomiya Qarabağda investisiya müvəkkil kredit təşkilatları.
30.10.2026 17:33
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19