Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Mərkəzi Bankdan xarici banklara mesaj: Azərbaycana gəlməyinizi istəyirik
iç səhifə xəbər başlığı altı (mobil)_31
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir.

Marja.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Sədr xarici bankların Azərbaycan bazarına daxil olmasına Mərkəzi Bank tərəfindən məhdudiyyətlər yaradıldığı və tənzimləyici qurumun xarici investorların gəlişində maraqlı olmadığı barədə fikirləri təkzib edib.

“Bu fikir yanlışdır. Biz, əksinə, xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik və bundan çox məmnun olarıq”, – deyə Taleh Kazımov vurğulayıb.

Onun sözlərinə görə, xarici bankların Azərbaycan maliyyə bazarına daxil olması bir neçə istiqamətdə müsbət nəticələr verə bilər.

Kazımov bildirib ki, xarici maliyyə institutlarının fəaliyyəti bank sektorunda rəqabətin güclənməsinə, insan kapitalının inkişafına və müasir informasiya texnologiyalarının tətbiqinin genişlənməsinə töhfə verə bilər.

Mərkəzi Bankın sədri qeyd edib ki, Azərbaycan təkcə bank sektoruna deyil, kapital bazarlarına və sığorta sektoruna da xarici investorların cəlb edilməsində maraqlıdır.

“Sözsüz ki, ölkəmizin maraqlarını qorumaqla biz xarici investorlara açığıq. Bu, yalnız bank sektoruna deyil, həm də kapital bazarlarına və sığorta sektoruna aiddir”, – deyə o bildirib.

Kazımov beynəlxalq tədbirlərdə və konfranslarda fəal iştirakının məqsədlərindən birinin də Azərbaycanın maliyyə sektorunu xarici investorlar arasında tanıtmaq olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, beynəlxalq platformalarda çıxışlar vasitəsilə ölkənin maliyyə bazarının imkanları təqdim olunur və potensial investorların diqqəti Azərbaycana cəlb edilir.

Taleh Kazımov Azərbaycan Mərkəzi Bankı xarici banklar xarici kapitallı banklar bank sektorunda rəqabət xarici investisiyalar bank lisenziyası Azərbaycanda bank sektoru maliyyə bazarları sığorta sektoru kapital bazarı
30.10.2026 17:56
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19