Rubio: Tramp İranla müharibəni sülh yolu ilə bitirmək istəyir
Trampdan İrana mesaj: “Ya razılaşacaqlar, ya da biz buna son qoyacağıq”ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Prezident Donald Tramp İranla müharibəni diplomatik yolla həll etmək istəyir və hərbi gücdən istifadə etməməyə üstünlük verir.
Marja.az xəbər verir ki, Rubio həftəsonu jurnalistlərə açıqlamasında Trampın hərbi əməliyyatlarla bağlı hələ qərar vermədiyini söyləyib.
“O, hələ qərar qəbul etməyib. Prezidentin sizə ifadə etdiyi fikir budur ki, hərbi baxımdan nəsə etməyə ehtiyac yaranarsa, bunu həyata keçirmək imkanımızın olduğuna tam əmindir. Uğur qazanmaq üçün lazım olan hər şeyimiz var. Amma biz məsələni sülh yolu ilə həll etməyə üstünlük verərdik”, — Rubio bildirib.
Bu açıqlama hər iki tərəfin ABŞ-da aralıq seçkilərindən sonra yeni hərbi zərbələrə hazırlaşdığına dair xəbərlərin yayıldığı vaxta təsadüf edir.
İrandan “coğrafi məhdudiyyət olmadan cavab” çağırışı
İranın ali rəhbəri Müctəba Xamenei şənbə günü ölkənin silahlı qüvvələrini “istənilən səviyyəli və ya növdə təhdidə dərhal, təsirli və coğrafi məhdudiyyət olmadan cavab verməyə” çağırıb.
O, həmçinin hərbi məlumat bazasının yenilənməsini tapşırıb. Məqsəd ABŞ və İsrail qüvvələrini nəzərdə tutaraq “ABŞ-sionist düşməninin bütün növ fiziki və qeyri-fiziki aktivlərini Silahlı Qüvvələrin təsir dairəsinə daxil etmək” kimi ifadə olunub.
Vaşinqton İrana hücumları bərpa etməyi planlaşdırdığını açıq şəkildə bəyan etməyib. Bununla belə, “The Wall Street Journal” və “The New York Times” qəzetlərinin məlumatlarına görə, ABŞ noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən sonra hərbi əməliyyatların mümkün bərpasına hazırlaşır.
Tramp: “Ya razılaşacaqlar, ya da biz buna son qoyacağıq”
Donald Tramp bazar günü “Right Side Broadcasting Network”ə müsahibəsində münaqişənin tezliklə yekunlaşacağını bildirib.
“Biz böyük qələbə qazanmışıq və bu məsələni çox tezliklə bu və ya digər şəkildə bağlayacağıq”, — ABŞ prezidenti deyib.
“Ya onlar razılaşma əldə edəcəklər, ya da biz buna son qoyacağıq”, — Tramp əlavə edib.
Tehran Britaniyanın hərbi kəşfiyyatını “düşmən qrup” elan edib
Bazar günü İran Xarici İşlər Nazirliyi Böyük Britaniyanın hərbi kəşfiyyat xidmətlərini “düşmən qrup” elan edib. Nazirlik Britaniyanın Kral Hərbi Dəniz Qüvvələrini və Kral Hərbi Hava Qüvvələrini “terror təşkilatlarına” dəstək verməkdə də ittiham edib.
Nazirliyin Telegram-da yaydığı açıqlamada qərarın Londonun “bədniyyətli” adlandırılan addımlarına, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunu “terror təşkilatı” elan etməsinə cavab olduğu bildirilib.
Tehran ayrıca olaraq Britaniyanı Amerika qüvvələrinə öz hərbi və logistika bazalarından istifadə imkanı yaratmaqla ABŞ–İran müharibəsində iştirak etməkdə günahlandırıb.
BBC-nin məlumatına görə, Britaniya ABŞ qüvvələrinin İrana qarşı “müdafiə xarakterli” kimi təqdim olunan zərbələr üçün Feyrford aviabazasından və Dieqo Qarsiyadakı bazadan istifadəsinə icazə verib.
Müştərilərin xəbərləri
Kapital bazarında yeni rekord: “Prior Leasing” istiqrazlarına tələb təklifi 2 dəfədən çox üstələyib ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 2 gün sonra
-
2 saat əvvəl
Plan-ölçü sənədi olan vətəndaşlara şad xəbər – Torpaqlar rəsmiləşdirilə biləcək
-
2 saat əvvəl
Expressbank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib ®
-
3 saat əvvəl
"AzTelco Group" fəaliyyətini "NaVis Group" adı ilə davam etdirəcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Aylıq 445 manatdan –Daha 90 tam təmirli mənzil kirayə mexanizmi ilə təklif olunur
-
5 saat əvvəl
Baku Steel Company Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Expressbank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Baku Steel Company Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib
İri şəbəkə Buzovnada mağaza açır
SOCAR Çin şirkəti ilə neft-kimya və istehsalın modernləşdirilməsi sahəsində əməkdaşlığı müzakirə edib
Əczaçılıq sektorunda 41 milyard dollarlıq sövdələşmə
Kapital bazarında yeni rekord: “Prior Leasing” istiqrazlarına tələb təklifi 2 dəfədən çox üstələyib ®























