Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Dünyada ilk müasir Azərbaycan ədəbi dilinin balanslaşdırılmış korpusu Pekin Xarici Dillər Universiteti tərəfindən istifadəyə verilib. Dilçilər və müəllimlər üçün pulsuz resurs: “azGLOBE” istifadəyə açılıb.Dünyada ilk müasir Azərbaycan ədəbi dilinin balanslaşdırılmış korpusu olan “azGLOBE” 31 oktyabr 2026-cı ildə Pekin Xarici Dillər Universiteti (PXDU) tərəfindən istifadəyə verilmişdir. “azGLOBE” korpusu Pekin Xarici Dillər Universiteti Asiya fakültəsi Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevin rəhbərliyi altında yaradılıb.
Korpus 1 milyon sözü əhatə edir.
Korpusun yaradılmasında PXDU-nun Asiya fakültəsi Azərbaycan dili kafedrasının müəllim və tələbə heyəti yaxından iştirak edib.
Mətnlərin seçilməsi Braun ailəsinə aid korpuslar modelinə (Brown family corpora) əsaslanır və dörd əsas janrı əhatə edir: dövri mətbuat mətnlərini əhatə edən publisistik, elmi mətnləri əhatə edən akademik, ədəbi mətnləri əhatə edən bədii və digər müxtəlif janrların daxil olduğu qarışıq mətnlər.
Müasir Azərbaycan ədəbi dilinin balanslaşdırılmış korpusu “azGLOBE” “The GLOBE Corpus”un (Global Languages Out of BFSU Expertise, GLOBE) alt korpuslarından biridir. Bu korpus Pekin Xarici Dillər Universitetinin Xarici Dillərin Tədrisi üzrə Çin Milli Tədqiqat Mərkəzinin professoru Sü Ciacinin (Xu Jiajin) rəhbərliyi ilə yaradılmış korpuslar toplusunun tərkib hissəsidir. Hazırda “GLOBE” korpusuna 51 dil daxildir. O, dil sayına görə dünyada ən böyük korpuslardan biridir.
Sözügedən “azGLOBE” korpusu müasir Azərbaycan dilinin leksik və qrammatik xüsusiyyətlərinin tədqiqi üçün müstəqil mənbə kimi istifadə oluna bilər. Eyni zamanda, dillərarası müqayisəli tədqiqatların aparılması üçün “GLOBE” korpusunun digər dillərə aid altkorpusları ilə birgə tətbiq edilə bilər. Korpusdan müasir Azərbaycan ədəbi dilinin leksik tərkibinin və qrammatik quruluşunun tədqiqində, müqayisəli dilçilikdə, lüğətşünaslıqda, dərslik və tədris materiallarının hazırlanmasında geniş istifadə oluna bilər. Korpusdan dünyanın istənilən yerindən müvafiq link (http://114.251.154.212/cqp/azglobecorpus/) vasitəsilə pulsuz istifadə etmək mümkündür. Növbəti illərdə korpusun söz ehtiyatı davamlı şəkildə artırılacaqdır.
Qeyd edək ki, Pekin Xarici Dillər Universiteti Azərbaycan dilinin xaricdə müstəqil ixtisas kimi tədris olunduğu ilk və yeganə universitetdir. 2018-ci ildə Azərbaycan dili ixtisası üzrə ilk tələbə qəbulunu həyata keçirən universitet 2026-cı ildə bu ixtisasın magistratura pilləsi üzrə də ilk dəfə tələbə qəbul edilib. Bununla da universitet Azərbaycan dilinin tədrisinin inkişafı istiqamətində yeni mərhələyə qədəm qoyulub. Rəqəmsallaşma dövrünün tələblərinə uyğun olaraq, Azərbaycan dilinin tədrisi sahəsində də bir sıra yeniliklərə imza atılıb. Belə ki, 2025-ci ildən etibarən Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrası tərəfindən Azərbaycan dili üzrə Açıq Kütləvi Onlayn Dərs (MOOC) da istifadəyə verilib.
Müştərilərin xəbərləri
"Prime Cotton"un regional idarəetmə rəhbəri Bahəddin Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
2 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
36 d. əvvəl
“NORM” şirkətinin illik xeyriyyə xərcləri 5 milyon manatdan çox olub
-
54 d. əvvəl
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Satınalma tamamlandı, rəhbərlik dəyişdi — iki bankda yeni təyinatlar
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tanınmış geyim brendi Bakıda 2 min 400 kvadratmetrlik mağaza açıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Satınalma tamamlandı, rəhbərlik dəyişdi — iki bankda yeni təyinatlar
Azərbaycanda neft və qaz hasilatı azalıb
“Rabitəbank”ın Müşahidə Şurasına sədr müavini təyin edilib
Tanınmış geyim brendi Bakıda 2 min 400 kvadratmetrlik mağaza açıb
Rubio: Tramp İranla müharibəni sülh yolu ilə bitirmək istəyir
Chery rəhbərindən xəbərdarlıq: “Çinin avtomobil istehsalçılarının təxminən 90 faizi zərərlə işləyir”
PMD eksklüziv layihələrini AIREX 2026-da təqdim edəcək ®
“Ford”un mənfəəti 17% azalıb, gəlirləri geriləyib – Şirkət 2027-ci il üçün proqnozunu açıqlayıb
Neft bazarı üçün mühüm qərar
Rəsmi məzənnələr açıqlandı






















