“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
“Yelo Bank” ASC-nin İdarə Heyətinin üzvləri və sədrinin vəzifəyə yenidən təyin edilməsi məsələsinə baxılacaq.
Marja.az xəbər verir ki, bu barədə Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılmasına dair bildirişində qeyd olunub.
Bildirişə əsasən, səhmdarların növbədənkənar ümumi yığıncağı 3 dekabr 2026-cı il tarixində, saat 11:00-da keçiriləcək.
Yığıncağın gündəliyinə Bankın rəhbərliyi ilə yanaşı, 2027-ci il üçün büdcə layihəsinin və növbəti üç ili əhatə edən Strateji Planın təsdiqlənməsi də daxil edilib.
Bankın 2027–2029-cu illər üzrə strategiyası müzakirə olunacaq
Səhmdarların ümumi yığıncağının gündəliyinə dörd məsələ daxil edilib:
1. Yığıncağın gündəliyində duran cari və təşkilati məsələlərə baxılması;
2. “Yelo Bank” ASC-nin İdarə Heyətinin üzvlərinin və sədrinin vəzifəyə yenidən təyin edilməsi;
3. “Yelo Bank” ASC-nin 2027-ci il büdcə layihəsinin təsdiqlənməsi;
4. “Yelo Bank” ASC-nin 2027–2029-cu illər üzrə Strateji Planının təsdiqlənməsi.
Beləliklə, dekabrın 3-də keçiriləcək yığıncaqda həm Bankın idarəetmə strukturu, həm də növbəti illər üzrə fəaliyyət istiqamətləri ilə bağlı qərarların qəbul edilməsi nəzərdə tutulur.
Bildirişdə qeyd olunur ki, səhmdarlar yığıncağın gündəliyinə daxil edilmiş məsələlər üzrə materiallarla Bankın Bakı şəhəri, Həsən bəy Zərdabi prospekti, 81 K ünvanında yerləşən Baş Ofisində tanış ola bilərlər.
Yığıncaqda iştirak etmək üçün şəxsiyyət vəsiqəsi və müvafiq səlahiyyətləri təsdiq edən sənədlər təqdim olunmalıdır.
Bildiriş “Yelo Bank” ASC-nin İdarə Heyətinin sədri Anar Həsənov tərəfindən imzalanıb.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 saat əvvəl
“Nvidia” səhmləri daha 3 faiz ucuzlaşdı — Huanqın qalmaqalı investorları narahat edir
-
1 saat əvvəl
Casusluq şübhəsi və gizli münasibət: Nvidia-nın Çin biznesi üzərində təzyiq artır
- 2 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Həyat”ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
“ChatGPT”nin rəqibi 64 milyard dollarlıq IPO-ya hazırlaşır – Dəyəri 1,4 trilyon dollara çata bilər
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan elektrik enerjisinin Avropaya ixracı üçün mühüm saziş imzaladı
-
4 saat əvvəl
“Qala Sığorta” 9 ayı 5 milyon manatdan çox xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“A-Qroup”un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
“Xalq Həyat”ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
“ChatGPT”nin rəqibi 64 milyard dollarlıq IPO-ya hazırlaşır – Dəyəri 1,4 trilyon dollara çata bilər
Ən çox oxunanlar
“PAŞA Sığorta”da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
Trampın “müharibə bitə bilər” mesajı nefti ucuzlaşdırdı — Brent 90 dollardan aşağı düşdü
“İpək Yolu Sığorta”nın yığımları 75%, mənfəəti 53% artıb




























