970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

ABŞ-da seçkilərin ilk nəticələri qızılı bahalaşdırdı – Qiyməti yenidən 4000 dolları keçdi

ABŞ-da keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının Konqresin hər iki palatasına nəzarəti ələ keçirməyə yaxınlaşması qlobal maliyyə bazarlarında risk iştahasını azaldıb. Seçkilərin ilkin nəticələrinin Prezident Donald Tramp administrasiyasının siyasətinin həyata keçirilməsinə maneələr yarada biləcəyi gözləntilərini gücləndirməsi fonunda ABŞ fond indekslərinin fyuçersləri və dollar ucuzlaşıb, qızılın qiyməti, ABŞ dövlət istiqrazlarının qiymətləri isə yüksəlib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da seçkilərin ilk nəticələri qızılı bahalaşdırdı – Qiyməti yenidən 4000 dolları keçdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-da keçirilən aralıq seçkilərin ilkin nəticələrinin Demokratlar Partiyasının Konqresin hər iki palatasında mövqelərini gücləndirdiyini göstərməsi dünya bazarlarında qızılın bahalaşmasına səbəb olub. Dolların ucuzlaşması və ABŞ dövlət istiqrazlarının gəlirliliyinin azalması fonunda qiymətli metalın bir unsiyasının qiyməti 4000 dolları ötüb.

Marja.az xəbər verir ki, qızıl 2 faizədək bahalaşıb və Bakı vaxtı ilə saat 10:00-da 1 unsiysı 4006 dollara ticarət olunub. 

Səslərin ilkin hesablanmasının nəticələrinə görə, Demokratlar Partiyası həm Senatda, həm də Nümayəndələr Palatasında nəzarəti geri qaytarmaq uğrunda mübarizədə üstünlük qazanır.

Maliyyə bazarlarının iştirakçıları bu tendensiyanı Respublikaçı Prezident Donald Tramp administrasiyasının qarşıdakı iki il ərzində büdcə kəsirinin artmasına səbəb ola biləcək iqtisadi siyasəti həyata keçirmək imkanlarının məhdudlaşması ehtimalı ilə əlaqələndirirlər.

Dollarda son iki ayın ən kəskin ucuzlaşması ba verib

Seçkilərin ilkin nəticələri fonunda ABŞ dövlət istiqrazlarının gəlirliliyi bütün müddətlər üzrə azalıb. Eyni zamanda, dollar indeksi 0,4 faizədək geriləyərək son iki ayın ən böyük enişini qeydə alıb. Dolların zəifləməsi qızılın digər valyutalardan istifadə edən investorlar üçün nisbətən ucuzlaşmasına və qiymətli metala marağın artmasına şərait yaradıb.

Oversea-Chinese Banking Corp. bankının strateqi Kristofer Vonq (Christopher Wong) bildirib ki, investorlar Demokratların seçkilərdə güclü nəticə göstərməsinin Tramp administrasiyasının fiskal siyasətini məhdudlaşdırıb-məhdudlaşdırmayacağını qiymətləndirirlər.

Ekspertin sözlərinə görə, Demokratların güclənməsinin əlavə fiskal genişlənmə gözləntilərini zəiflədə biləcəyi ehtimalı qızılın bahalaşmasına müəyyən təkan verir.

ABŞ valyutasının beynəlxalq bazarlardakı dinamikasını əks etdirən Dollar İndeksi isə 0,4 faiz geriləyib.

Qızılın qiyməti qızıl bahalaşdı qızılın unsiyası qızıl 3960 dollar dünya qızıl bazarı qızıl qiymətləri 2026 ABŞ seçkiləri Demokratlar Partiyası Donald Tramp dolların ucuzlaşması dollar indeksi ABŞ dövlət istiqrazları gümüşün qiyməti platin palladium qiymətli metallar bazarı qızıl proqnozu.
04.11.2026 10:29
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19