Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi ®

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi ®
iç səhifə xəbər şəkil altı (mobil)_32

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir.

Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixində Müşfiqabad qəsəbəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə baş tutan növbəti ağacəkmə aksiyasında iştirak edib.

Aksiyada Bank of Baku-nun rəhbər şəxsləri və əməkdaşları tərəfindən müvafiq ərazinin torpaq-iqlim şəraitinə uyğun eldar şamı və zeytun ağacları əkilib.

Qeyd edək ki, bu ağacəkmə aksiyası “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində həyata keçirilən tədbirlərin davamı olaraq baş tutub.

Sözügedən memorandumun məqsədi 2023-cü ildən başlayaraq 10 il ərzindən 1 milyon ağacın əkilməsinə nail olmaqdır. Memorandum Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, ABA, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanıb.

Onu da bildirək ki, Bank of Baku ötən ay da ağacəkmə aksiyası təşkil edərək Müşfiqabad ərazisində 100 ağacın əkilməsini həyata keçirib.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com 

www.facebook.com/bankofbaku

04.11.2026 18:03
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19