Azərbaycanda əmlakını kirayəyə verənlər üçün vergi qaydaları dəyişir – Yeni seçim təklif olunur
Mənzilini və obyektini kirayəyə verənlərin diqqətinə – Vergi qaydalarında yenilik. Kirayə gəlirlərinə 20% vergi tətbiq oluna bilər – Xərclər gəlirdən çıxılacaq. Azərbaycanda kirayə gəlirləri üzrə 14% və 20%-lik vergi seçimi.Vergi orqanında uçotda olan fiziki şəxslərin əmlak icarəsi gəlirləri üzrə xərclərin gəlirdən çıxılması və gəlir vergisi dərəcəsinin 20% tətbiq edilməsi təklif olunur.
Bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Qeyd edilib ki, vergitutmanın formalarından biri də verginin bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək) tutulmasıdır. Vergi Məcəlləsinin 96.1-ci maddəsinin müddəalarına əsasən ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir. Vergi Məcəlləsinin hal-hazırda qüvvədə olan müddəalarına əsasən, fiziki şəxslər tərəfindən əmlakın icarəyə verilməsinə görə ödənilən haqlardan ödəmə mənbəyində vergi tutularkən icarə məbləğindən vergi hesablanır və həmin məbləğlər bir daha vergiyə cəlb olunmur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən fiziki şəxs Vergi Məcəlləsinin 124.1-ci maddəsinə uyğun olaraq icarə haqqından 14 faiz dərəcə ilə vergini özü ödəyir. Nəticədə fiziki şəxslərin əmlakın icarəyə verilməsindən əldə olunan gəlirləri xərclər çıxılmadan vergiyə cəlb olunur. Eyni zamanda, əmlakını icarəyə verən hüquqi şəxslər bu fəaliyyət üzrə gəlirlərindən ödəmə mənbəyində vergi tutulmur və hüquqi şəxslər bu gəlirlərini ümumi vergitutulan gəlirlərinə aid etməklə bu gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri çıxaraq mənfəət vergisi hesablayırlar.
Əmlakın icarəyə verilməsi fəaliyyəti üzrə fiziki şəxslər tərəfindən xərclərin çəkilməsi hallarının mümkünlüyü nəzərə alınaraq, vergi ödəyicisi olan fiziki şəxslərin vergi yüklərinin fərdi sahibkarların vergi yükləri ilə bərabərləşdirilməsi və əmlakın icarəyə verilməsi zamanı vergini özü ödəyən vergi ödəyicilərinə bu sahədə çəkilən xərclərin gəlirdən çıxılma imkanlarının verilməsi məqsədilə, həmin vergi ödəyicilərinə bu sahədə çəkilən xərclərin gəlirdən çıxılaraq 20 faiz dərəcə ilə vergilərin ödənilməsi seçiminin verilməsi təklif olunur.
Müştərilərin xəbərləri
1600 manatlıq paltaryuyan 1000 manata, 1450 manatlıq tozsoran 950 manata – “Baku Electronics”dən böyük endirim ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
5 d. əvvəl
Azərbaycanda əmlakını kirayəyə verənlər üçün vergi qaydaları dəyişir – Yeni seçim təklif olunur
-
6 d. əvvəl
Minik avtomobillərinin yerli istehsalının təşviqi üçün 6 il müddətində güzəşt olacaq
-
11 d. əvvəl
Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır
- 15 d. əvvəl
-
21 d. əvvəl
Azərbaycanda bəzi cihazların aksizə cəlb olunması ilə bağlı problem aradan qaldırılır.
-
22 d. əvvəl
“ƏDV geri al” mexanizmi bütün konsert növlərini əhatə edəcək
-
23 d. əvvəl
Bakıda ödənişli hərəkət zonalarından toplanan haqq dövlət büdcəsinə ödəniləcək
- 26 d. əvvəl
-
33 d. əvvəl
Dreamland Baku beynəlxalq AIREX 2026 sərgisində iştirak edir ®
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycanda bəzi cihazların aksizə cəlb olunması ilə bağlı problem aradan qaldırılır.
“ƏDV geri al” mexanizmi bütün konsert növlərini əhatə edəcək
Ən çox oxunanlar
Yapı Kredi Bank Azərbaycandan 5%-dək keşbek kampaniyası!
Dreamland Baku beynəlxalq AIREX 2026 sərgisində iştirak edir ®
Əmək məzuniyyətinin minimum müddətinin kompensasiya ilə əvəz olunması qadağan edilir




























