Qoyun və donuz ətinə görə dövlət rüsumu 2 dəfə azaldılır – Yeni məbləğ açıqlanıb
Ət satışı ilə məşğul olan sahibkarlara yeni güzəşt – Rüsum 50% azaldılır. Azərbaycanda qoyun ətinə görə dövlət rüsumu yarıya endirilir. Qoyun və donuz ətinə görə dövlət rüsumu 4 manatdan 2 manata düşəcəkQoyun və donuz əti (1 cəmdək) üzərinə nişanın qoyulması (1 müayinə üçün) üçün dövlət rüsumunun məbləği 2 dəfə azaldılır.
Bu, "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, qoyun və donuz ətinin (1 cəmdək), donuz piyinin (1 partiya) baytarlıq normalarına uyğunluğunu təsdiq edən ekspertiza aktının verilməsinə və ya məhsulların üzərinə nişanın qoyulmasına görə 4 (dörd) manat məbləğində dövlət rüsumu müəyyən edilib.
Halbuki 18.66-2-ci maddədə qaramal və ya digər iri heyvanların əti (1 cəmdək) üçün 5 (beş) manat rüsum müəyyən olunub. Belə olan halda, çəkisi daha az olan və daha çox kəsimə təqdim olunan qoyun (1 cəmdək) üçün 4 (dörd) manat rusum kifayət qədər yüksək məbləğ hesab edilir.
Həmçinin təhlillər də göstərib ki, qeyd olunan dövlət rüsumunun məbləği sahibkarlar üçün əlavə maliyyə yükü yaradır və bu hal heyvan mənşəli məhsulların maya dəyərinə, nəticə etibarilə satış qiymətlərinə təsir göstərir. Eyni zamanda, cari rüsum məbləği bəzi hallarda qanunsuz heyvan kəsimi fəaliyyətinə rəvac verən amillərdən biri kimi qiymətləndirilə bilər. Bu səbəbdən həmin xidmət üzrə dövlət rüsumunun 4 (dörd) manatdan 2 (iki) manata dəyişdirilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
1 gün əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir



























