Enerji idarəçisi təyin edilməsə, kim nə qədər cərimə ödəyir?
Azərbaycanda 140 nəfər enerji idarəçisi olmaq hüququ qazanıb. 10 min kvadratmetr həddi – Hansı binalarda enerji idarəçisi məcburidir? Enerji idarəçisi təyin etməyən şirkətlər 3 min manatadək cərimələnə bilərAzərbaycanda enerji resurslarından səmərəli istifadənin təşviqi məqsədilə enerji idarəçiləri institutunun formalaşdırılması istiqamətində tədbirlər davam etdirilir. İndiyədək ölkə üzrə 140 nəfər attestasiyadan uğurla keçərək enerji idarəçisi olmaq hüququ qazanıb.
Marja.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, enerji idarəçisi müəssisələrdə və qeyri-yaşayış binalarında enerji istehlakının mütəmadi izlənilməsi, enerji itkilərinin və qənaət imkanlarının müəyyənləşdirilməsi, eləcə də enerji səmərəliliyinin artırılması üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsində mühüm rol oynayır. Onun fəaliyyəti səmərəsiz istehlakın qarşısının alınmasına və enerji xərclərinin azaldılmasına xidmət edir.
Enerji idarəçiliyi müəssisələr üçün həm qanunvericilikdən irəli gələn öhdəlik, həm də iqtisadi səmərəliliyin artırılmasına imkan yaradan idarəetmə mexanizmidir. Enerji istehlakının sistemli təhlili əsasında itkilərin mənbələrinin müəyyənləşdirilməsi və müvafiq texniki-təşkilati tədbirlərin həyata keçirilməsi müəssisələrin rəqabət qabiliyyətinin yüksəldilməsinə töhfə verir.
Qanunvericiliyə əsasən, illik enerji istehlakı 1000 ton neft ekvivalentindən çox olan təsərrüfat subyektlərində, habelə tikinti sahəsi ən azı 10 000 kvadratmetr və ya illik enerji istehlakı 250 ton neft ekvivalentindən çox olan qeyri-yaşayış binalarında enerji idarəçisinin təyin edilməsi məcburidir. Enerji idarəçisinin təyin edilməsi təsərrüfat subyektinin rəhbəri və ya qeyri-yaşayış binasının mülkiyyətçisi tərəfindən yaradılan beş nəfərdən ibarət Attestasiya Komissiyası vasitəsilə həyata keçirilir. Komissiyanın üzvlərindən biri Energetika Nazirliyinin nümayəndəsi olur. Nazirliyin nümayəndəsinin müəyyənləşdirilməsi üçün müraciətlər Enerji Effektivliyi İnformasiya Sistemi (EEİS) vasitəsilə təqdim edilir.
Qeyd edək ki, enerji idarəçisinin təyin edilməməsinə görə qanunvericilikdə inzibati məsuliyyət nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinin 279.0.3-cü maddəsinə əsasən, bu tələbin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 2500 manatdan 3000 manatadək məbləğdə cərimə edilir.
Energetika Nazirliyi enerji idarəçisinin təyin edilməsinə yalnız qanunvericilik tələbinin yerinə yetirilməsi kimi deyil, enerji istehlakının optimallaşdırılması, qənaət imkanlarının reallaşdırılması və xərclərin azaldılması baxımından da yanaşılmasını tövsiyə edir. Nazirlik qanunvericilikdə müəyyən edilmiş meyarlara uyğun gələn, lakin hələ də enerji idarəçisi təyin etməyən təsərrüfat subyektlərinin rəhbərlərini və qeyri-yaşayış binalarının mülkiyyətçilərini bu istiqamətdə zəruri tədbirlərin görülməsini sürətləndirməyə çağırır.
Xatırladaq ki, enerji idarəçilərinin təyin edilməsi və attestasiyadan keçirilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 8 dekabr 2022-ci il tarixli 436 nömrəli Qərarı ilə təsdiq edilmiş “Enerji idarəçisinə (menecerinə) dair tələblər, habelə onların attestasiyadan keçirilməsi Qaydası” ilə tənzimlənir.
Müştərilərin xəbərləri
“FireWall 2026” hakatonuna start verilir - qalib komandalar 4000 manatadək pul mükafatı ilə təltif olunacaqlar
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
-
2 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
1 gün sonra
ABB Invest ilə “Prior Leasing” istiqrazlarından illik 15% gəlir fürsəti ®
- 3 d. əvvəl
-
12 d. əvvəl
Enerji idarəçisi təyin edilməsə, kim nə qədər cərimə ödəyir?
-
13 d. əvvəl
Alians Development Bakıda dənizlə şəhəri birləşdirən “Bayıl Bulvarı”nın inşasına başlayıb
-
36 d. əvvəl
Qızılın qiyməti kəskin düşür – Son 5 ayın ən pis həftəsindən sonra ucuzlaşma davam edir
-
1 saat əvvəl
Qlobal bank xəbərdarlıq etdi: Neft bazarında böyük təklif artıqlığı yaranacaq – Qiymətlər düşəcək
-
1 saat əvvəl
İran Bəhreyndəki ABŞ hərbi bazasına 6 pilotsuz uçuş aparatı ilə hücum edib
-
2 saat əvvəl
Azərbaycanda nəqliyyat dəhlizləri ilə 26 milyon tona yaxın yük daşınıb
-
2 saat əvvəl
AZAL-ın Bakı–İstanbul uçuşlarında dəyişiklik – Yeni plan yanvarın 4-dən tətbiq oluna bilər
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Enerji idarəçisi təyin edilməsə, kim nə qədər cərimə ödəyir?
Qızılın qiyməti kəskin düşür – Son 5 ayın ən pis həftəsindən sonra ucuzlaşma davam edir
Qlobal bank xəbərdarlıq etdi: Neft bazarında böyük təklif artıqlığı yaranacaq – Qiymətlər düşəcək
Ən çox oxunanlar
AZAL-ın Bakı–İstanbul uçuşlarında dəyişiklik – Yeni plan yanvarın 4-dən tətbiq oluna bilər
Qızıl daha da ucuzlaşıb – FED-in faiz artıracağı gözlənilir
Rəsmi məzənnələr açıqlandı
Noyabrın 15-də gözlənilən hava şəraiti
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edildi





















