Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Özünüzə kredit qadağası qoymusunuz, amma adınıza onlayn kredit verilib? – Borcu kim ödəyəcək?

Qadağaya baxmayaraq adınıza onlayn kredit verilmişdirsə, həmin borcu ödəmək öhdəliyiniz yoxdur.
AzVak-mobil_resmin_ustu_31
Özünüzə kredit qadağası qoymusunuz, amma adınıza onlayn kredit verilib? – Borcu kim ödəyəcək?
iç səhifə xəbər şəkil altı (mobil)_32

Özünəqadağa tətbiq etmiş şəxsin adına qadağaya baxmayaraq məsafədən istehlak krediti rəsmiləşdirilərsə və ya kredit limiti artırılarsa, bunun hüquqi nəticələri nə olacaq? Belə hallarda vətəndaşın hüquqları necə qorunur?

Oktyabrın 1-dən qüvvəyə minən yeni mexanizm barədə Marja.az-ın suallarını cavablandıran Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə qeyd edib ki, qaydaların tələblərinə əsasən kredit təşkilatları məsafədən istehlak krediti rəsmiləşdirməzdən və ya kredit limitini artırmazdan əvvəl müştərinin özünəqadağa tətbiq edib-etmədiyini yoxlamalıdırlar:

"Özünəqadağa qüvvədə olduğu halda vətəndaşın adına məsafədən istehlak krediti rəsmiləşdirilməsinə və ya kredit limitinin artırılmasına yol verilmir. Belə müraciət daxil olduqda kredit təşkilatı müştərini mobil tətbiq və ya SMS vasitəsilə məlumatlandırmalıdır. Özünəqadağa qüvvədə olduğu halda kredit rəsmiləşdirilərsə və ya kredit limiti artırılarsa, borcalan həmin kredit və ya artırılmış kredit limit üzrə öhdəlikdən azad edilir. Bu tələblər özünəqadağa mexanizminin vətəndaşlar üçün nəzərdə tutduğu əsas hüquqi müdafiə təminatlarından biridir".

Şahin Mahmudzadə əlavə edib ki, özünəqadağa yalnız məsafədən rəsmiləşdirilən istehlak kreditlərinə və mövcud istehlak kreditləri üzrə kredit limitinin məsafədən artırılmasına şamil edilir:

"Başqa sözlə, vətəndaş özünəqadağa tətbiq etdikdə onun adına onlayn kanallar vasitəsilə yeni istehlak krediti rəsmiləşdirilməsi və ya mövcud kredit limitinin artırılması mümkün olmur. Bu məhdudiyyət sahibkarlıq fəaliyyəti ilə bağlı kreditlərə, eləcə də istehlak məqsədi daşımayan digər kreditlərə şamil edilmir. Həmçinin, özünəqadağa vətəndaşın kredit təşkilatına şəxsən müraciət etməklə kredit əldə etməsinə mane olmur. Yəni vətəndaş özünəqadağa tətbiq etsə belə, kredit təşkilatına fiziki qaydada müraciət edərək müvafiq kredit məhsulundan istifadə edə bilər".

Vətəndaşlar özünəqadağanı iki üsulla tətbiq edə bilərlər:

"Birinci halda, vətəndaş istənilən kredit təşkilatına müraciət edərək yalnız həmin təşkilat üzrə özünəqadağa tətbiq edə bilər. Bu halda məhdudiyyətin ləğvi vətəndaşın kredit təşkilatında fiziki iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası vasitəsilə təqdim etdiyi yazılı müraciət əsasında həyata keçirilir.

İkinci halda, vətəndaş Findoc.az elektron platforması və ya mobil tətbiqi vasitəsilə müraciət edərək özünəqadağanı eyni vaxtda ölkə üzrə bütün kredit təşkilatlarına şamil edə bilər. Bu üsul vətəndaşa bütün kredit təşkilatları üzrə vahid məhdudiyyət tətbiq etmək imkanı yaradır. Özünəqadağa könüllü xarakter daşıyır və vətəndaş istənilən vaxt onu ləğv edə bilər. Bununla belə, Azərbaycan Kredit Bürosu vasitəsilə, yəni Findoc platformasında bütün kredit təşkilatlarına şamil edilməklə tətbiq edilmiş özünəqadağanın ləğvi müraciət edildikdən 24 saat sonra qüvvəyə minir. Bu müddət vətəndaşın qərarını yenidən nəzərdən keçirməsi və mümkün hallarda üçüncü şəxslərin təsiri altında tələsik qərar qəbul etməsinin qarşısını almaq üçün nəzərdə tutulub",- Şahin Mahmudzadə bildirirb.

kreditə özünəqadağa onlayn kreditə özünəqadağa məsafədən istehlak krediti kredit limitinin artırılması özünəqadağaya baxmayaraq verilən kredit kredit öhdəliyindən azad edilmə borcalanın hüquqları onlayn kredit fırıldağından qorunma Findoc özünəqadağa özünəqadağanın ləğvi 24 saatlıq gözləmə müddəti Azərbaycan Kredit Bürosu Azərbaycan Mərkəzi Bankı Şahin Mahmudzadə
17.11.2026 09:11
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19