Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Bakı dünya ulduzlarının tur xəritəsinə daxil edilə bilər – 10 illik saziş imzalanıb

Bakını dünya ulduzlarının konsert turlarına daxil etmək üçün 10 illik saziş imzalanıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı dünya ulduzlarının tur xəritəsinə daxil edilə bilər – 10 illik saziş imzalanıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

Dream Group International və iTicket Production Azərbaycana dünya şöhrətli ifaçıların cəlb edilməsi, Bakının beynəlxalq konsert turlarının marşrutlarına daxil edilməsi və ölkədə iri festivalların təşkili üzrə 10 illik strateji tərəfdaşlıq sazişi imzalayıb.

Marja.az “Agalarov Development”in paylaşımına istinadən xəbər verir ki, sənədi Dream Group International adından Emin Ağalarov, iTicket Production adından isə Ziya Məmmədov imzalayıb.

Tərəfdaşlığın əsas məqsədi Azərbaycanı beynəlxalq konsertlər, irimiqyaslı festivallar və mədəni tədbirlər üçün aparıcı məkanlardan birinə çevirmək, ölkənin dünya əyləncə sənayesində mövqeyini gücləndirmək və tədbir turizmini inkişaf etdirməkdir. Şirkətlər tanınmış festival və şou formatlarını Azərbaycana gətirmək, eləcə də uzunmüddətli inkişaf potensialı olan yeni əyləncə layihələri yaratmaq niyyətindədirlər.

Sea Breeze üçün 10 illik yol xəritəsi hazırlanacaq

Əməkdaşlığın əsas istiqamətlərindən biri Sea Breeze ərazisində beynəlxalq miqyaslı əyləncə ekosisteminin yaradılmasıdır. Bunun üçün tərəflər 10 illik inkişaf yol xəritəsi üzərində işləyəcəklər. Yol xəritəsi beynəlxalq musiqi və mədəniyyət tədbirlərinin təşkilini, yeni festival konsepsiyalarının hazırlanmasını, əyləncə infrastrukturunun inkişafını, beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsini və yerli istedadların dəstəklənməsini əhatə edəcək.

Azərbaycana daha çox xarici qonaq cəlb etmək üçün şirkətlər aviaşirkətlər, hotellər, turizm operatorları və sektorun digər iştirakçıları ilə əməkdaşlıq imkanlarını da nəzərdən keçirəcəklər. Tərəflər iri beynəlxalq tədbirlərin ölkənin turizm potensialından daha geniş istifadəyə, xidmət sektorunun inkişafına və iqtisadi fəallığın artmasına töhfə verəcəyini gözləyirlər.

Saziş tərəflərin beynəlxalq əlaqələrini, təşkilati təcrübəsini və peşəkar resurslarını birləşdirməyi də nəzərdə tutur. Birgə layihələrdə ifaçıların cəlb edilməsi, tədbirlərin təşkili, bilet satışı, marketinq, sponsorluq və konsert məkanlarının idarə olunması üzrə təcrübə mübadiləsi aparılacaq.

Dream Group International iTicket Production Emin Ağalarov Ziya Məmmədov Agalarov Development Sea Breeze Bakıda beynəlxalq konsertlər Bakıda festivallar dünya ulduzları Bakıda konsert turları tədbir turizmi 10 illik strateji tərəfdaşlıq
18.11.2026 08:46
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19