970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

AKİA sədri Yalçın Camalov: Dövlət Proqramı üzrə cari ildə nəzərdə tutulan subsidiyaların ödənilməsinə başlanıb

Yalçın Camalov: “Subsidiyalaşdırmadan tədricən investisiyayönümlü dəstəyə keçid edirik”
iç səhifə xəbər başlığı altı (mobil)_31
AKİA sədri Yalçın Camalov: Dövlət Proqramı üzrə cari ildə nəzərdə tutulan subsidiyaların ödənilməsinə başlanıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib. Proqramdan irəli gələn tapşırıqlara əsasən, Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumlar tərəfindən fəaliyyət planına uyğun olaraq müvafiq işlər icra edilir.

Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Yalçın Camalov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən “İmkanlar və İnam: Dövlət–biznes əməkdaşlığı” forumunda çıxışı zamanı deyib.

Reklam_3_11

O bildirib ki, bu məqsədlə dövlət büdcəsindən kənd təsərrüfatı texnikası və avadanlıqlarının güzəştlə maliyyələşdirilməsi üçün 40 milyon manat, damazlıq cins heyvandarlıq üçün isə 14 milyon manat əlavə vəsait ayrılıb və hazırda bu istiqamətlər üzrə maliyyələşmə davam etdirilir:

“Subsidiyalaşdırmadan tədricən investisiyayönümlü dəstəyə keçid edirik. Əsas məsələ cari istehsal xərclərinin kompensasiyası ilə uzunmüddətli inkişafı təmin edən investisiyalar arasında düzgün balansın qurulmasıdır. Fermerlərin investisiya qərarının arxasında təkcə subsidiya deyil, biznesin iqtisadi məntiqi dayanmalıdır. Dövlət dəstəyi investisiyanın məqsədi yox, onun həyata keçirilməsini asanlaşdıran vasitə olmalıdır”.

Qeyd edək ki, AKİA tərəfindən cari il ərzində 350 min fermerə 254 milyon manat əkin subsidiyası ödənilib. Bunun 14 milyon manatını 2 min hektar sahədə salınan yeni intensiv bağlara görə verilən birdəfəlik bağ subsidiyası təşkil edib. Subsidiyaların ödənilməsi zamanı məhsuldarlıq, ünvanlılıq və nəticəyönümlülük prinsipləri əsas götürülür.

AKİA Aqrar Kredit və İnkişaf Agentliyi Yalçın Camalov 2026-cı il əkin subsidiyası fermerlərə subsidiya aqrar texnikanın güzəştli maliyyələşdirilməsi damazlıq heyvandarlığa dövlət dəstəyi intensiv bağlara birdəfəlik subsidiya aqrar investisiyalar 2026–2030-cu illər üçün Dövlət Proqramı Do you like this personality?
20.11.2026 11:12
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19