Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Aylıq 445 manatdan –Daha 90 tam təmirli mənzil kirayə mexanizmi ilə təklif olunur

Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir. Binəqədidə 31, Sumqayıtda 31, Sarayda 28 mənzil. 1, 2 və 3 otaqlı təmirli mənzillər – aylıq ödənişlər 445 manatdan başlayır. Dekabrın 1-də “Mygov”da 90 mənzil seçimə açılır
iç səhifə xəbər başlığı altı (mobil)_31
Aylıq 445 manatdan –Daha 90 tam təmirli mənzil kirayə mexanizmi ilə təklif olunur
iç səhifə xəbər şəkil altı (mobil)_32

İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 31 mənzil, Sumqayıt şəhəri, Sülh prospektində yerləşən yaşayış kompleksində 31 mənzil və Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən yaşayış kompleksində 28 mənzil olmaqla, ümumilikdə 90 ədəd yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir. Yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 445 manatdan başlayır.

Yeni mənzillər 01 dekabr 2026-cı il tarixində, saat 15:00-dan etibarən seçimə təqdim olunacaq. Vətəndaşlar yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Reklam_3_11

Müraciətlərin qəbulu və yaşayış sahələrinin seçimi “Mygov” portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən həyata keçiriləcək. Ərizəçilər müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksionallığı ilə təsdiq edə biləcəklər. Vətəndaşlar “SİMA İmza”nın biometrik identifikasiya üsulunun tətbiqi ilə bağlı təlimatla bu keçid vasitəsilə tanış ola bilərlər.

Eyni zamanda bildiririk ki, hər kəs üçün bərabər seçim imkanının yaradılması məqsədilə imtinalardan formalaşan yaşayış sahələrinin seçimə təqdim edilməsi hər iş günü saat 11:00-dan etibarən elektron sistem tərəfindən həyata keçirilir.

Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi  mexanizmi barədə ətraflı məlumatı Fondun rəsmi internet səhifəsindən (mcgf.gov.az), “YouTube” kanalından (youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin “1549” Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla əldə etmək mümkündür.

24.11.2026 16:38
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19