İcbari sığortanı almaq hələ belə rahat olmamışdı!
Ölkəmizin ən böyük onlayn ödənişlər portal olan www.hesab.az, istifadəçilərinə avtomobillərin icbari sığortasını onlayn şəkildə rahat və təhlükəsiz almaq imkanını yaradır.
"QoldenPey" şirkətindən "Marja"ya daxil olmuş məlumata görə, istifadəçilər sistemdə olan iki sığorta şirkətindən birini seçərək icbari sığorta polisini rahatlıqla əldə edə bilərlər. Hal-hazırda ölkənin sığorta sahəsində iki aparıcı şirkəti olan Atəşgah Sığorta və PAŞA Sığorta şirkətlərindən birini seçərək sığortanı əldə etmək mümkündür.
Sığortanı əldə etmək üçün müştəri www.hesab.az portalına daxil olur və “Sığorta” bölməsini seçərək avtonəqliyyat vasitəsi barədə məlumatları daxil edir. Məlumatları daxil etdikdən sonra Atəşgah Sığorta və ya PAŞA Sığorta şirkətini seçib ödənişi edir. Bundan sonra sığorta şəhadətnaməsi qüvvəyə minir. Bütün bu prosses cəmi 1 dəqiqə ərzində həyata keçirilir və müştəri heç bir yerə getmədən rahatlıqla öz komputeri və ya telefonu vasitəsilə bütün bu əməliyyatları apara bilər. Ödəniş zamanı müştərin kart məlumatları tam təhlükəsiz şəraitdə qorunur.
Hesab.az-la icbari sığorta almağın daha bir üstünlüyü də odur ki, növbəti il icbari sığorta polisinin bitmə vaxtı yaxınlaşdıqda, portal tərəfindən müştəri məlumatlandırılır və müştəri sürətli şəkildə öz polisini yeniləyə bilir. Artıq minlərlə insan hesab.az portalınından sığorta alaraq bu xidmətin üstünlüklərindən faydalanmışdır.
Siz də rahat və təhlükəsiz şəraitdə icbari avtomobil sığortası almaq istəyirsinizsə sadəcə www.hesab.az portalına daxil olun və şəxsi kabinetinizi daxil olaraq Sığorta bölməsini seçib öz sığortanızı əldə edin. Portal olaraq avtonəqliyyat sahiblərini məlumatlandırmaq istərdik ki, icbari avtonəqliyyat sığortası olmayan və ya müddəti bitən avtonəqliyyat sahibləri cərimələnir. Cərimədən qorunmaq üçün hesab.az portalında icbari avtomobil sığortasını vaxtında almağı tövsiyyə edirik.
Müştərilərin xəbərləri
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
4 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat əvvəl
-
4 saat əvvəl
Tramp: “İranla müharibə tezliklə bitəcək, neftin qiyməti kəskin düşəcək”
-
4 saat əvvəl
"Moody’s": Geosiyasi dəyişikliklər Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır
-
4 saat əvvəl
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakıdan Tbilisiyə qatar biletləri ucuzlaşır – Yeni qiymətlər açıqlandı
-
4 saat əvvəl
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir – İnvestisiyalar 220 milyard dollara çatır
Ən çox oxunanlar
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
Noyabrın 1-də gözlənilən hava şəraiti
Fransanın kredit reytinqi üzrə proqnozu “neqativ”ə endirildi– Borc böhranı riski artır
Azərbaycan neftinin qiyməti 126 dolları keçib
“Toyota” və “Google”un şirkəti sürücüsüz taksilər istehsal edəcək – Razılaşma əldə olunub























