Azərbaycana turistlərin 85%-i bu 4 ölkədən gəlir
“Ənənəvi olaraq Azərbaycanı ziyarət edən ziyarətçilərin 85%-ni dörd ölkənin vətəndaşları təşkil edir”.
Bunu Rusiya mətbuatına müsahibəsində Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirib.
N.Səmədovun sözlərinə görə, bu siyahıda ilk yeri Rusiya tutur: “İkinci yerdə Gürcüstan, sonra isə Türkiyə və İran qərarlaşıb. Lakin indi Azərbaycana ərəb ölkələrindən də turistlər gəlir. Azərbaycan turist ziyarətçilərinin maksimum həddinə 2012-2013-cü illərdə nail olub. Belə ki, həmin illərdə ölkəyə gələn turistlərin sayı 2,5 mln. nəfər təşkil edib”.
“YEGANƏ ŞƏRT VİZA REJİMİ İDİ”
Nazir müavini qeyd edib ki, Azərbaycana turist axınının inkişafına mane olan yeganə sədd viza rejimi idi: “Lakin ötən ilin fevralından dövlət başçısının fərmanı ilə bu məsələ də öz həllini tapıb. İndi artıq 12 ərəb ölkəsindən olan turistlər ölkəmizə gələndə rahat şəkildə hava limanında yaradılan xüsusi məntəqələrdən viza alırlar. Bu rejimin sadələşdirilməsi avtomatik olaraq onlara Azərbaycan qapılarını açıb. Qeyd etdiyim ölkərin əksəriyyəti ilə birbaşa aviareyslərimiz var. Azərbaycanın Rusiya, Gürcüstan və Qazaxıstanla isə viza rejimi yoxdur və heç vaxt da olmayıb”.
TURİSTLƏRİ AZƏRBAYCANA ÇƏKƏN ƏN BÖYÜK AMİL
Nazirlik rəsmisi vurğulayıb ki, ölkədə turizmin inkişaf etdirilməsi və turist axınını artırmaq üçün təhlükəsizlik tədbirləri böyük önəm daşıyır: “Azərbaycan əzəldən çox güclü təhlükəsizlik sisteminə malik olub. Hazırda əsasən müharibə gedən, təhlükə olan ölkələrin turistləri Azərbaycanda olan təhlükəsizliyi əyani şəkildə görürlər. Bu da turistləri Azərbaycanda istirahət etməyə çəkən ən böyük amildir. Yaxın və Orta Şərqdə nələr baş verdiyini görürük, bu ölkələrin sakinləri artıq müharibə və qeyri-sabitlikdən yorulub. Eyni zamanda, biz müsəlman ölkəsiyik, ona görə də ərəb turistləri bu baxımdan özlərini burada çox rahat hiss edirlər. Yerli əhalimiz dini və milli adət-ənənələrini anladıqları üçün burada onlara anlayışla yanaşırlar. Ümumiyyətlə, Azərbaycanda hamıya rahatdır, çünki yerli əhali çox tolerantdır”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)







