Bu il vətəndaşlar mənzil üçün 200 milyona yaxın borca giriblər
2017-ci il ərzində 3000-ə yaxın vətəndaş ipoteka kreditindən faydalanaraq mənzil problemini həll etmişdir. Cari ildə verilən kreditlərin məbləği 194 milyon manat təşkil etmişdir.
Bu barədə "Marja"ya İpoteka və Kredit Zəmanət Fondundan bildirilib.
Qeyd edilib ki, ötən müddətdə 21 mindən artıq ailənin mənzil şəraitinin yaxışılaşdırılmasına imkan yaradılmış, verilmiş kreditlərin həcmi isə 930 milyon manata çatmışdır. Verilmiş ipoteka kreditlərinin 276 mln.manatdan çox hissəsini güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edib.
2017-ci il ərzində Fond tərəfindən ipoteka istiqrazlarının emissiyası vasitəsilə 265 mln.manat məbləğində vəsait cəlb edilmiş, dövriyyədə olan 65 mln.manat məbləğində əsas borc üzrə ödənişlər həyata keçirilmişdir.
Ümumilikdə, 2009-cu ilin may ayından başlayaraq Fond tərəfindən istiqrazların 13 buraxılışı həyata keçirilmiş, cəlb edilmiş maliyyə vəsaitlərinin həcmi 655 mln.manata çatmışdır. Bu vəsaitlər adi ipoteka kreditlərinin (25 ilədək müddətinə, illik 8%) maliyyələşdirilməsinə yönəldilir. Hazırda Fondun dövriyyədə olan istiqrazlarının həcmi 534,6 mln.manatdır, bu da daxili qiymətli kağızlar bazarının mühüm hissəsini təşkil edir.
2017-ci ilin dövlət büdcəsindən Fonda 50 mln.manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulmuşdur ki, artıq bu vəsait tam həcmdə Fondun hesabına daxil edilmişdir. Ümumilikdə, 2005-2017-ci illər ərzində dövlət büdcəsindən Fonda 366 mln.manat məbləğində vəsait daxil olmuşdur.
İpoteka kreditləşməsi sisteminin təkmilləşdirilməsi, eləcə də əhalinin yaşayış sahələrinin seçim imkanlarının genişləndirilməsi məqsədilə Fondun fəaliyyətini tənzimləyən normativ sənədlərə müvafiq dəyişikliklər edilmiş, ipoteka kreditlərinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahələri ilə yanaşı, o cümlədən qabaqcadan qeydiyyata alınmış yaşayış sahələrinin alınmasına verilməsi təmin edilmiş, adi ipoteka kreditləri üzrə maksimal məbləğ 100 000 manatdan 150 000 manatadək artırılmış, yaşayış sahəsinin təmirli olmasına dair, eləcə də adi ipoteka kreditləri hesabına alınacaq yaşayış sahələrinin orta bazar qiyməti ilə bağlı tələb aradan qaldırılmışdır.
İKİ FOND BİRLƏŞİB
Xəbər verdiyimiz kimi, “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin birləşmə formasında yenidən təşkili yolu ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” yaradılmışdır.
Fond Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizminin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirən, habelə sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat və kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən qeyri-kommersiya hüquqi şəxsdir.
Məqsədlərə nail olmaq üçün Fond aşağıdakı funksiyaları yerinə yetirəcəkdir:
-ipoteka, o cümlədən güzəştli ipoteka kreditləşməsinin maliyyələşdirilməsi;
-ipoteka kreditləri üzrə, o cümlədən sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminatların verilməsi;
-sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə hesablanmış faizlərin bir hissəsinə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsi;
-sahibkarlara verilmiş kreditlərin təyinatına uyğun istifadəsinə nəzarəti təmin etmək, sahibkarlıq subyektlərində monitorinqlərin aparılmasının təmin edilməsi;
-“Elektron ipoteka” sisteminin təşkili və onun fəaliyyətini təmin edilməsi;
-istiqrazların emissiyası və digər formada investisiyaların cəlbi;
-ipoteka kreditləşməsi üzrə məsləhət, informasiya xidmətləri və digər xidmətlər, habelə ipoteka kreditlərinin verilməsində iştirak edən banklar, sığortaçılar və qiymətləndiricilər üçün tədris proqramlarının təşkili;
-sahibkarlara borcların idarəedilməsi, risklərin qiymətləndirilməsi və idarə olunması sahəsində məsləhət xidmətlərinin göstərilməsi.
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsində nəzərdə tutulmuş funksiyaların tam şəkildə icrasına başlanılması üçün qısa müddət ərzində Fondun idarəetmə orqanları tərəfindən zəruri işlərin tamamlanmasının təmin ediləcəyi bəyan edilib.
Müştərilərin xəbərləri
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün sonra
-
29 d. əvvəl
Axios: ABŞ İran nümayəndə heyətinə “ölkəni dərhal tərk edin” deyib
- 34 d. əvvəl
-
41 d. əvvəl
Qlobal ərzaq bazarında kəskin bahalaşma – 4 ilin ən böyük artımı
-
1 saat əvvəl
Qlobal qızıl bazarı bağlansa da, ticarət dayanmayacaq – CFI 24/7 rejimini işə saldı ®
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bank of Baku-da hüquqi şəxslərə özəl depozit – 11%-dək gəlir! ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Cənubi Koreya Mərkəzi Bankı 13 ildən sonra qızıl alacaq
Qlobal qızıl bazarı bağlansa da, ticarət dayanmayacaq – CFI 24/7 rejimini işə saldı ®
ARDNF 1 trilyon dollarlıq nəhənglə strateji tərəfdaşlığa başlayır - Regiona qlobal kapital cəlb ediləcək
Ən çox oxunanlar
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
Spotify və TikTok Azərbaycanda ƏDV qeydiyyatına alındı
Bank of Baku-da hüquqi şəxslərə özəl depozit – 11%-dək gəlir! ®
Epoint-ə yeni Baş İcraçı Direktor təyin edilib
Qəzaların sayı avtomobil sığortası üzrə ödənişləri artırıb – “PAŞA Sığorta”dan 1 ayda 10 milyon manatdan çox ödəniş
Azərbaycan nefti bahalaşıb





















