"ABŞ və Türkiyə arasında imzalanan hüquqi sənədlər qüvvəsini itirdi"
“ABŞ-ın ədalət anlayışı budursa, o zaman dünya yandı”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-York Məhkəməsinin Jürisinin “Halkbank” bankının baş direktorunun müavini Mehmet Hakan Atilla ilə bağlı qərarına münasibət bildirib.
“Anadolu” agentliyinin verdiyi məlumata görə, R. T. Ərdoğan deyib ki, ABŞ-ın ədalət anlayışı budursa, o zaman dünya yandı.
Türkiyə prezidenti bildirib ki, ABŞ ədalət anlayışını gözdən keçirməlidir: “Belə bir ədalət anlayışı ola bilməz. Bundan sonra dünyaya ədalət dərsi verməyə qalxmasınlar. Mənim ölkəmdə çevriliş cəhdi edənlərə ölkələrində 400 hektar ərazi ayırıb, generallar kimi yaşadırlar, Türkiyədə çıxarılan heç bir məhkəmə qərarına hörmətlə yanaşmırlar. ABŞ-a Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı 100-ə qədər qovluqda sənəd göndərilib, Türkiyədə çıxarılan heç bir qərarı nəzərə almırlar. Elədirsə, beynəlxalq hüquq, iki ölkə arasında bağlanan hüquqi anlaşmalar nəyə yarayır? Hökmünü itirir. Bundan sonra proseslər belə davam edəcək”.
Qeyd edək ki, keçən ilin mart ayında da ABŞ-a səfər etmiş Türkiyənin “Halkbank” bankının baş direktorunun müavini Hakan Atilla amerikalı polislər tərəfindən həbs edilib. ABŞ Prokurorluğu H. Atillanı bundan öncə həbs olunmuş türkiyəli sahibkar Rza Zərrabla əlaqəli olmaqda ittiham edib. ABŞ tərəfi M.H.Atillanın R. Zərrabla sövdələşməyə girdiyini və sanksiyaları pozmaqla İrana milyonlarla dollar məbləğində pul köçürməyi planlaşdırdığını iddia edib. Bu günlərdə ABŞ-ın Iran embarqosunu pozmaqda ittiham edilən H. Atillanın Nyu-Yorkda baş tutan 4 həftəlik məhkəmə prosesinin ardınca qərar verilib. Jüri H. Atillanın İrana embarqonu pozmağa yardım etməkdə günahkar sayıb. Ümumiyyətlə, H.Atilla ABŞ investisiya qanununu pozaraq bank saxtakarlığı da daxil olmaqla, ona qarşı yönəldilən 6 ittihamdan 5-də günahkar elan edilib.
Onun cəzası aprelin 11-də açıqlanacaq.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 9 saat sonra
-
4 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır

























