"RabitəBank" maliyyə vəziyyətini açıqladı
"RabitəBank" ASC 2017-ci ili 11 milyon 563 min manat zərər ilə bağlayıb.
"Marja" Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il Bankın cəmi gəlirləri 39 milyon 800 min manat, o cümlədən faiz gəlirləri 25 milyon 513 min manat, qeyri-faiz gəlirləri 14 milyon 287 min manat təşil edib. Bankın xalis gəlirləri 20 milyon 45 min manat təşkil etsə də, 11 milyon 479 min manat inzibati xərclərə və ehtiyatlara 20 milyon 128 min manat ayırmaya görə, Bank ötən il zərər edib.
"RabitəBank" ASC 2016-ci ili 12 milyon 873 min manat zərər ilə bağlamışdı. Həmin il Bankın cəmi gəlirləri 43 milyon 767 min manat təşkil etmiş, ehtiyatlara 24 milyon 391 min manat ayırmışdı.
Əsasən likvid vəsaitlər hesabına "RabitəBank"ın əsas maliyyə göstəriciləri artıb.
31 Dekabr 2017-ci il tarixində "RabitəBank" 727 milyon 241 min manat cəmi aktivlərə, 653 milyon 852 min manat cəmi öhdəliklərə və 73 milyon 389 min manat cəmi balans kapitalına malik olub.
31 Dekabr 2016-cı il tarixində "RabitəBank" 552 milyon 288 min manat cəmi aktivlərə, 506 milyon 677 min manat cəmi öhdəliklərə və 45 milyon 612 min manat cəmi balans kapitalına malik idi.
KAPİTALI ARTIB
Ötən il Bankın məcmu kapitalı 31 milyon 262 min manat artaraq 92 milyon 436 min manata çatıb. Məcmu kapitalın artmasının səbəbi nizamnamə kapitalının 48,5 milyon manatdan 88,5 milyon manata yüksəlməsidir.
“Rabitəbank”dan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, müştərilərin müddətli əmanətlərinin həcmində də artım müşahidə edilib: "Belə ki, göstəricilər 2,6 % artaraq 248 milyon manat, cari hesablar isə 89,2% artaraq 338 milyon manat təşkil etmişdir. İl ərzində bank tərəfindən 142 milyon manat həcmində kredit verilmişdir. Verilən kreditlərdən 96 milyon manatı biznes kreditləri və 46 milyon manatı isə istehlak kreditləri təşkil etmişdir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)






.jpg)







