Dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yanvarın 31-də dövlət əmlakının özəlləşdirilməsi üzrə hərrac keçiriləcək.
Komitədən verilən məlumata görə, hərraca 20 səhmdar cəmiyyətinin səhmləri, 23 nəqliyyat vasitəsi və 38 kiçik dövlət müəssisə və obyekti çıxarılıb. Hərrac paytaxt (Komitənin İnformasiya Texnologiyaları Mərkəzi, H.Əliyev pr. 139A) və regionlardakı hərrac mərkəzlərində baş tutacaq.
Hərraca istənilən şəxs izləyici və ya sifariş verərək iştirakçı qismində qatıla bilər. Eyni zamanda, canlı bağlantı ilə regionlarda keçirilən hərraclar da monitorlarda izlənilir.
Qeyd edək ki, hərrac elanları komitənin bütün informasiya resurslarında və KİV-də açıqlanır. Hərracdan 1 ay əvvəl özəlləşməyə çıxarılan əmlaklar barədə komitənin “privatization.az” portalında ətraflı məlumatlar verilir. Məsələn, portalda hərraca çıxarılan kiçik dövlət müəssisəsinin adı, ünvanı, tikili və torpaq sahəsi, işçilərin sayı, ilkin satış qiyməti və 10% beh məbləği, fotosu və yerləşdiyi yeri göstərən xəritəsi əks olunur. Səmdar cəmiyyətinin adı, təsis tarixi, ünvanı, nizamnamə kapitalının həcmi, bir səhmin nominal qiyməti, satışa çıxarılan səhm sayı, ilkin satış qiyməti və 10% beh məbləği, eləcə də fotolar və xəritə göstərilir. Eləcə də, nəqliyyat vasitəsinin balanssaxlayıcısı, markası, buraxılış ili, yürüş məsafəsi, start qiyməti və fotoları ilə tanış olmaq mümkündür.
Paytaxtın Suraxanı rayonunda yerləşən 47 saylı mağaza 200 min manata, Sumqayıtda yerləşən 3 saylı avtomobillərə qazdoldurma stansiyası 280 min manata, Şirvan şəhərindəki Yardımçı təsərrüfat isə 315 min manata təklif olunur. Özəlləşməyə çıxarılan paytaxtdakı qeyri-yaşayış sahələri Səbail, Nəsimi, Yasamal, Binəqədi, Nizami, Nərimanov və Xətai rayonlarında yerləşir. Binəqədi rayonundakı qeyri-yaşayış obyektinə 468 min 400 manat, Səbail rayonundakı obyektə isə 460 min manat ilkin satış qiyməti təyin olunub. Paytaxtdakı əmlakların sahəsi əsasən 15-300 kv.m. arasında dəyişir.
Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarda yerləşən belə iri müəssisələr sırasında paytaxtda yerləşən “Sabunçu Ticarət Təchizat”, “Xətai Ticarət-108” ilə yanaşı, regionlarda yerləşən “Ağcabədi Aqrotexservis”, “Mingəçevir Qum Çınqıl”, “Tovuz Məişət”, “Ucar İnşaat Xidmət”, “Xırdalan yük nəqliyyat” kimi səhmdar cəmiyyətlər var.
Sifarişi komitənin özəlləşdirmə portalı üzərindən verilir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək qəbul edilir. Elektron sifariş verildikdən sonra əmlakın ilkin satış qiymətinin 10% məbləğində behi elektron qaydada ödənilir. Bu prosedurdan sonra vətəndaş hərracda iştirak etmək statusu qazanır. Hərracda qalib olmayan şəxsin ödədiyi beh 10 gün ərzində geri qaytarılır. Hərrac prosedurları barədə ətraflı məlumatı komitənin (012) 566 07 44 nömrəli çağrı mərkəzindən almaq olar.
Hərraca çıxarılan əmlaklara bu linkdə baxmaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
6 saat əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 6 saat əvvəl
-
9 saat əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
9 saat əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 11 saat əvvəl
-
12 saat əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
12 saat əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
12 saat əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
13 saat əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək






























