SWIFT: Müştərilərimiz olan banklara güclü haker hücumu olacaq
SWIFT ödəniş sistemi müştərisi olan banklara gözlənilən haker hücumları ilə bağlı xəbərdarlıq edib. "Reuters" xəbər verir ki, bu barədə sistemin yaydığı müvafiq sənəddə deyilir.
"Təhlükə dayanıqlı xarakter daşıyır və tədricən daha da çətinləşir", - deyə sənəddə bildirilir.
SWIFT-in məlumatlarına əsasən, hakerlər bank sistemlərinin sındırılması metodlarını təkmilləşdirib: "Yeni taktikalardan biri banklarda istifadə olunan kompüterlərə çıxış əldə etməyə imkan verən proqram təminatının istifadəsidir. Təəssüf ki, biz müştərilərimizin sistemlərinin sındırılması halları ilə rastlaşırıq".
Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatında isə deyilir ki, kiberhücumlar Ukraynanın "BlazingFast" şirkətinin Niderland Krallığında yerləşən serverlərindən həyata keçirilir.
Ehtimal olunur ki, hakerlər DDoS tipli hücumlardan istifadə edərək iri bankların serverlərinin fəaliyyətini iflic edəcək.
Müştərilərin xəbərləri
1600 manatlıq paltaryuyan 1000 manata, 1450 manatlıq tozsoran 950 manata – “Baku Electronics”dən böyük endirim ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
55 d. əvvəl
Qazlı içki istehsalçıları üçün yeni vergi – Hər litrə 10 qəpik
-
59 d. əvvəl
Biləcəri sakinlərinə şad xəbər – Sabahdan 203 nömrəli marşrutda yeni avtobuslar olacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
AQTA: Balıq məhsullarının daşınması və ixracı zamanı baytarlıq nəzarəti vacibdir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət büdcəsinə gözləniləndən 1 milyard 274 milyon manat çox vergi daxil olub
-
1 saat əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 3 il təxirə salınır
-
2 saat əvvəl
Əməkhaqqının nağd ödənilməsi aradan qaldırılır – Yeni sistem hazırlanır
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Qazlı içki istehsalçıları üçün yeni vergi – Hər litrə 10 qəpik
Azərbaycanda ilk dəniz milli parkı yaradılır
Hökumət 6-cı sosial islahat paketinə hazırlaşır - Orta aylıq pensiyanın 639 manata, yaşa görə orta pensiyanın isə 680 manata çatacağı gözlənilir
Ən çox oxunanlar
2027-ci ildə orta aylıq əməkhaqqı 102,80 manat artacaq
Sadələşdirilmiş vergidən könüllü imtina mümkün olacaq - Vergi ödəyicilərinə yeni hüquq verilir
Yükdaşıma ilə məşğul olanlara 5 illik vergi güzəşti verilə bilər
Restoran və kafelər üçün yeni vergi güzəşti gəlir




























