PAŞA Bank topdan və pərakəndə satıcılar üçün şəbəkə yaradır
Ötən il 2017-ci ilin iyul ayında ölkəmizin qabaqcıl korporativ bankı olan PAŞA Bank iş adamlarını dəstəkləmək məqsədilə bazara yeni məhsul – Tacir Kartı təqdim etmişdi.
Bu kart ticari prosesdə iştirak edən iki tərəf: həm pərakəndə satıcılar, həm də topdan satıcılar (distribütorlar) üçün çox faydalıdır. Bildiyimiz kimi əksər pərakəndə satış obyektləri malları iri distribütorlardan alırlar. Sahibkar aldığı malların dəyərini nağd və ya bank köçürməsi yolu ilə həyata keçirir. Tacir Kartı əldə edən pərakəndə satış obyektinin sahibi isə, topdansatış şirkət malları onun qapısına gətirən zaman malların dəyərini bu kartla ödəyə bilir.
Tacir Kart öz istifadəçiləri üçün unikal şəbəkə yaratmaqla, tərəflər arasında ticari əlaqələrin genişlənməsini və operativliyini təmin edir.
Aprelin əvvəllərində isə PAŞA Bank biznes üçün unikal kart məhsulu olan Tacir Kartı daha da təkmilləşdirdiyini bəyan etdi. "Marja.az" olaraq, bu məhsulun üstünlükləri barədə oxucuları məlumatlandırmaq üçün PAŞA Bankın Kiçik və orta sahibkarlıq üzrə bankçılıq departamentinin direktoru Aleksandr Qolovkoya müraciət etdik. Həmin müsahibəni nəzərinizə çatdırırıq.
- Belə bir fikir mövcuddur ki, ticarət sektoru nümayəndələri üçün ödəniş kartlarının əldə edilməsi və POS-terminallardan istifadə əlavə xərcdir. Bu, həqiqətən, belədirmi?
- Əgər bir çox illər əvvələ, nağdsız ödənişlərin olmadığı vaxtlara qayıtsaq, görərik ki, o vaxt bu tamamilə normal idi. İndi isə biz inkişaf edirik, iqtisadiyyat inkişaf etdikcə nağdsız hesablaşmalar da gündəlik həyatımıza daxil olur. Bu proses çərçivəsində, yəni nağdsız ödənişlərə, nağdsız hesablaşmalara keçdikcə, müştəri pul prosesləri nöqteyi-nəzərindən qənaət etmək imkanı qazanır. Bu qənaət inzibatçılıqda, hesabatlılıqda, nağdsız hesablaşmalarda özünü göstərir. Nağdsız hesablaşmalara keçid zamanı keyfiyyətli nəzarətə imkan yaranır, yalnız bank xidmətlərinə xərc çəkməklə üstünlüklər qazanmaq mümkün olur.
- Ticarət sektorunun nümayəndələri və distribütorlar üçün Tacir Kartın üstünlükləri hansılardır?
- Birincisi, bu kart qısa müddət ərzində nağdsız dövriyyələrə keçmək üçün alətlər yaradır, həm distribütorların, həm də sahibkarların vaxtına qənaət edir. Bu, daha asan hesabatlılığı təmin edir, onu təkmilləşdirir. Digər tərəfdən, Tacir Kartın PAŞA Bankın POS-terminalı ilə istifadəsinin ən önəmli üstünlüklərindən biri 18% ƏDV-nin avtomatik hesablanması ilə yanaşı həmin məbləğin avtomatik çıxarılaraq sahibkarın adından vergi depoziti hesabına göndərilməsi imkanıdır. Nağdsız ödənişlərin qəbulunu topdansatış şirkətin POS-terminal ilə təchiz olunmuş ekspeditorları özləri həyata keçirir.
Bundan başqa, bu məhsul distribütor şirkətlər pul dövriyyəsini nağdsız formaya keçirmək, alıcı sahibkarlara fərdi kredit limitləri müəyyən etmək, şirkətin pul axınlarını effektiv idarə etmək, POS-terminal vasitəsi ilə bütün ödənişlərin qəbul etmək, nağd vəsaitin qəbulu ilə əlaqəli risklərin azalması, vəsaitin həmin gün hesaba köçürülməsi imkanlarını əldə edəcəklər.
Pərakəndə satıcılar (sahibkarlar) üçün isə bu kart avtomatlaşdırılmış ƏDV ödənişi imkanı yaradır ki, bu da onların öz işlərini nağdsız şəkildə, daha çevik və operativ olaraq həll etməyə zəmin yaradır. Bundan başqa, sahibkarlar kredit xəttindən faydalanmaq, hər distribütor şirkət üzrə fərdi kredit limitlərinin müəyyən edilməsi, hesaba “Pay point” ödəmə terminalları vasitəsi ilə mədaxilin edilməsi, vaxta qənaət, kartın bütün digər biznes ehtiyacları üçün rahat istifadə edilməsi imkanlarını qazanacaqlar.
Bütün bu cəhətlərinə görə Tacir Kart yerli bazarda tamamilə unikal məhsuldur və heç bir bankda belə üstünlük, demək olar ki, yoxdur.
- Tacir Kartla işləyən sahibkarlar hansı risklərdən azad olacaq?
- Sahibkarlar nağd pulla işləyən zaman böyük risklərə məruz qalır. Xüsusilə bu risk böyük məbləğdə nağd pulla işləyən zaman meydana çıxır. Burada həm də insan amilini qeyd etmək istərdim. Pulların daşınmasına, yəni inkassasiya xərclərinə ehtiyac qalmır. Belə ki, pulları hər hansı elektron formada, nağdsız formatda saxlamaq daha rahatdır və onlara tam nəzarət etmək mümkündür. Bütün bunlarla yanaşı, nağdsız hesablaşmalar istifadəçiyə müəyyən üstünlük əldə etmək imkanı yaradır. Artıq heç bir şübhə qalmır ki, bu, xüsusilə biznes üçün olduqca aktualdır.
Bir sözlə, PAŞA Bank, məhsul və xidmətləri işləyib hazırlayarkən, əsas meyar olaraq müştərilərinin biznes ehtiyaclarını rəhbər tutur.
- Sizin bu məhsul bazarda nə dərəcədə populyardır?
- Biz Tacir Kartın populyarlaşmasını artıq birinci mərhələ çərçivəsində gördük. Bu, məhsulun baza elementləri qoyulan ilkin, necə deyərlər, start mərhələsi idi. Biz bazarda məhsulumuza böyük maraq görürük. Bizim bu məhsulun satışı üzrə böyük planlarımız var. Bəzən nağdsız ödənişlər seqmentində, prinsip etibarilə korporativ plastik kartlar seqmentində bütövlükdə nağdsız ödənişlərə keçid meyli vardır ki, bu da trenddə olmaq və bu məhsulu fəal inkişaf etdirmək deməkdir. Bizim məqsədimiz təkcə verilmiş kartların sayını artırmaq deyil, başlıca məqsədimiz nəinki iri müştərilərə, həm də məhsulumuzu alan xırda müştərilərə fayda gətirən qərarların həyata keçirilməsidir. Biz onların “daily banking”ini (gündəlik bankçılıq) daha rahat, faydalı və sürətli etməyə çalışırıq. Bir sözlə, məqsədimiz bazarda müştərilərimiz üçün Tacir-şəbəkəsi qurmaqdır.
- PAŞA Bank yaxın gələcəkdə hansı yeni kart məhsullarını təqdim etməyi planlaşdırır?
- PAŞA Bank bu gün bazarda olduqca populyar olan geniş kart məhsulları spektrinə malikdir. Bu, həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda, xarici ölkələrdə geniş istifadə olunan korporativ kartlardır. Bizim gömrük ödənişləri üçün nəzərdə tutulan kartımız -Gömrük kartı vardır. Hazırda bizdə Əvvəlcədənödənilmiş kartlar üzərində iş gedir. Bütövlükdə bütün layihələr və məhsullar korporativ müştərilərin rahatlığına, onların öz tərəfdaşları ilə, əməkdaşları ilə qarşılıqlı əlaqəsinə, istənilən növ ödənişlərinin rahat və tez həyata keçirilməsinə yönəldilmişdir. Biz daim müştərilərlə işləyirik, daim onların ehtiyaclarını öyrənir, bunun nəticələri əsasında təkliflərimizi işləyib hazırlayırıq. Hazırda biz müştərilərimizin öz tərəfdaşları ilə qarşılıqlı münasibətlərini, bu sahədə olan ehtiyaclarını və tələbatlarını öyrənir və məlumat toplayırıq.
- Bu yaxınlarda, 2017-ci ilin yekunlarına görə təmsil etdiyiniz Bank yerli bazarda “Nağdsız ödənişlərin həyata keçirilməsi sahəsində lider bank” kimi tanınmışdır. Bu uğura necə nail olmusunuz?
- Hazırda nağdsız ödənişlər çox böyük sürət alaraq inkişaf edir. Bazarda 2016-2017-ci illərdə nağdsız ödənişlərdə 50% artım dinamikası müşahidə olunub. Korporativ bank olaraq kartlarımızın sayı gündən günə artır, kartlarımız ilə keçirilən transaksiyaların sayı artır və bu müştərilərimizin bizə olan etibarından xəbər verir vətənzimləyicilərtərəfindən yüksək qiymətləndirilir.
Güclü tərəfimizdən biri olan yüksək ixtisaslı işçi heyətimiz sayəsində malik olduğumuz ekspertizamız bizə imkan verir ki, qlobal, regional, yerli kontekstdə baş verən prosesləri təhlil edərək, müştərilərimizin ehtiyaclarını təhlil edərək onlarla birgə onların biznes ehtiyaclarına uyğun məhsul və xidmətləri təmin edək.
Bir məqamı da vurğulayaraq qeyd etmək istərdik ki, ölkənin aparıcı korporativ bankı olaraq biz ölkədə həyata keçirilən rəqəmsal təşəbbüslərin miqyasının genişləndirilməsi səylərinə töhfə vermək üçün rəqəmsal transformasiya prosesinə start vermişik. 2018-2020-ci illəri əhatə edən Inkişaf strategiyamızda da məqsədlərdən biri mütərəqqi rəqəmsal kanallarını inkişaf etdirməklə müştəri əməliyyatlarının 90%-i alternativ rəqəmsal kanallar vasitəsilə həyata keçirməkdir.
-Təşəkkür edirik!
Müsahibəni aldı: Yeganə Məmmədova
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 13 saat əvvəl
-
14 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
14 saat əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
-
16 saat əvvəl
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
-
16 saat əvvəl
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
-
1 gün əvvəl
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Ən çox oxunanlar
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
AccessBank-dan “Gül kimi” təklif















