Dolları olanlara müjdə - İLLİK 6 FAİZ GƏLİR VƏD EDƏN YENİ İSTİQRAZ
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC 1,5 milyon dollarlıq istiqraz buraxır.
“Marja” xəbər verir ki, 08 Avqust 2018-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 1500 ədəd faizli təmin edilməmiş istiqrazlarını dövlət qeydiyyatına alıb.
İstiqrazların kütləvi təklif üsulu ilə yerləşdirilməsi “Bakı Fond Birjası” QSC-nin ticarət platformasında həyata
keçiriləcək
İstiqrazlar üzrə illik faiz dərəcəsi 6 faiz təşkil edir.
İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayından bir ödənilir. İstiqrazların tədavül müddəti 1 ildir. İstiqraz sahiblərinə istiqrazlar üzrə əsas məbləğin ödənişi tədavül müddətinin sonunda - ilk istiqrazın yerləşdirildiyi tarixdən 1 təqvim ili sonra həyata keçiriləcək.
İstiqrazların geri satın alınma şərtləri
Emitent tərəfindən satış sifarişləri üzrə istiqrazların geri alınması 180 təqvim günündən sonra həyata keçiriləcəkdir. İstiqrazların geri alınması zamanı istiqrazların nominal dəyəri və həmin günədək yığılmış faizlər ödəniləcəkdir. İstiqrazların vaxtından əvvəl ödənişi barədə tələb buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən müddəti bitənədək daxil olduqda istiqrazlar üzrə faizlər illik 6 % gəlirlilik ilə hesablanacaq
Emissiyanın anderrayteri də “İnvest-AZ İnvestisiya Şirkəti”dir. Market meyker barədə məlumat mövcud deyil.
Şirkət, lahiyələrini maliyyələşdirmək üçün deyil, fəaliyyətini dəstəkləmək və digər səbəblərə görə istiqraz təklifi həyata keçirir. Emissiyadan əldə ediləcək vəsait şirkətin gələcək fəaliyyətinin dəstəklənməsində, o cümlədən şirkətin biznesinin böyük hissəsini təşkil edən marja ticarəti xidmətində müştərilərə verilən marjanın maliyyələşdirilməsində istifadə ediləcəkdir. Şirkət eləcə də, bu emissiya ilə bazarda şirkətin borclana bildiyi müqayisəvi dərəcəni (benchmark) müəyyənləşdirmək niyyətindədir.
Yerləşdirmənin başlanma tarixi
İistiqrazların yerləşdirməsinin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin və anderrayterin saytında investorlara açıqlanacaqdır
"İnvest-AZ"ın xalis mənfəəti 2018-ci ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə artaraq 888 min 554 manat təşkil etmişdi. Şirkətin cəmi gəlirləri isə 64% artaraq 2 milyon 346 min manat olmuşdur.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən İnvestisiya şirkəti fəaliyyətini həyata keçirmək üçün verilmiş 087986 saylı 09 Yanvar 2016-cı il tarixli lisenziya əsasında aşağıdakı əsas və yardımçı investisiya xidmətlərini göstərir:
- qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı
müştəri sifarişlərinin qəbul və icra edilməsi;
- fərdi investorların portfelinin idarə edilməsi;
- investisiya məsləhətlərinin verilməsi;
- qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi;
- qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi;
- mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli
kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması;
- marja ticarəti və s.
Buraxılış ilə daha ətraflı EMİSSİYA PROSPEKTİNDƏN tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
5 d. əvvəl
Venesuelada dağıdıcı zəlzələlər baş verib - insan tələfatı və dağıntı ehtimalı yüksəkdir
- 12 d. əvvəl
-
-
41 d. əvvəl
Neft qiymətlərində müharibə dövründəki artımı silindi - 60–65 dollaradək ucuzlaşacağı gözlənilir
-
10 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
10 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Venesuelada dağıdıcı zəlzələlər baş verib - insan tələfatı və dağıntı ehtimalı yüksəkdir
“Azərbaycan Nəşriyyatı”nın zərəri artıb
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Ən çox oxunanlar
AccessBank-da kart əməliyyatları bərpa olundu
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var




























