Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Fındıq bağları suyun altında qalıb, lildən məhsul yığmaq mümkün deyil

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fındıq bağları suyun altında qalıb, lildən məhsul yığmaq mümkün deyil
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Son dövrlər bir-birinin ardınca dünyada anomal iqlim şəraiti səbəbindən baş verən təbii fəlakətlər ölkəmizdən də yan keçmir. Mövsümə uyğun olmayan leysan yağışları aqrar sektorun ayrı-ayrı sahələrinə ciddi zərər də vurdu. 


Yağıntılardan əziyyət çəkən regionlarımız arasında aqrar sektor üzrə böyük potensiala malik olan Zaqatala rayonu da var.

Reklam_3_11


Lakin avqustun 9-dan başlayan leysan yağışları rayon üçün ciddi fəsadlara yol açdı. Ümumiyyətlə, respublikanın şimal-qərb bölgəsində dağ çaylarında baş verən daşqınlar, bəzi yaşayış məntəqələrinə düşən sel vətəndaşların şəxsi təsərrüfatlarına, əkin və bağ sahələrinə, infrastruktura xeyli ziyan vurdu.


Rayon fövqəladə hallar komissiyasının sədri Tofiq Əhmədov hadisə ilə bağlı məlumat verərək dedi: 


- Hadisə Vöhtala, Höytala, Danaçı, Maqov, Muxax, Zəyəm, Çobankol, Lahıc, Bəhmətli və digər kəndlərində ciddi problemlərə yol açmışdı. Vöhtala və Höytala inzibati ərazisində vəziyyət daha acınacaqlı idi. Burada insanların bir qismi təbii fəlakət zonasında qalmış, digər tərəfdən də sel suları artıq sakinlərin həyətyanı sahələri bir yana, evlərinə də çatmışdı. Hadisənin miqyasının genişliyi nəzərə alınaraq, rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin rəhbərliyi altında xüsusi qərargah yaradıldı. İlk tədbir daşqın olan ərazidə qalan 12 ailənin təxliyyəsi idi. Müraciət əsasında heç bir insana xətər toxunmadan Vöhtalada olan sakinlər Fövqəladə Hallar Nazirliyinin helikopteri vasitəsilə təbii fəlakət zonasından çıxarıldı. 


T.Əhmədovun sözlərinə görə, hazırda rayon ərazisindən axan Tala və digər dağ çaylarında sululuq bir qədər azalıb. Kəndlərdə sel və daşqınların yaratdığı fəsadların aradan qaldırılması üçün “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin ağır tonnajlı texnikalarının köməyi ilə lazımi tədbirlər həyata keçirilir.

 

Görülmüş tədbirlər nəticəsində həyətlərə və həyətyanı sahələrə dolan sel suları çəkilir, kəndlərdə həyat tədricən öz axarına düşür.


T.Əhmədov dedi ki, hadisənin üstündən 10 gün keçməsinə baxmayaraq, hələ də sel daşqınlarının fəsadlarının dəf edilməsi üçün bütün qüvvələr səfərbər edilib.  

 

200 EV ZƏRƏR GÖRÜB


Təbii fəlakətlə daha çox üz-üzə qalan məkanlardan biri də Höytala ərazi inzibati dairəsi nümayəndəliyinin Yolayrıc kəndidir. 267 ev və 300 təsərrüfatdan ibarət olan Yolayrıc kəndində 200 ev təsərrüfatı həyətlərə su dolduğundan zərər görüb. Ümumilikdə isə zərər görməyən ailə yoxdur. Çünki bütün bağ, bostan sahələri lilin əsirinə çevrilib.


ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Kənd sakini Yunis Eminov bildirdi ki, Yolayrıc Tala çayının sahilində yerləşdiyi üçün güçlü sel gələrkən sakinlərin, onların ev və təsərrüfat sahələrinin dəfələrlə zərər çəkməsi halı baş verib. Ərazinin coğrafi relyefi çayın sağa meyilli olmasına səbəb olur. Bu da çayda sel daşqınları baş verərkən qeyd olunan istiqamətə axının daha çox olmasına gətirib çıxarır. Ötən illər ərzində kəndin seldən daha çox zərər çəkməsi 1963-cü ildə baş verən sel zamanı yaranıb. 

 

BƏND TİKİLMƏDİYİNDƏN 3-CÜ DƏFƏDİR KƏND SEL TƏHLÜKƏSİLƏ ÜZLƏŞİR


Müsahibimiz deyir ki, bu dəfə dağlarda baş verən sürüşmələr çayın yatağının qum və çınqılla daha çox dolmasına səbəb oldu. Vəziyyətdən çıxış yolu isə ya böyük vəsait hesabına bəndin tikilməsi, yaxud da çayın yatağının qazılıb kənara atılması ola bilər. Təkcə bu il üçüncü dəfədir ki, kənd sel təhlükəsi ilə üzləşir. Əvvəlkilərdə lil az olsa da, bu dəfə dağda torpaq sürüşməsinin baş verməsi və ya hansısa səbəbdənsə lil ağılagəlməz dərəcədə çox olub. Bununla belə, ümumilikdə Tala çayının səviyyəsinin hazırki qədər qalxması müşahidə olunmayıb.

 

“LİLİN YAYILDIĞI ƏRAZİLƏRDƏ AĞACLAR QURUYACAQ”


Narahatlıq doğuran tendensiyalardan biri də ondan ibarətdir ki, lilin daha çox yığıldığı ərazilərin sonrakı uzun illər ərzində istismarında problemlər yaranır. Bir növ, səhralaşma baş verir. Konkret olaraq 1983-cü ildə belə hallar yaşanan ərazilərdə torpağın yenidən məhsuldarlığa düşməsi üçün 10 ildən çox vaxt tələb olunub. Bu dəfə lil daha çox olduğundan torpağın üst qatı deqradasiyaya uğraya bilər. Beləliklə də, lilin içərisində olan gilin torpağa nəfəs almağa imkan verməməsi bütün ağacların inkişafdan qalmasına, hətta qurumasına gətirib çıxaracaq. 

 

YAY FINDIĞIN SEL APARIB


Kənd sakini Musa Diqayevin həyətinə daxil oluruq. Burada da vəziyyət heç də arzuolunan səviyyədə deyil. Evin zirzəmisi və həyətyanı təsərrüfat lillə dolub. “Su Təsərrüfası və Meliorasiya” ASC-nin “Kamaz” markalı avtomobilləri digər həyətlər kimi bura da qum tökür, texnikalar isə onu yayırdılar. 
Ev sahibi hadisə baş verən günü belə xatırlayır: “Sel daşqını yeni başlayan zaman yaxınlıqda olan arxı bağlayırdıq ki, sel həyətə daxil olmasın. Bu zaman bacım oğlu çağırdı ki, gəlin, küçədəki çaya baxın. Selin gəlmə istiqamətində olan fındıq bağında təxminən 300 kiloqram yay fındığı toplamışdıq. Lakin biz 5 nəfər su gələnə kimi heç onun yarısını belə götürə bilmədik. Əlavə olaraq qaynaq aparatı, su pompası və digər avadanlıqlar da lilin altında qaldı.”

 

FINDIQ BAĞLARI SUYUN ALTINDA QALIB


Musa Diqayev deyir ki, bütün problemlər həyətin lillə dolması ilə bitsə nə var idi ki? Təsəvvür edin ki, yarım hektarlıq qarpız sahəsi, böyük fındıq bağı suyun altında qalıb. Qarpızlar tamamilə sıradan çıxdı. Fındığı da yığmaq olduqca müşkül məsələdir. Çünki ərazidə dizə qədər çıxan lil var. O qurumayınca sahəyə girmək mümkün deyil. Havalar tam quraq keçərsə, aylarla vaxt lazım gələcək. Fındıq isə gözləmir. Ağacdan düşən məhsul lilin içində məhv olur. 


Kənd sakini Şaban Eminovla da həyətində görüşürük. Həyət və evin zirzəmisinin lil içərisində olması elə kənardanca diqqəti çəkir. Bununla belə, müsahibimiz həyətdə, evdə olan vəziyyətdən çox da narahat deyil. Onu da daha çox qayğılandıran ilk növbədə, fındıq bağlarıdır. Deyir ki, fındıq bu ərazidə yaşayan insanların çörək ağacıdır. Lakin məhsul tökülüb gedir. Sahəyə də girmək mümkün deyil. Kartof, soğan, lobya və digər tərəvəzlər haqqında isə heç danışmağa dəyməz. 

 

 

19.08.2018 05:48

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ