Vətəndaşlar Prezident Administrasiyasına bu təklifləri göndərib - "faizsiz kreditlər verilsin"
Prezident Administrasiyasına daxil olan müraciətlərin xeyli hissəsi cəmiyyəti düşündürən, vətəndaşları narahat edən məsələlər barəsində fikir və mülahizələrdən, həmçinin ölkənin iqtisadi və siyasi inkişafına müsbət təsir göstərən təkliflərdən ibarətdir.
“Marja” xəbər verir ki, bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib:
-Təkliflər cəmiyyətin problemlərinə biganə qalmayan insanların ürək sözünü və vətəndaşlıq mövqeyini ifadə etdiyinə görə, onların hər biri diqqətlə öyrənilir və baxılıb həyata keçirilməsi üçün müvafiq qurumlara göndərilir. Bu təkliflərin bəziləri hətta müvafiq qanunvericilik aktlarında edilmiş dəyişikliklərdə öz əksini tapır.
Təkliflərin mövzuları da müxtəlifdir. İctimai-siyasi məzmunlu təkliflərin bir çoxunda ulu öndər Heydər Əliyevin xatirəsinin daha geniş yad edilməsi, ayrı-ayrı tanınmış mədəniyyət və incəsənət xadimlərimizin yubiley tədbirlərinin keçirilməsi və onların xatirəsinin müxtəlif formada əbədiləşdirilməsi, bəzi yeni peşə bayramlarının təsis edilməsi və sair fikirlər irəli sürülür.
Sosial-iqtisadi xarakterli təkliflərdə kənd təsərrüfatının yeni bərpa olunan sahəsinin – ipəkçiliyin daha da inkişafı, barama toxumlarının inkubasiyası, onların kümçülərə paylanması, bir çox şəhər və kəndlərin su təchizatının yenidən qurulması, şəhər və rayonlarda yeni parkların və yaşıllıqların salınması, bu işin davam etdirilməsi və digər məsələlər qaldırılır.
Vətəndaşlar sənayenin və sahibkarlığın inkişafına dair təkliflərində iqtisadi sahədə idarəetmənin təkmilləşdirilməsi, bəzi strukturlarda ixtisarlar aparılması, istifadəsiz qalan torpaqların dövriyyəyə cəlb edilməsi, emal müəssisələrinin yaradılması üçün faizsiz kreditlər verilməsi, iqtisadiyyatla bağlı geniş müzakirələr, “dəyirmi masa” ətrafında söhbətlər aparılması, tikinti materialları istehsalının daha səmərəli təşkil edilməsi, yarımçıq tikililərin başa çatdırılmasına dövlət dəstəyi, qeyri-neft sektoruna maraq göstərən sahibkarlar üçün müvafiq fondlar yaradılması və onlara vergi güzəştlərinin edilməsi, bir sıra rayon mərkəzlərində əvvəllər fəaliyyət göstərmiş konserv zavodlarının fəaliyyətinin bərpa edilməsi, qoyunçuluğun inkişaf etdiyi ərazilərdə yeni gön-dəri tədarükü məntəqələrinin açılması, Azərbaycanın zəngin təbiətinin imkanlarından istifadə etməklə yeni parfümeriya müəssisəsinin açılması, neft-kimya sənayesinin daha da inkişaf etdirilməsi, mühərrik yağları istehsalının təşkil edilməsi, yerli tikinti məhsulları istehsalının çeşidinin genişləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılması, şərabçılığın, əczaçılığın inkişaf etdirilməsi, Azərbaycanda istehsal olunan malların dövlət və özəl televiziya, radio kanallarında güzəştlə reklam edilməsi və sair məsələlər barədə təklif və mülahizələrini bildirirlər.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 3 saat əvvəl
-
4 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
7 saat əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi























