Mehdiyev və Cabbarov iclas keçirdi
Oktyabrın 5-də Dövlət Gömrük Komitəsində Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2018-ci il tarixli 260 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı"nın icra vəziyyətinin müzakirə edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinin və Vergilər Nazirliyinin birgə kollegiya iclası keçirilib.
İclasda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Azəzbaycan Respublikasının vergilər naziri Mikayıl Cabbarov, eləcə də müvafiq strukturların rəhbərləri iştirak edib.
İclası açan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilən "İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı"na uyğun olaraq, hər iki qurumun əməkdaşlarından ibarət işçi qrupunun yaradıldığını və kollegiya iclasında görülən işlərin, qarşıda duran vəzifələrin müzakirə olunacağını bildirib.
Dövlət başçısı tərəfindən hər iki qurum qarşısında qoyulan tapşırıqların qısa zaman kəsiyində qüsursuz həyata keçirilməsinin vacibliyinə toxunan Komitə sədri onu da qeyd edib ki, artıq Dövlət Gömrük Komitəsi ilə Vergilər Nazirliyi arasında səmərəli əməkdaşlıq əlaqələri qurulub və bu əməkdaşlığın müsbət faydalarını bütün sahibkarlar və biznes subyektləri gündəlik fəaliyyətlərində hiss edəcəklər.
Kollegiya iclasında çıxış edən vergilər naziri Mikayıl Cabbarov geniş formatda görüşün keçirilməsinin qurumlar arasındakı əməkdaşlığın genişləndirilməsinə xidmət etdiyini, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan tapşırıqların uğurla icrası üçün birgə fəaliyyətin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb. M.Cabbarov Tədbirlər Planında nəzərdə tutulmuş işlərin intensivləşdirilməsinin vacibliyini vurğulayıb, gömrük və vergi orqanlarının fəaliyyətinin əlaqələndirilməsi baxımından həyata keçirilən tədbirlərin müsbət fiskal nəticələri olacağını qeyd edib.
Daha sonra hər iki qurumun nümayəndələri Tədbirlər Planının icrası ilə bağlı görülən işlərə dair hesabatla çıxış edərək, qarşılıqlı məlumat mübadiləsinin, vahid risk platformasının təşkili, qanunvericilikdə həyata keçirilən dəyişikliklər və digər məsələlər barədə məlumat veriblər.
Sonda Tədbirlər Planında nəzərdə tutulan işlərin icrasının daha da sürətləndirilməsi üçün aidiyyatı strukturlara müvafiq tapşırıqlar verilib.
Müştərilərin xəbərləri
1600 manatlıq paltaryuyan 1000 manata, 1450 manatlıq tozsoran 950 manata – “Baku Electronics”dən böyük endirim ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 22 d. əvvəl
-
28 d. əvvəl
ABB Invest dövriyyədə, PAŞA Kapital əqdlərin sayında liderdir – SİYAHI
- 32 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 17,5 milyard manat azalıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qazlı içki istehsalçıları üçün yeni vergi – Hər litrə 10 qəpik
-
2 saat əvvəl
Biləcəri sakinlərinə şad xəbər – Sabahdan 203 nömrəli marşrutda yeni avtobuslar olacaq
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir “Subway” filialı açıldı - ÜNVAN
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Qazlı içki istehsalçıları üçün yeni vergi – Hər litrə 10 qəpik
Ən çox oxunanlar
Biləcəri sakinlərinə şad xəbər – Sabahdan 203 nömrəli marşrutda yeni avtobuslar olacaq
Azərbaycanda ilk dəniz milli parkı yaradılır
Qarabağda yeni iri aqropark yaradılır – İlkin 500 min manat ayrıldı
Hökumət 6-cı sosial islahat paketinə hazırlaşır - Orta aylıq pensiyanın 639 manata, yaşa görə orta pensiyanın isə 680 manata çatacağı gözlənilir


























