İstehlak kreditlərinin artması yavaşlayıb
Banklar tərəfindən əhaliyə ayrılan istehlak kreditləri (Bankların ev təsərrüfatlarına ayırdıqları xalis kreditlər (ipoteka krediti daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına ayrılmış kreditlər xaric)) artır.
“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2018-ci ilin Avqust ayının sonunda istehlak kreditlərinin cəmi məbləği 3 milyard 181,5 milyon manata çatıb. Bu, cari ilin İyul ayının sonu ilə müqayisədə 47,3 milyon manat çoxdur. İyulun sonunda istehlak kreditləri 3 milyard 134,2 milyon manat təşkil etmişdi. İstehlak kreditləri İyulda 103,3 milyon manat artmışdı. Beləliklə, istehlak kreditlərinin artım sürəti azalıb.
İyuldakı artım 2018-ci ilin ötən dövründə qeydə alınmış ən böyük artım idi. Bu il istehlak kreditlərinin artımında ən böyük məbləğ İyuldan öncə Mayda qeydə alınmışdı.
Belə ki, istehlak kreditləri Yanvarda 54,2 milyon manat, Fevralda 1,2 milyon manat azalmış, Martda 43,4 milyon manat, Apreldə 47,4 milyon manat, Mayda 102,2 milyon manat, İyunda 24,1 milyon manat, İyulda isə 103,3 milyon manat artmışdı.
2017-ci ilin sonu ilə müqayisədə isə istehlak kreditləri 312,3 milyon manat artıb.
İstehlak krediti – sahibkarlıq və ya peşə fəaliyyəti, habelə daşınmaz əmlakın əldə edilməsi və tikintisi ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxslərə verilən kreditdir. İstehlak kreditinin məqsədi şəxsi istehlakdır.
İstehlak kreditləri
2017 Dekabr -2 milyard 869,2 milyon manat
2018 Yanvar -2 milyard 815 milyon manat
2018 Fevral- 2 milyard 813,8 milyon amanat
2018 Mart- 2 milyard 857,2 milyon manat
2018 Aprel- 2 milyard 904,6 milyon manat
2018 May – 3 milyard 6,8 milyon manat
2018 İyun – 3 milyard 30,9 milyon manat
2018 İyul – 3 milyard 134,2 milyon manat
2018 Avqust - 3 milyard 181,5 milyon manat
Avqustda cəmi ev təsərrüfatlarına ayrılmış kreditlər (ipoteka krediti daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına ayrılmış kreditlər daxil) 103,2 milyon manat artaraq 4 milyard 977,7 milyon manata yüksəlib.
Avqustda ipoteka krediti daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına ayrılmış kreditlər isə 55,9 milyon manat artaraq 1 milyard 793.1 milyon manata çatıb.
Ötən ilin sonu ilə müqayisədə isə yanvar-avqust aylarında cəmi ev təsərrüfatlarına ayrılmış kreditlər (ipoteka krediti daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına ayrılmış kreditlər daxil) 371,2 milyon manat artıb. Artımın 84%-i istihlak kreditlərinin hesabına yaranıb.
İyul ayının sonu ilə müqayisədə Avqustda cəmi kreditlər 135,8 milyon manat artaraq 12 milyard 306.5 milyon manata qalxıb. Bu artımın 76%-i ev təsərrüfatlarına ayrılmış kreditlərin artması hesabına yaranıb.
8 ay ərzində isə cəmi kreditlər 548,7 milyon manat artıb. Artımın 312,3 milyon manatı və ya 57%-i istehlak kreditlərinin hesabına yaranıb.
milyon manatla
İL | Cəmi | Ev təsərrüfatlarına | o cümlədən daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) |
2017 Dekabr | 11757.8 | 4606.5 | 1737.3 |
Yanvar 2018 | 11656.1 | 4522.8 | 1707.8 |
Fevral 2018 | 11561.1 | 4575.3 | 1761.5 |
Mart 2018 | 11663.5 | 4635.1 | 1777.9 |
Aprel 2018 | 11815.8 | 4689.4 | 1784.8 |
May 2018 | 11945.5 | 4799.9 | 1793.1 |
İyun 2018 | 12105.6 | 4824.2 | 1793.3 |
İyul 2018 | 12170.7 | 4874.5 | 1740.3 |
Avqust 2018 | 12306.5 | 4977.7 | 1796.2 |
Müştərilərin xəbərləri
1600 manatlıq paltaryuyan 1000 manata, 1450 manatlıq tozsoran 950 manata – “Baku Electronics”dən böyük endirim ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 30 d. əvvəl
-
36 d. əvvəl
ABB Invest dövriyyədə, PAŞA Kapital əqdlərin sayında liderdir – SİYAHI
- 40 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 17,5 milyard manat azalıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qazlı içki istehsalçıları üçün yeni vergi – Hər litrə 10 qəpik
-
2 saat əvvəl
Biləcəri sakinlərinə şad xəbər – Sabahdan 203 nömrəli marşrutda yeni avtobuslar olacaq
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir “Subway” filialı açıldı - ÜNVAN
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Qazlı içki istehsalçıları üçün yeni vergi – Hər litrə 10 qəpik
Ən çox oxunanlar
Biləcəri sakinlərinə şad xəbər – Sabahdan 203 nömrəli marşrutda yeni avtobuslar olacaq
Azərbaycanda ilk dəniz milli parkı yaradılır
Qarabağda yeni iri aqropark yaradılır – İlkin 500 min manat ayrıldı
Hökumət 6-cı sosial islahat paketinə hazırlaşır - Orta aylıq pensiyanın 639 manata, yaşa görə orta pensiyanın isə 680 manata çatacağı gözlənilir
























