"Banklar haqqında"qanunda kommersiya maraqlarının açıqlanmasına dəyişiklik edilir
Bu gün Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. "Report"un verdiyi xəbərə görə, iclasda 8 məsələ - Vergi Məcəlləsində, Gömrük Məcəlləsində, Mülki Məcəllədə, "Banklar haqqında", "İpoteka haqqında" , "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" , "Lotereyalar haqqında" qanunlarda dəyişikliklər ikinci oxunuşda müzakirə olunub.
“Lotereyalar haqqında” qanunun müzakirəsi zamanı mübahisə yaranıb, komitə sədri Ziyad Səmədzadə bildirib ki, loterayaların qiymətinin həddən artıq şişirdilməsinin tərəfdarı deyil.
“Çünki, bu lotereyaları insanlar alır. Bu da bir növ pullu xidmətlərin xüsusi çəkisinin artmasına gətirib çıxarır. Ona görə də Tiraj Komissiyasının üzvlərinin sayının 5-dən 3-ə endirilməsini fikirləşmək lazımdır. Biz dünya təcrübəsinə baxarıq. Ona görə də bu kimi məsələləri daha ətraflı müzakirə etmək üçün dəyişikliklərin müzakirəsini 3-cü oxunuşa salırıq".
“Azərlotereya”nın nümayəndəsi qeyd edib ki, Tiraj Komissiyası oyunun qaydalara uyğun keçirilməsinə nəzarət edir.
“Nəzarətedici orqanın alacağı maaş onun nəzarət etdiyi yerdən olmamalıdır. Bu dünyada qəbul olunmuş qaydadır. Vergi orqanında çalışan birinin maaşını dövlət verir. Bunu dükan və mağazalar ödəsəydi, nə olacaqdı?!”
"Banklar haqqında" qanunun müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov Mülki Məcəllənin 99.3-cü maddəsinin banklara şamil edilməməsinə etiraz edib.
"Mülki Məcəllənin 99.3-cü maddəsində təklif olunur ki, Açıq Səhmdar Cəmiyyətinin xalis aktivlərinin dəyərinin 25%-indən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Bu məlumatın açıqlanması qaydası səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmalıdır. Əvvəl bu maddə banklara da şamil olunurdu. İndi təklif olunur ki, bu maddənin banklara və xarici bankların yerli fialllarına aid edilməsin. Burada ciddi anlaşmadan söhbət getmir. Niyə bankara şamil olunmamalıdır? Bank səhmdar cəmiyyətin bir növüdür".
Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyətinin üzvü bildirib ki, Banklar haqqında qanunda bu məsələ tənzimlənir.
"Bankın nizamnamə kapitalının 50%-dən artıq məbləğdə və bankın nizamnaməsində nəzərdə tutulmuş hallarda bankın adından müvafiq əqdin bağlanmasına icazə vermək səlahiyyəti Müşahidə Şurasına aiddir. Qanunvercilik imkan verir ki, nizamnamə başqa cür də nəzərdə tutula bilər. Nizamnamədə səhdmarlar həmin qurumu yaradanda və ya daha sonra istədiyi dəyişikliyi edə bilər. Amma Mülki Məcəlləyə gələndə, aktivlərlə bağlı 25% fərq yaranırdı. Bu fərqi aradan qaldırmaq üçün mövcud bank praktikasında 50% effektiv olduğu üçün bu istisnanı nəzərdə tutmuşuq.
Məlumatın açıqlanmasına gəlincə, hazırda banklarda korporativ idarəetmə standartları təsdiq olunur. Bu standartlarda məlumatların açıqlanmasının daha geniş forması var. Qanun da deyir ki, bunu Palata müəyyənləşdirsin, çünki banklar daha spesifik qurumlardır. Onlar tərəfindən açıqlanan məlumatlar kifayət qədər həssasdır. Bugünki standartlar daha sərt yanaşmadır. Biz istəyirik ki, korporativ idarəetmə standartları saxlanılsın".
İclasda qanunda kommersiya maraqlarının açıqlanması ilə bağlı dəyişiklik mübahisə yaradıb. Belə ki, hazırki qanunvericiliyə əsasən 28.1.maddədə deyilir ki, Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin hər bir üzvü özünün və ailə üzvlərinin birbaşa və ya dolayısı ilə malik ola bildiyi mühüm kommersiya maraqlarını bankın İdarə Heyəti və Müşahidə Şurası qarşısında açıqlayır.
Dəyişikliyə əsasən İdarə Heyəti bu siyahıdan çıxarılır.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Report
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 23 saat sonra
- 6 saat əvvəl
-
10 saat əvvəl
“Pegasus” Avropada böyüyür – İki aviaşirkəti birdən satın aldı
-
13 saat əvvəl
Avropa İttifaqı 9 oyun şirkəti ilə bağlı araşdırmaya başlayıb
-
13 saat əvvəl
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
AZAL daha bir “Airbus A321neo” aldı – Donanmadakı təyyarələrin sayı 31-ə çatdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
“Pegasus” Avropada böyüyür – İki aviaşirkəti birdən satın aldı
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
Naxçıvan Ali Məclisinin deputatı mandatından məhrum edilib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR yeni şirkət yaradıb
Bakıdan Tbilisiyə daha ucuz getmək mümkün olacaq, biletlər 36 manatdan başlayacaq - gündə 4 reys olacaq
Azərbaycanda oktyabrın 2-dən 5-dək yağış yağacaq
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
Mərkəzi Bank 2 BOKT-un lisenziyasını ləğv edib




















