Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Unibank”a görə narahat yatanlara müjdə

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Unibank”a görə narahat yatanlara müjdə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Unibank”ın vəziyyəti düzəlir. Bank böyüyüb, müştərilərə verdiyi kreditlər və kapitalı artıb.


 

“Unibank” ASC 2018-ci ilin 9 ayını 34 milyon 110 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2017-ci ilin eyni dövrünü 10 milyon 755 min manat xalis zərər ilə bağlamışdı.

 

“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr dövründə “Unibank”ın faiz gəlirləri 34 milyon 631 min manat təşkil edib. 2017-ci ilin 9 ayında Bankın faiz gəlirləri 56 milyon 459 min manat təşkil etmişdi. Müqayisə olunan dövrdə Bankın faiz xərcləri isə 19 milyon 581 min manatdan 16 milyon  317 min manata düşüb.

 

Eyni zamanda, cari ilin yanvar-sentyabr dövründə “Unibank” 9 milyon 151 min manat haqq və komissiya gəliri, 3 milyon 720 min manat xarici valyuta ilə əməliyyatlar üzrə gəlir də əldə edib.

 

BANKIN GƏLİRLƏRİ XƏRCLƏRİNƏ YAXINLAŞIR

 

2018-ci ilin 9 ayında “Unibank”ın cəmi gəlirləri 48 milyon 825 min manat, cəmi xərcləri (faiz, qeyri-faiz, inzibati və s.) isə 54 milyon 384 min manat təşkil edib. Nəticədə 5 milyon 559 min manat əməliyyat zərəri yaranıb. Lakin, ehtimal olunun kredit və depozit itkiləri üçün əvvəlki illərdə yaradılmış ehtiyatın 39 milyon 732 min manatı azad olduğundan gəlirə əlavə edilib. Nəticədə, həm əməlyyat zərəri bağlanıb, həm də “Unibank” xalis mənfəət əldə edib. Ehtiyatların azad olması Bankın ödənməyən kreditlər böhranını geridə qoyduğuna işarədir.  

 

2018-ci ilin yanvar-iyun dövründə "Unibank"ın 30 milyon 615 min manat cəmi gəlirlərinə qarşı cəmi xərcləri 38 milyon 626 min manat təşkil etmişdi. Nəticədə Bankın 8 milyon 11 min manat xalis əməliyyat zərəri yaranmışdı. Kredit və depozit itkilərini qarşılamaq üçün yaradılmış ehtiyatdan 22 milyon 651 min manatın azad olması həm əməliyyat zərərini bağlamış, həm də “Unibank”ın 14 milyon 639 min manat xalis mənfəət əldə etməsini təmin etmişdi.

 

Diqqəti cəlb edən, rüblük müqayisədə “Unibank”ın əməliyyat zərərinin azalmasıdır. Əgər Bankın gəlirləri daha sürətlə artarasa 2018-ci ilin sonunda gəlirlər xərcləri tam bağlaya bilər.

 

2017-ci ilin 9 ayında “Unibank”ın cəmi gəlirləri 59 milyon 330 min manat, cəmi xərcləri 55 milyon 709 min manat, əməliyyat mənfəəti 3 milyon 621 min manat təşkil etmişdi. Həmin dövrdə Bank ehtiyatlara 14 milyon 376 min manat ayırdığından 10 milyon 755 min manat zərər açıqlamışdı.

 

MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

 

“Unibank”da digər bir canlanma müştərilərə verilən kreditlərin artmasıdır. 31 Dekabr 2017-ci il tarixində 280 milyon 86 min manat təşkil etmiş kreditlər 30 Sentyabr 2018-ci il tarixində 398 milyon 640 min manata yüksəlib. Qısası, cari ilin 9 ayında müştərilərə verilmiş kreditlər 118 milyon 554 min manat və ya 42,3% artıb. Müştərilərə verilən kreditlərin artması ilə “Unibank”ın gəlirlərinin daha da artacağı gözlənilir.

 

30 Sentyabr 2018-ci il tarixində “Unibank” 669 milyon 329 min manat cəmi aktivlərə, 584 milyon 679 min manat cəmi öhdəliklərə və 84 milyon 650 min manat cəmi balans kapitala malik olub.

 

31 Dekabr 2017-ci il tarixində “Unibank” 601 milyon 841 min manat cəmi aktivlərə, 538 milyon 419 min manat cəmi öhdəliklərə, 63 milyon 422 min manat cəmi balans kapitalına malik idi.

 

Sentyabrın sonunda “Unibank”ın 65 milyon 848 min manat məcmu kapitalı olub.

23.10.2018 14:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ