Dünyanın ən böyük hava limanının tenderini SOCAR qazandı
Türkiyənin ən böyük xarici investoru olan SOCAR tikintisi başa çatdıqdan sonra dünyanın ən böyük hava limanı olacaq İstanbul hava limanında 9 yanacaqdoldurma stansiyası üzrə keçirilən tenderi qazanıb.
Bu barədə SOCAR məlumat yayıb.
“SOCAR Turkey Enerji” oktyabrın 29-da təntənəli şəkildə ilk mərhələsi açılan İstanbul hava limanında 9 yanacaqdoldurma stansiyası üzrə keçirilən tenderi qazanıb. Hava limanı ərazisində, o cümlədən perronda (təyyarələrin dayanacaq meydançasında) yerləşən yeni stansiyalar ümumi istehlakçıları və xidmət avtomobillərini yanacaqla təmin edəcək. Beləliklə, bu stansiyaların operatoru seçilmiş SOCAR dünyanın illik potensialı 200 milyon sərnişin olan ən böyük hava limanında istehlakçılara xidmət edəcək.
“SOCAR Turkey” şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyev Türkiyədə ilk dəfə birbaşa istehlakçıya xidmət sektorunda iştirak edəcəklərini bildirib:
“2008-ci ildə “Petkim”in satın alınması ilə Türkiyə bazarına daxil olduq və bu günə kimi cəmi 14,2 mlrd. dollarlıq investisiya dəyəri ilə STAR neft emalı zavodu, TANAP, Petlim Konteyner Terminalı, Petkim külək enerjisi stansiyası kimi nəhəng layihələrə imza atdıq. Bu yaxınlarda isə “SOCAR Turkey”in Əliağadakı (İzmir) bütün layihələrini əhatə edən ərazi Türkiyədə ilk Özəl Sənaye Bölgəsi elan edildi. Qardaş Türkiyə bizim üçün çox mühüm ölkədir. Dünyanın ən böyük hava limanındakı yanacaqdoldurma stansiyaları üçün elan olunan tenderdə qələbə çalmağımızı böyük sevinclə qeyd edirəm. Bu, bizim üçün həm brendimizin tanınması, həm də istehlakçılar ilə birbaşa ünsiyyət baxımından önəmli strateji addımdır. Şirkətimiz yanacaqdoldurma sektorunda hər zaman mövcud imkanları dəyərləndirir və bazardakı prosesləri yaxından izləyir. Deməli, önümüzdəki illərdə bu sektorda başqa investisiyalarımızın olacağı da istisna deyil”.
9 stansiyanın 5-i perronda, 1-i karqo daşıma sahəsində, 2-si avtomobil dayanacağı ərazisində yerləşir. Qalan digər stansiya isə Taksiçilər Kooperativinə xidmət edəcək. 2018-ci il dekabrın 31-dən etibarən tam fəaliyyətə başlayacaq bu 9 stansiya 16 280 kv.metrlik bir sahədə xidmət edəcək. “SOCAR Turkey”in hava limanın perron hissəsində yerləşən 5 stansiyası “THY-TGS-Çelebi-HAVA-IGA Yer İşletmeleri”nə aid 4.000-dən çox avtomobili yanacaqla təmin edəcək. Hava limanının qərb hissəsində gömrük anbarları, agentlik binaları, gömrük ofisləri və bütün logistik əməliyyatların daxil olduğu karqo şəhərciyində yer alan 5.000 kv.metrlik sahədə yerləşən stansiya isə karqo şirkətlərinin 1.000-dən çox avtomobili ilə yanaşı sərnişinlərə, onları qarşılayan və yola salan şəxslərə xidmət göstərəcək. Avtomobil dayanacağı ərazisindəki digər iki SOCAR stansiyası hər gün 30-dan çox avtomobil kirayələmə şirkətinə aid 1.200 avtomobilin yanacaq təminatını həayat keçirəcək. SOCAR-ın yanacaqdoldurma stansiyalarından gündə ümumilikdə 10.000 avtomobilin istifadə etməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
7 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
7 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
7 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
9 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb






.jpg)
.jpg)













.jpg)


