Daha bir bankın 2018-dəki vəziyyəti məlum oldu
“Bank BTB” ASC 2018-ci ili 704 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2017-ci ili 687 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, illik müqayisədə “Bank BTB”nin xalis mənfəəti 2,5% artıb.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2018-ci ildə “Bank BTB”nin cəmi gəlirləri 25 milyon 657 min manat, o cümlədən faiz gəlirləri 19 milyon 69 min manat, qeyri-faiz gəlirləri 6 milyon 588 min manat təşkil edib.
2017-ci ildə “Bank BTB”nin cəmi gəlirləri 16 milyon 87 min manat, o cümlədən faiz gəlirləri 13 milyon 837 min manat, qeyri-faiz gəlirləri isə 2 milyon 250 min manat təşkil etmişdi. İllik müqayisədə Bankın cəmi gəlirləri 59,5%, faiz gəlirləri 37,8%, qeyri-faiz gəlirləri isə 3 dəfəyə yaxın artıb.
24 milyon 226 min manat faiz və qeyri-faiz gəlirləri çıxıldıqdan sonra ötən il "Bank BTB" 1 milyon 430 min manat əməliyyat mənfəəti əldə edib. 2017-ci ildə Bankın xərcləri gəlirlərini üstələmiş, 5 milyon 350 min manat əməliyyat zərər yaranmış, ehtiyatların 6 milyon 37 min manatının azad olması hesabına 687 min manat xalis mənfəət formalaşmışdı.
Ötən il “Bank BTB” 1 milyon 430 min manat əməliyyat mənfəətinin 726 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb. Nəticədə bank ötən ili 704 min manat xalis mənfəət ilə başa vurub
BANK BÖYÜYÜB
2018-ci ilin sonuna “Bank BTB” ASC-nin aktivlərinin həcmi 2017-ci ilin analoji dövrü ilə müqayisədə 17,12% artaraq 314 milyon 773 min manat təşkil edib. 30 Dekabr 2017-ci il tarixinə “Bank BTB” 268 milyon 770 min manat cəmi aktivlərə malik idi.
Hesabat dövründə bankın xalis kredit portfeli 34% artaraq 175 milyon 231 min manat olub.
Son bir ildə “Bank BTB”nin depozit portfeli 60% artaraq 90 milyon 873 min manata yüksəlib. Ötən ilin sonuna bankın cəmi öhdəliklərinin həcmi 21% artaraq 259 milyon 367 min manat təşkil edib.
2018-ci ildə “Bank BTB”nin nizamnamə kapitalı 2017-ci ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək 66 milyon 450 min manat olduğu halda, məcmu kapitalı 2% artaraq 54 milyon 730 min manata bərabər olub.
“Bank BTB”nin İdarə Heyətinin üzvü Vüsal Şahverdiyev ötən il üzrə maliyyə nəticələrini şərh edərək 2018-ci ilin bank üçün uğurlu il olduğunu qeyd edib.
“Ötən il əsas fəaliyyət göstəricilərindən olan əməliyyat mənfəətini də pozitiv trenddə saxlamaqla müsbət rəqəmə çevirməyə, eyni zamanda, qeyri-qənaətbəxş aktivlərin həcmini əhəmiyyətli dərəcədə azaltmağa müvəffəq olduq. Bunların sayəsində bankın dayanıqlılığının artırılmasına xidmət edən beynəlxalq IFRS9 standartının tətbiqinə hazırlıq məqsədilə ayrılmış ehtiyatlardan sonra, xüsusi ehtiyatların ümumi həcmi 726 min manat məbləğində artıb”, - deyə V.Şahverdiyev bildirib.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 17 saat sonra
- 25 d. əvvəl
- 33 d. əvvəl
- 38 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan Mərkəzi Bankının ehtiyatları tarixi yüksək səviyyələrdə - YENİ RƏQƏM
-
2 saat əvvəl
17 ildir Mərkəzi Bankda departament direktoru idi - Baş direktor təyin edildi
-
2 saat əvvəl
Pandora 150 milyon dollarlıq zavod açıb - şirkət laboratoriya almazlarına keçir
-
2 saat əvvəl
Nike-da vəziyyət ağırlaşır – səhmlər 40%-dən çox çöküb, yeni ixtisarlar gəlir
-
2 saat əvvəl
Rusiyanın iri neft müəssisələri PUA hücumuna məruz qalıb, yanğın başlayıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Oktyabrın 3-də gözlənilən hava şəraiti - LEYSAN GÖZLƏNİLİR
Ən çox oxunanlar
Zərər edən investisiya şirkətində rəhbər dəyişir -Baş mühasib müvəqqəti direktor olur
Bakıda keçirilmiş böyük forumun təşkilinə milyonlar xərclənib – 4 müqavilənin məbləği açıqlandı
“AzerGold” qızıl və gümüş məhsullarına endirim edib
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir

























