Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Mərkəzi Bankda geniş iclas

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bankda geniş iclas

Mərkəzi Bankın İdarə Heyətinin 2018-ci ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilmişdir. Mərkəzi Bankın struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin iştirak etdiyi iclasda sədr Elman Rüstəmov giriş nitqi ilə çıxış etmişdir.

 

Reklam_3_11

E.Rüstəmov bildirib ki, inflyasiya aşağı birrəqəmli səviyyədə sabitləşmiş, iqtisadi artım davam etmiş, milli valyutanın məzənnəsi dayanıqlı olmuş, ölkənin strateji valyuta ehtiyatları artmaqda davam etmişdir.

 

E.Rüstəmov qeyd edib ki, Mərkəzi Bankın 2018-ci ilin yekunlarına həsr olunmuş toplantısının əsas məqsədinin həm ötən ilin yekunlarını qiymətləndirmək, həm də son müşavirədə cənab Prezidentin tapşırığından irəli gələn vəzifələri müəyyənləşdirməkdir.

 

Vurğulanıb ki, 2018-ci ildə Mərkəzi Bankın həyata keçirdiyi pul-kredit siyasəti milli iqtisadiyyatda qiymətlər sabitliyinə, aşağı və stabil inflyasiyanın təmin edilməsi vasitəsilə əhalinin yaşayışı və işgüzar fəaliyyət üçün əlverişli sosial-iqtisadi mühitin formalaşmasına yönəlmişdir. 2018-ci ildə inflyasiya gözləniləndən daha yüksək templə azalmış və təkrəqəmli səviyyədə sabitləşmişdir. 2018-ci ildə in orta illik inflyasiya 2,3% təşkil etmişdir. Dövr ərzində inflyasiyaya azaldıcı təsir edən başlıca amillər manatın məzənnəsinin dayanıqlığı, pul təklifinin optimal səviyyədə idarə olunması və inflyasiya gözləntilərinin azalması olmuşdur. Həyata keçirilən effektiv pul-məzənnə siyasəti ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya proseslərinin, habelə bəzi inzibati qiymətlərin yüksəldilməsinin qiymətlərə artırıcı təsirini neytrallaşdırmışdır.

 

2018-ci ildə makroiqtisadi sabitlik ölkədə iqtisadi artıma şərait yaratmışdır. İqtisadi artım pozitiv zonada qalmaqda davam etmişdir. Ümumi Daxili Məhsul real olaraq 1,4%, o cümlədən qeyri-neft sektorunda 1,8% artmışdır. Qeyr-neft sənayesi daha yüksək artım nümayiş etdirmişdir ki, bu da ölkədə sənayeləşmənin sürətləndiyini, qeyri-neft sektorunun artımında ticari sektorun rolunun artdığını göstərir. İqtisadi artım xarici tələb və daxili tələbin istehlak və dövlət tələbi komponentləri ilə dəstəklənmişdir.

 

2018-ci ilin 9 ayında cari əməliyyatlar balansında 5,1 mlrd. ABŞ dolları və ya ÜDM-in 15%-i səviyyəsində profisit yaranmışdır ki, bu da kapitalın və maliyyənin hərəkəti hesabındakı kəsiri tam örtmüş və ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaratmışdır.

 

2018-ci ilin əvvəlinə nəzərən strateji valyuta ehtiyatları 6,5% artaraq ilin sonuna 45,0 mlrd. ABŞ dollarına yaxın olmuş, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları isə 5,5% artaraq 5,6 mlrd. ABŞ dolları təşkil etmişdir.

 

Manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyə balansı üzrə meyillərə və bundan asılı olan valyuta bazarındakı tələb-təklif nisbətinə uyğun olaraq formalaşmışdır. Valyuta bazarında təklif kanallarının artmasını şərtləndirən mühüm amil Möhtərəm Prezidentin müəyyən etdiyi iqtisadi inkişaf kursuna uyğun olaraq ölkədə qeyri-neft sektorunun şaxələnməsi, ixracat potensialının artırılması olmuşdur.

 

Ümumilkdə xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində və qəbul edilmiş makroiqtisadi siyasət çərçivəsində manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsinin sabitliyi davam etmişdir.

 

2018-ci ildə pul təklifinin dəyişimi makroiqtisadi sabitlik hədəflərinin reallaşdırılması ilə iqtisadiyyatın likvidliyə olan tələbinin ödənilməsi arasında optimal balansı təmin etmişdir. Manatla pul bazası 11,7% artmışdır. Pul təklifinin de-dollarlaşması prosesi davam etmişdir.

 

Çıxışda qeyd edildi ki, pul siyasəti alətləri inflyasiya, inflyasiya gözləntiləri, pul təklifi üzrə hədəflər, maliyyə bazarlarında proseslər, habelə pul siyasətinin transmissiyasının xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilmişdir.

 

Mərkəzi Bank 2018-ci ildə son makroiqtisadi prosesləri və yenilənmiş proqnozları nəzərə almaqla özünün likvidlik əməliyyatları üzrə faiz dəhlizinin parametrlərinə zəruri korreksiyalar etmişdir. Mərkəzi Bankda ilin əvvəlindən faiz dəhlizinin parametrləri bir neçə dəfə dəyişdirilmiş, uçot dərəcəsi mərhələlərlə 15%-dən 9,75%-ə endirilmişdir.

 

Dövr ərzində iqtisadiyyatın pula olan tələbinin təmin edilməsi və likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank müxtəlif müddətli açıq bazar əməliyyatlarını aktivləşdirmişdir.

 

Həmçinin bildirilib ki, monetar idarəetmənin təkmilləşdirilməsi və həyata keçirilən pul siyasətinin effektiv kommunikasiyası xüsusi diqqətdə saxlanılmışdır. Mərkəzi Bankın hər bir siyasət qərarı ilə bağlı press-relizlər müvafiq analitik şərhlərlə dərc edilmiş, eyni zamanda media üçün geniş mətbuat konfransları keçirilmişdir. Qeyd olundu ki, faiz dəhlizinin parametrlərinə dair qrafik əsaslı pul siyasəti qərarlarının verilməsi, eyni zamanda geniş mətbuat konfransları, eləcə də müasir kommunikasiya kanalları vasitəsilə həmin qərarların ictimaiyyətə açıqlanan təqvim əsasında kommunikasiyasının təşkili rejiminə keçilmişdir.

 

Sonra E.Rüstəmov vurğuladı ki, Mərkəzi Bank öz fəaliyyətinin qanunvericiliklə müəyyən edilmiş digər funksional istiqamətlərində də vəzifələrin yerinə yetirilməsini təmin etməklə ölkəmizin hərtərəfli inkişafına zəruri dəstək vermişdir.

 

İclasda daha sonra Mərkəzi Bankın ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə məruzələr dinlənilib, müzakirələr aparılıb, qarşıda duran vəzifələr müəyyənləşdirilib. Müzakirələrdə qeyd edilib ki, Mərkəzi Bankın fəaliyyətinin bütün istiqamətlərinin müasirləşdirilməsi üzrə intensiv iş aparılmış, pul proqramı üzrə əməliyyat hədəflərinin reallaşması təmin edilmiş, Mərkəzi Bankın məqsəd və funksiyalarına uyğun istiqamətlər üzrə tədqiqatlar aparılmış, monetar idarəetmə, onun statistik bazası daha da təkmilləşdirilmiş, institusional inkişaf prosesi sürətlənmiş, müasir elektron infrastruktura əsaslanan, fasiləsizlik prinsipi ilə işləyən və daim təkmilləşən ödəniş sistemləri fəaliyyət göstərmiş, kiber təhlükəsizliyin gücləndirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilmiş, bütün informasiya təhlükəsizliyi sistemləri müasir virtualizasiya infrastrukturuna miqrasiya edilmişdir.

 

İqtisadiyyatın nağd pula tələbatı tam təmin edilmiş, yeni pul nişanı və xatirə pul nişanları tədavülə buraxılmış, nağd pul dövriyyəsinin idarə olunması daha da təkmilləşmiş, insan resurslarının inkişafına diqqət artırılmış, cəmiyyətdə iqtisadi maarifləndirmə üzrə geniş iş aparılmış, funksional və biznes proseslərinin səmərəli yerinə yetirilməsi üçün layihələr həyata keçirilmişdir.

 

Hesabat ilində bütün istiqamətlər üzrə vəzifələrin mütərəqqi beynəlxalq təcrübəyə uyğun reallaşması üçün Mərkəzi Bankda xarici əlaqələr və beynəlxalq əməkdaşlıq gücləndirilmiş, texniki yardım imkanları aktiv dəyərləndirilmiş, prioritet əsaslı texniki yardım cəlb edilmişdir.

 

E.Rüstəmov iclasa yekun vuraraq Mərkəzi Bankın qarşısında duran başlıca vəzifələrə diqqəti çəkib. Bildirib ki, Möhtərəm prezidentin irəli sürdüyü inkişaf strategiyasına, eləcə də Mərkəzi Bankın 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatına uyğun olaraq makroiqtisadi sabitliyin dayanıqlığının artırılması və onun iqtisadi artımın sürətləndirilməsində rolunun yüksəldilməsi qarşıda duran başlıca strateji vəzifədir. Bu məqsədlə Mərkəzi Bank öz mandatına – qiymət sabitliyinin təmin olunmasına yönəldilmiş pul siyasətini davam etdirəcəkdir. Aşağı inflyasiyalı makroiqtisadi mühitin formalaşdırılması üçün pul siyasətinin strateji və əməliyyat çərçivəsi daha da təkmilləşdiriləcəkdir.

 

Qeyd edib ki, 2019-cu il və ortamüddətli dövr üçün pul-kredit siyasətinin əsas məqsədi stabil aşağı inflyasiya səviyyəsinin təmin edilməsidir. Bunu nəzərə alaraq Mərkəzi Bank özünün stabilləşmə xarakterli monetar və məzənnə siyasətini davam etdirməklə dolayı yolla ictimai rifaha, iqtisadi artıma və məşğulluğa dəstək verəcəkdir.

 

Bildirdi ki, 2019-cu ildə pul siyasətinin son hədəfi inflyasiyanı 4% (±2%) səviyyəsində saxlamaqla qiymət sabitliyinin Mərkəzi Bankın səlahiyyətləri çərçivəsində qorunması olacaqdır.

 

İnflyasiya hədəfinə nail olmaq üçün Mərkəzi Bank sərəncamındakı pul siyasəti alətlərindən makroiqtisadi vəziyyətə adekvat istifadə edəcək, bu alətlər üzrə kəmiyyət parametrləri proqnozlaşdırılan və faktiki inflyasiya arasındakı fərqdən asılı olaraq çevik dəyişdiriləcəkdir.

 

Manatın ikitərəfli məzənnəsinin dayanıqlığı növbəti ildə də aşağı inflyasiyanın vacib şərtlərindən biri olacaqdır.

 

Faiz siyasəti inflyasiya üzrə hədəfə nail olmaqdan asılı olaraq həyata keçiriləcəkdir. Faiz dəhlizinin parametrləri haqda qərar ölkədə gedən makroiqtisadi proseslər, tsikl göstəricilərinin dinamikası, son proqnozlar və risklər balansında baş verən dəyişikliklər nəzərə alınmaqla qəbul ediləcəkdir.

 

E.Rüstəmov onu da vurğulayıb ki, “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq Mərkəzi Bank inflyasiyanın effektli idarə edilməsi məqsədilə pul siyasəti rejiminin təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görəcəkdir.

 

Mərkəzi Bank uzunmüddətli dövrə inflyasiyanın hədəflənməsi rejimini Azərbaycan üçün optimal pul siyasəti rejimi olaraq görür və rejimə keçid şərtlərinin reallaşdırılması istiqamətində işlər davam etdiriləcəkdir.

 

Qeyd edilib ki, pul siyasətinin transmissiya effektinin gücləndirilməsi və maliyyə sektorunun resurs bazasının möhkəmləndirilməsindəki rolunu nəzərə alaraq Mərkəzi Bank nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir. Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi yaxın üç ildə ölkədə nağd pul dövriyyəsini əhəmiyyətli azaltmalıdır. Bu da monetar nəzarətin gücləndirilməsi, habelə iqtisadiyyatın monetizasiya səviyyəsinin yüksəldilməsi ilə inflyasiyanın effektiv idarə edilməsinə müsbət təsir göstərəcəkdir.

 

Mərkəzi Bankın vacib funksional fəaliyyət istiqamətlərindən olan nağd pul sferası üzrə 2019-cu ildə tədavüldə nağd pulun strukturunun optimallaşdırılması, pul nişanlarının mühafizə sistemlərinin gücləndirilməsi, xatirə pul nişanlarının tədavülə buraxılması və bütövlükdə nağd pul idarəedilməsi sistemlərinin effektivliyin artırılması və avtomatlaşma səviyyəsinin daha da yüksəldilməsi diqqət mərkəzində olacaqdır.

 

E.Rüstəmov yeni çağırışlardan, xüsusilə də Ölkə Prezidentinin irəli sürdüyü inkişaf vəzifələrindən, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsindən, eləcə də Mərkəzi Bankının 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatından irəli gələn aidiyyəti vəzifələrin uğurla icrasında Mərkəzi Bankda strateji planlaşmanın, tədqiqat, analitik və proqnozlaşdırma bazasının, yeridilən siyasət və fəaliyyətin kommunikasiyasının, risk idarəetməsinin, insan kapitalının, idarəetmə proseslərinin, hüquqi dəstəyin daha da müasirləşməsi və inkişafının vacib rol oynayacağını diqqətə çatdırıb.

26.01.2019 11:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ