İcarəyə verilən əmlakdan tutulan vergilər - Sual-cavab
İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd hansı sənəd sayılır?
İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir.
İcarə müqaviləsində nə qeyd edilməlidir?
İcarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək. və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi. İcarə müqaviləsinə tərəflərin başqa vəzifələri də daxil edilə bilər. Qeyd olunanlara əsasən icarəyə verilən əmlakın ölçüsünə dair qanunvericilikdə hər hansı hədd nəzərdə tutulmamışdır və tərflərin razılığı əsasənda əlavə oluna bilər.
İcarəyə götürən şəxs digər üçüncü şəxsə əmlakı icarəyə verə bilərmi?
İcarə müqaviləsində icarə obyektinin ikinci əldən icarəyə (subicarəyə) verilə biləcəyi nəzərdə tutulmuşdursa, ikinci və üçüncü tərəflər arasında icarə müqaviləsi bağlanmalı və subicarəyə götürən tərəfindən icarə haqqı ödənilməlidir.
Üçüncü şəxs vergi uçotunda olduğu halda vergini necə ödəməlidir?
Üçüncü şəxs (subicarəyə götürən şəxs) vergi ödəyicisi kimi uçotda olduğu halda , ikinci şəxsə (subicarəyə verən şəxs) ödənilən icarə haqqından ödəmə mənbəyində xərclər çıxılmadan 14 faiz dərəcəsi ilə gəlir vergisini tutmalı, tutulmuş vergini hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürməli və həmin müddətdə vergi orqanına “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” təqdim etməlidir.
İkinci şəxs vergi uçotunda olmadığı halda vergini necə ödəməlidir?
İkinci şəxs (subicarəyə verən şəxs) vergi ödəyicisi kimi uçotda olmadığı halda isə, əmlakını icarəyə verən (birinci şəxs) fiziki şəxs özü vergi orqanında vergi ödəyicisi kimi vergi uçotuna durmalı və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergi hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisi bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.
İcarə haqqından gəlir əldə edən fiziki şəxslərdən yuxarıda qeyd edilmiş qaydada ödəmə mənbəyində vergi tutulmuşdursa və ya onun tərəfindən ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur.
Əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda Vergi Məcəlləsinin 218.1-ci, 218.2-ci və 218.3-cü maddələrinin müddəaları nəzərə alınmaqla, digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər. Bu halda əmlakın icarəyə verilməsi, royalti və digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır.
Hüquqi şəxs balansında olan sahələri icarəyə verdiyi vergi ödəycilərindən icarə haqlarını və digər xidmət haqlarını nəğd ala bilərmi?
Dövlət orqanlarından, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdən, büdcə təşkilatlarından və publik hüquqi şəxslərdən əmlakların icarəyə götürülməsi halları istisna olmaqla, digər hallarda icarəyə götürən vergi ödəyicisinin “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsində göstərilən şəxslər kateqoriyasına aid olmasından asılı olaraq icarəyəverən hüquqi şəxsə icarə haqlarını həmin maddədə göstərilən hədlər daxilində (30 000 manat və ya 15 000 manat) nağd qaydada ödəməsinə qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.
Belə ki, Qanunun 3.4.3-cü maddəsinə əsasən dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar yalnız nağdsız qaydada ödənilməlidir.
ƏDV ödəyicisi olan hüquqi şəxs qeyri-yaşayış sahəsini icarəyə verirsə, elektron qaiməni və elektron vergi hesab fakturanı ayın hansı tarixində təqdim etməlidir?
Hər ay üzrə göstərilən icarə xidmətlərinə görə xidmətlər başa çatdıqdan sonra 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası təqdim edilir.
Bunlarla yanaşı icarə xidmətlərinin göstərilməsinə görə elektron qaimə-faktura hər ayın sonuncu günü təqdim edilir.
Mənbə: Vergilər Nazirliyi
Müştərilərin xəbərləri
1600 manatlıq paltaryuyan 1000 manata, 1450 manatlıq tozsoran 950 manata – “Baku Electronics”dən böyük endirim ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
45 d. əvvəl
Qazlı içki istehsalçıları üçün yeni vergi – Hər litrə 10 qəpik
-
49 d. əvvəl
Biləcəri sakinlərinə şad xəbər – Sabahdan 203 nömrəli marşrutda yeni avtobuslar olacaq
- 51 d. əvvəl
-
52 d. əvvəl
AQTA: Balıq məhsullarının daşınması və ixracı zamanı baytarlıq nəzarəti vacibdir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət büdcəsinə gözləniləndən 1 milyard 274 milyon manat çox vergi daxil olub
-
1 saat əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 3 il təxirə salınır
-
1 saat əvvəl
Əməkhaqqının nağd ödənilməsi aradan qaldırılır – Yeni sistem hazırlanır
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Qazlı içki istehsalçıları üçün yeni vergi – Hər litrə 10 qəpik
Azərbaycanda ilk dəniz milli parkı yaradılır
Hökumət 6-cı sosial islahat paketinə hazırlaşır - Orta aylıq pensiyanın 639 manata, yaşa görə orta pensiyanın isə 680 manata çatacağı gözlənilir
Ən çox oxunanlar
2027-ci ildə orta aylıq əməkhaqqı 102,80 manat artacaq
Sadələşdirilmiş vergidən könüllü imtina mümkün olacaq - Vergi ödəyicilərinə yeni hüquq verilir
Yükdaşıma ilə məşğul olanlara 5 illik vergi güzəşti verilə bilər
Restoran və kafelər üçün yeni vergi güzəşti gəlir




























