"Türkiyədən gətirtdiyimiz 10 dollarlıq sensora görə gömrükdə 125 manat ödəniş etmişik"
"Azərbaycan Arıçılıq Assosiasiyasının avadanlığından birinin sensoru yanmışdı. Bakıda satışda olmadığı üçün Türkiyədən sifariş verdik, cəmi 10 dollarlıq bir əşya idi. İki gün əvvəl nümayəndəmiz onu götürmək üçün səhər saat 10:00-da hava limanına getdi və saat 16:00-da əsəbi halda qayıtdı. Həmin avadanlığa görə 125 manat alınıb".
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə birlikdə keçirdiyi “Biznes islahatları” mövzusunda seminarda Azərbaycan Arıçılıq Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.
"Deməli, 10 dollarlıq bir kabelə görə ödənilən 125 manatın 95 manatı rüsum, 30 manatı isə 3 gün anbarda qaldığı üçün ödənişdir. Məni narahat edən odur ki, nümayəndəmiz az qalırdı infarkt keçirsin, əsəbdən danışa bilmirdi, dərman verdik özünə gəldi", - sədr əlavə edib.
Tədbirdə iştirak edən Dövlət Gömrük komitəsinin (DGK) əməkdaşı bunun araşdırılacağını bildirib.
Onun sözlərinə görə, bağlama poçt göndərişi ilə şirkətin adına gəlib, amma şəxsin öz istifadəsi üçün olsaydı, ünvana göndərilərdi: "İkincisi hər hansı ödənişlər varsa, deməli, siz bağlamanı 3 - 4 gün saxlamısınız, ona görə terminal ödənişləri etmisiniz. Bilirsiniz ki, biz karqo terminalında xidmət göstəririk. Müvafiq proseslərin gömrük xidmətinə aidiyyatı yoxdur. Gömrük orqanı ilə sizin əməliyyatlarınız təxminən 30-40 dəqiqə çəkə bilərdi. Amma bu məsələni araşdıracam. Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) vasitəsilə vətəndaşın nə vaxt yaxınlaşdığı, sənədləri nə zaman təqdim etdiyi və başqa əməliyyatlar qeydə alınır".
"Neuron Technologies" şirkətinin direktoru, ASK-nın rəyasət heyətinin üzvü və İKT komissiyasının sədri İsmayıl Ələkbərov da sahibkar həmkarına dəstək verərək bu cür problemlərin olduğunu qeyd edib: "Biz ASK-da yüzlərlə, minlərlə sahibkarın Dövlət Gömrük Komitəsilə bağlı problemləri ilə qarşılaşırıq. Ümid edirəm, bundan sonra həmin problemlər olmayacaq. Amma bu məsələlərə ciddi yanaşmalıyıq. Gördüyünüz kimi 10 dollarlıq əşyaya 125 manat ödəniş edilib. Mən əminəm ki, bu gömrük rüsumu deyil. Biz də oxşar problemi yaşamışıq. Hansısa avadanlıqlar gəlib, bütün tələb olunan sənədləri, hətta müqaviləni Azərbaycan dilinə tərcümə edib göndərmişik ki, əngəl yaradılması üçün heç bir əsas olmasın. Təsəvvür edin ki, avadanlıq gətirilir, əməkdaşlarımız gedir ki, gömrük prosedurlarını keçsin, orda min cür bəhanələr başlayır. Biz bunu qiymətləndirməliyik, razılaşırıq. İkinci gün adamları tapa bilmirik. 3-4 gün keçəndən sonra deyirlər ki, məhsulun bu qiymətə olmasına şübhə edirik. Niyə bu qiymətə almısız? Deyirəm ki, biz onların pərakəndə distrübutoruyuq, ona görə də ucuz alırıq. İnanın, insani faktorlara görə, bu proseslər 5-6 gün gedir. Bunun nəticəsində başqa proseslər başlayır. İcazə vermirlər ki, mən başqa nəqliyyat vasitəsi ilə malı göndərim başqa yerə. Məcbur edirlər ki, mal mütləq bura boşalmalıdır.
Bu, Gömrük Komitəsinin deyil, "Silk Way" və başqa qurumların problemləridir. Həmin prosedurlar elə də ucuz deyil, bu da məhlusun maya dəyərini artırır. Komitə deyir bizlik deyil, amma izah etmir ki, niyə dəyərləndirmə bu qədər uzanır".
DGK rəsmisi isə sahibkara cavabında bildirib ki, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” problemlər olmayacaq.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















