Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Büdcə təşkilatlarının ən çox yol verdiyi nöqsanlar açıqlandı - MÜSAHİBƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Büdcə təşkilatlarının ən çox yol verdiyi nöqsanlar açıqlandı - MÜSAHİBƏ

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovla müsahibə 

 

"Vəsaitdən təyinatı üzrə istifadə edilməməsi halları da azalmışdır"


 

- Hesablama Palatasının 2018-ci ildəki fəaliyyəti əvvəlki illərdəkindən nə ilə fərqlənir?

 

- 2018-ci il Hesablama Palatası üçün əlamətdar dövr hesab olunur. Ötən il kənar dövlət maliyyə nəzarəti orqanının fəaliyyətini tənzimləyən, beynəlxalq təcrübə və standartlara daha da yaxın olan yeni qanun qəbul edilmişdir. Bu, bizə artıq 2019-cu ilin İş Planının müəyyən olunmasında yeni yanaşma tətbiq etmək imkanı vermişdir. Həmçinin yeni qanunvericiliyə uyğun daxili metodoloji sənədlərin də yenilənməsinə ehtiyac yaranmışdır ki, bu istiqamətdə də işlər gücləndirilmişdir.

 

Keçən il Hesablama Palatası dövlət büdcəsinin icrası ilə bağlı daha ətraflı məlumat təqdim etmək, hesabatlılıq və şəffaflığı artırmaq məqsədilə geniş əlavə hesabat hazırlayaraq öz internet səhifəsində yerləşdirmişdir. Eyni zamanda, dövlət büdcəsinin layihəsinə və icrasına təqdim edilmiş rəylərin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması işləri də davam etdirilmişdir. Bunlardan əlavə, dövlət maliyyə sisteminin bəzi sahələrində ilk dəfə nəzarət tədbirləri aparılmış, təhlil işlərinin əhatə dairəsi genişləndirilmiş, artıq və əsassız xərclənmiş vəsaitin qaytarılması istiqamətində işlərin əvvəlki illərə nisbətən gücləndirilməsi nəticəsində büdcəyə qaytarılmış vəsaitin məbləği 28,9 faiz artmışdır. Həmçinin Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik büdcəsinin icrası ilə bağlı ilk dəfə olaraq Palatanın rəyi hazırlanmış və təqdim olunmuşdur.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

2018-ci ildə Hesablama Palatasının institusional və administrativ potensialının gücləndirilməsi üçün tvinninq layihəsi çərçivəsində kadrlardan səmərəli istifadə edilməsi üçün insan resurslarının idarə edilməsi və onların funksional potensialının yüksəldilməsi, ölkənin daxili normativ-hüquqi aktlarına və beynəlxalq audit standartlarına (ISSAI) uyğun maliyyə, uyğunluq və səmərəlilik auditlərinin həyata keçirilməsi və müvafiq hesabatlar hazırlamaq potensialının yüksəldilməsi üzrə mühüm tədbirlər həyata keçirilmişdir. Bu layihəyə həm də Hesablama Palatasının özünün funksiya və fəaliyyəti ilə əlaqədar Milli Məclis, audit aparılan təşkilatlar və KİV kimi daha dolğun məlumata malik maraqlı tərəflərlə effektiv kommunikasiya qurması istiqamətində tədbirlər daxildir.

 

Ötən il habelə müasir çağırışların tələblərinə uyğun informasiya texnologiyalarından geniş istifadə edilməsi, həmçinin beynəlxalq təcrübədə tətbiq edilən İT auditinin həyata keçirilməsi istiqamətində işlər görülmüş, Palatanın nəzarət fəaliyyətinin bütün mərhələlərini əhatə edən xüsusi AFİS proqramının hazırlanmasına başlanılmışdır.

 

- Sizcə, son bir ildə büdcə vəsaitlərindən istifadə edənlərin fəaliyyətində əvvəlki illərlə müqayisədə müsbət meyillər varmı?

 

- Son dövrlər xüsusilə güclənən islahatlar, idarəetmə sisteminin təkmilləşdirilməsi və normativ-hüquqi aktların təkmilləşdirilməsi maliyyə inzibatçılığına da öz təsirini göstərmişdir. Təkcə ötən il 53 audit nəticələri üzrə 714, 2017-ci ildə isə 49 auditlə 689 nöqsan müəyyən edilmişdir. Dövlət satınalmaları ilə bağlı Prezidentin təşəbbüsü ilə İnzibati Xətalar və Cinayət məcəllələrinə edilən əlavələr də, təbii ki, bu istiqamətdə məsuliyyətin daha da artmasına səbəb olmuşdur. Vəsaitdən təyinatı üzrə istifadə edilməməsi halları da azalmışdır. Yeri gəlmişkən qeyd edim ki, bizim təklifimizlə vəsaitlərin təyinatının dəyişdirilməsi anlayışına bu yaxınlarda hüquqi status verilməsi gözlənilir. Fikrimizcə, anlayışın tərifinin doğru verilməsi - normativ sənədlərdə təsbit edilməsi anlaşılmazlığın aradan qaldırılmasına və vəsaitlərin təyinatı üzrə istifadəsinə səbəb olacaq.

 

- Hesablama Palatasının apardığı nəzarət tədbirlərində aşkarlanan faktlar, onların xarakteri və başvermə səbəbləri əlaqələndirilərsə, hansı nəticələrə gəlmək olar?

 

- 2018-ci ildə Hesablama Palatasının nəzarət fəaliyyətini illər üzrə qruplaşdırsaq, auditlə əhatə olunmuş vəsaitin 21,1 faizi hesabat ilini, 50,7 faizi 2017-ci ili, qalan 28,2 faizi isə əvvəlki illəri əhatə edir. Keçən ilin nəticələri də göstərdi ki, nöqsanlar əvvəlki illərdəki kimi xarakterikdir. Ən çox yol verilən nöqsanlar əsasən büdcə qanunvericiliyinin pozulması, eləcə də mühasibat uçotunun aparılması, büdcə vəsaitlərinin istifadəsi zamanı satınalmalara cəlb edilməsi və dövlət büdcəsinin investisiya xarakterli vəsaitlərinin xərclənməsində olmuşdur. Nöqsanların baş verməsi, əsasən vəsaitlərin icrası üzrə məsul şəxslərin normativ-hüquqi aktların tələbləri ilə tam tanış olmaması və ya düzgün tətbiq edilməməsi ilə bağlıdır. İkinci bir tərəfdən, təcrübəyə əsaslanıb qeyd edim ki, daxili, həmçinin maliyyə nəzarətlərinin bütün mərhələlərinin güclü olması nöqsan və pozuntuların sayını minimuma endirir.

 

- Məlumdur ki, Hesablama Palatasının əvvəlki hesabatlarında dövlət satınalmalarında yol verilən nöqsanlara geniş yer ayrılmışdır. Ötən ilin hesabatında bu sahədə dəyişikliklər olmuşdurmu?

 

- Təəssüf ki, ötən ilki fəaliyyətimizlə bağlı hesabatda da dövlət satınalmaları sahəsində yol verilən nöqsanların xüsusi çəkisi üstün olmuşdur. Faktlar göstərir ki, büdcə təşkilatları tərəfindən satınalmalar təsdiq olunmuş büdcə göstəricilərinə uyğun aparılmır. Satınalmalar maliyyələşmənin açılması dövründə keçirilir ki, bu da rəqabətsiz satınalma metodlarının sayının artmasına, müqavilə öhdəliklərinin tam yerinə yetirilməməsinə, həmçinin satınalmanın təşkili ilə bağlı çoxsaylı prosedur pozuntularına yol verilməsi ilə nəticələnir. Bundan əlavə, satınalmaların keçirilməsinə cavabdeh komissiyalar həmin işi həyata keçirərkən onun məqsədəuyğunluğunu, nə qədər əsaslı və səmərəli olduğunu araşdırmır, satınalmanın şərtlər toplusunu formal və səthi hazırlayırlar.

 

15 DƏQİQƏYƏ TƏCİLİ PUL KREDİTİ

 

Lakin qeyd etmək lazımdır ki, rəqabətli satınalma metodlarının sayının artması, satınalma qiymətləri ilə orta bazar qiymətləri arasında fərqin azalması, ümumiyyətlə, daha çox büdcə vəsaitinin satınalmaya cəlb olunması kimi müsbət istiqamətdə də dəyişikliklər mövcuddur.

 

- Hesablama Palatasının hazırladığı rəylərdə və digər sənədlərdə müxtəlif istiqamətləri əhatə edən təkliflər, tövsiyələr əks olunur. Lakin həmin təklif və tövsiyələrin nəticəsiz qalması təəssüratı da var.

 

- Bu mövqe ilə razılaşmıram. Bəli, Hesablama Palatasının hazırladığı rəylərdə, kollegiya qərarlarında və digər müxtəlif hesabatlarda dövlət vəsaitlərinin səmərəli, qənaətli və nəticəli istifadəsi, dövlət gəlirlərinin artırılması istiqamətində müxtəlif təklif və tövsiyələr əks olunur. Bundan əlavə, Hesablama Palatası həyata keçirdiyi nəzarət tədbirlərinin nəticəsi olaraq normativ-hüquqi aktlarda müəyyən etdiyi boşluqlar, ziddiyyətlər və təkrarçılıq halları ilə bağlı müvafiq təkliflərini Nazirlər Kabinetinə təqdim edir və bu təkliflər müxtəlif qərarlarda, aidiyyəti qanunlarda nəzərə alınır. Yeri gəlmişkən qeyd edim ki, dövlət borcu ilə bağlı strateji sənədin hazırlanması, eləcə də təbii resursla zəngin bir dövlət olaraq dövlət büdcəsi xərclərinin rasional istifadəsini təmin etmək məqsədini daşıyan büdcə qaydalarının tətbiqi Hesablama Palatasının son 5 ildə öz rəylərində əks etdirdiyi əsas məsələlərdəndir. Həmin təkliflər zamanı gəldikcə nəzərə alınıb, alınır və artıq hər iki istiqamətdə müvafiq addımlar atılıb.

 

Digər bir məsələ də vergilər üzrə artıqödəmə məbləğləri ilə bağlıdır və artıq bununla bağlı addımlar atılır. Hesablama Palatası artıq neçə illərdir ki, həmin məsələyə xüsusi diqqət ayırır. İlin sonunacan istifadə edilməyən vəsaitlərin depozit hesabatlara deyil, vahid xəzinə hesabına köçürülməsi ilə bağlı təkliflər də rəylərimizdə daim vurğulanır. Həmçinin dövlət büdcəsi xərclərinin nəticəliliyinin, səmərəliliyinin qiymətləndirilməsi, zəruri vəsaitlərin əsaslı şəkildə proqnozlaşdırılması üçün xərclərin orta müddətli xərclər çərçivəsində və strateji planlar əsasında hazırlanmasının zəruriliyi də rəylərimizdə qeyd edilir və artıq bu sahədə işlər görülür. Başqa sözlə, təkliflərimiz nəticəsiz qalmır və zamanı gəldikcə müvafiq normativ-hüquqi sənədlərdə istifadə olunur.

 

- Hesablama Palatasının kollegiya qərarlarının icrasının nəticəsiz qalmaması və təkliflərinizin əhəmiyyətinin və tətbiqinin artırılması üçün daha nələr etməyi nəzərdə tutursunuz?

 

- Bu, bütün ölkələri ali audit qurumlarının və beynəlxalq təşkilatların daim diqqətində olan məsələdir. Sözügedən məsələ üzrə müxtəlif ölkələrdə müxtəlif yanaşmalar mövcuddur və bu yanaşmalar qərarların tövsiyə xarakterli olmasından icbariliyə qədər dəyişir. "Hesablama Palatası haqqında” qanuna əsasən, palata kollegiyasının qəbul etdiyi qərarların icrası kənar dövlət maliyyə nəzarətinin obyektləri tərəfindən təmin edilməli və görülmüş tədbirlər barədə qərarların onlara çatdığı gündən etibarən bir ay müddətində məlumat verilməlidir. Həmçinin qanunla qərarların əsassız olaraq icra edilməməsi həmin obyektin xəzinə və bank hesabları üzrə (müdafiə olunan xərc maddələri istisna olmaqla) əməliyyatların dayandırılması barədə müvafiq xəzinə orqanlarına, müvəkkil banklara Hesablama Palatasının kollegiyasının qərarı əsasında təqdimatların verilməsi nəzərdə tutulur. Bu, Hesablama Palatasının kollegiya qərarlarının icra səviyyəsinə təsir edir və hesabat ilində biz bunun müsbət təsirini görürük. Eyni zamanda, Hesablama Palatası daim və mütləq şəkildə sərt tədbirlərin görülməsinə çalışmır. Çünki bəzən müəyyən qərarların icrası üçün zaman tələb olunur.

 

SIĞORTASIZ VƏ KOMİSSİYASIZ TƏCİLİ PUL KREDİTİ!

 

Qeyd etmək lazımdır ki, təkliflərimiz əsasən büdcə qanunvericiliyi və vəsaitlərinin icrası ilə bağlı müxtəlif sahələr üzrə aktların təkmilləşdirilməsi ilə bağlı olur. Burada da məqsəd vəsaitlərin səmərəli və nəticəli istifadəsini, hesabatlılıq və şəffaflığın gücləndirilməsini təmin etməkdir.

 

Hesablama Palatası təkliflərin və nəzarət tədbirlərinin nəticələrinin müvafiq qurumlarla geniş müzakirə edilməsinə daim hazırdır. Düşünürəm ki, belə müzakirələrin təşkili və bunun əsasında müvafiq qərarların qəbulu daha müsbət nəticələr əldə edilməsinə xidmət etmiş olar. Eyni zamanda, Hesablama Palatasının dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələri və icrası ilə bağlı hazırladığı rəylər geniş təhlillərə əsaslanır və dövlət vəsaitlərinin əsaslı proqnozlaşdırılması, qənaətli və nəticəli istifadəsi məqsədi daşıyan və burada müxtəlif istiqamətləri əhatə edən tövsiyələr əks olunur. Həmçinin millət vəkillərinin bu rəylərdən daha çox faydalanması da büdcə müzakirələrinin və dövlətin strateji prioritetlərinə əsaslanan büdcə qanunvericiliyinin qəbulunun daha məhsuldar olmasına töhfə verərdi.

 

- Qanunun və hüquqi-normativ aktların pozulması və uyğunsuzluqlar aşkar olunduqda audit olunan obyektlərlə əlaqələrinizi necə tənzimləyirsiniz?

 

- Əvvəla onu deyim ki, nəzarət tədbirləri zamanı aşkarlanan nöqsanlar müxtəlif xarakterli olur. Amma istənilən halda qanunvericiliyin tələblərinin icrası vəzifəmizin ən əsas tələbidir. Bu baxımdan Hesablama Palatası nəzarət obyektləri ilə sıx əməkdaşlıq edir və həmin əməkdaşlıq təkcə tədbir prosesi ilə məhdudlaşmır. Audit olunan qurumlar Palatanın qərarlarının, verilən tapşırıqların icrasına məsuliyyət daşıyırlar və bu qərarlar icra olunmadığı halda, cərimələrin tətbiq edilməsindən tutmuş qurumun hesabının bağlanılmasınadək qanunvericilik çərçivəsində tədbirlər görülür.

 

Hesablama Palatası haqqında qüvvəyə minmiş yeni qanun, həmçinin qəbul edilmiş kollegiya qərarlarının icra vəziyyətini yerində izləmək məqsədini daşıyan monitorinq fəaliyyətini də nəzərdə tutur ki, 2019-cu ilin ilk rübündə artıq bu istiqamətdə bir neçə nəzarət tədbiri həyata keçirilmişdir. Beynəlxalq standart və təcrübə də nəzarət tədbirlərinin nəticələrinin sonadək izlənməsini nəzərdə tutur. Onu da qeyd edim ki, cari il bu iş davam etdiriləcək. Ümumiyyətlə bildirim ki, kənar dövlət maliyyə nəzarətinin obyektləri tərəfindən Hesablama Palatasının kollegiya qərarları ilə müəyyən edilmiş məsələlərə daha çevik və nəticəli yanaşma meyli müşahidə olunur.

 

- Kənar dövlət maliyyə nəzarəti orqanları həm də korrupsiya əleyhinə aktiv fəaliyyət göstərən qurumlar hesab olunur. Bu sahədə Hesablama Palatasının fəaliyyəti barədə nə deyə bilərsiniz?

 

- Beynəlxalq təcrübəyə uyğun olaraq biz bu sahədə bir neçə istiqamətdə fəaliyyət göstəririk. İlk növbədə büdcə qanunvericiliyi bazasının təkmilləşdirilməsi ilə bağlı müxtəlif təkliflər veririk. Məlum olduğu kimi, qanunvericilikdə boşluqlar, təkrarçılıq və ya ziddiyyətlər korrupsiyaya yol açan əsas amillərdən hesab edilir və bizim təkliflərimiz əsasən bu halların aradan qaldırılması ilə bağlı olur. Hesabat ilində bizim çoxlu sayda təkliflərimiz həm dövlət büdcəsi ilə bağlı Hesablama Palatasının rəylərində əks olunmuş, həm də mərkəzi icra hakimiyyəti orqanlarına göndərilmişdir.

 

İkinci istiqamət nəzarət tədbirləri zamanı müəyyən edilmiş nöqsanları əhatə edir. Büdcə vəsaitlərinin müvafiq qaydada istifadə olunmaması hallarına rast gəldikdə, başqa sözlə, inzibati xəta və ya cinayət tərkibli əməllər müəyyən olunduqda aidiyyəti sənədlər prokurorluq orqanlarına göndərilir. Keçən il Hesablama Palatası 8 tədbirin nəticələri ilə bağlı məlumatları prokurorluq orqanlarına və 1 tədbir üzrə məlumatı isə Dövlət Təhlükəsizlik Xidmətinə göndərmiş, araşdırılması prokurorluq orqanları tərəfindən başlanılmış bir iş üzrə materiallar isə müvafiq sorğu əsasında təqdim olunmuşdur.

 

Üçüncü istiqamət hesabatlılıq və şəffaflığın yüksəldilməsi ilə bağlı addımlardır ki, nəzarət tədbirlərində qurumların bu sahədə fəaliyyətinin gücləndirilməsi məqsədilə təkliflər hazırlanır. Ümumiyyətlə qeyd edim ki, Hesablama Palatası olaraq biz də fəaliyyətimizdə hesabatlılıq və şəffaflığın yüksəldilməsi üçün daim müxtəlif tədbirlər həyata keçiririk.

 

- Beynəlxalq təşkilatlar fəaliyyətinizi qiymətləndirərkən nələrə xüsusi diqqət etməyi və hansı sahədə fəaliyyəti gücləndirməyi tövsiyə edir?

 

- Ümumiyyətlə, kənar dövlət maliyyə nəzarəti orqanlarının fəaliyyətinin qiymətləndirilməsi zamanı beynəlxalq təşkilatlar eyni metodoloji yanaşmanı tətbiq edirlər. Bizim Hesablama Palatasının fəaliyyətinin qiymətləndirilməsi son olaraq 2015-ci ildə Açıq Büdcə İndeksi üzrə hesabatda əks etdirilmişdir və qeyd edim ki, bu hesabatda mövqeyimiz kifayət qədər qənaətbəxşdir.

 

AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ

 

Bununla yanaşı, fəaliyyətimiz tətbiq edilən bir sıra beynəlxalq tələblərə hələ də tam cavab vermir və bu, əsasən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının xərclərinin nəzarət fəaliyyəti ilə əhatə edilməsinə qoyulan tələbdir. Qeyd edim ki, sözügedən sahədə daha yaxşı mövqe nümayiş etdirmək üçün xərclərin ən azı 50 faizinin auditlə əhatə edilməsi tələb olunur. Həmçinin fəaliyyətlə bağlı hesabatı cəmiyyətin bütün təbəqələrinə əlçatan etmək məqsədilə daha sadə dildə tərtib olunmuş vətəndaş versiyasının hazırlanması, bu yanaşmanın Hesablama Palatasının dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının büdcələri ilə bağlı hazırladığı rəylərə də şamil olunması tövsiyə edilir.

 

Qeyd edilən hər bir istiqamət üzrə konkret tədbirlər görürük. Aparılan qiymətləndirmələr, eyni zamanda, Hesablama Palatasının təkliflərinin hökumətin hesabatında əks etdirilməsini nəzərdə tutur və bu olmadığı halda qiymətləndirmə aşağı olur. Biz 2018-ci il üzrə hesabatda təqdim etdiyimiz təkliflərə mərkəzi icra hakimiyyəti orqanlarının münasibəti ilə bağlı ətraflı məlumat daxil etmişik. Lakin bu, həmin istiqamətdə qiymətləndirməyə təsir göstərmir, çünki qeyd etdiyimiz kimi, mərkəzi icra hakimiyyəti orqanlarının münasibəti ilə bağlı məlumatın həmin orqanların hesabatında dərc edilməsi tələb olunur. Eyni zamanda, nəzarət tədbirlərinin nəticələri ilə bağlı görülmüş işlər barədə məlumatların nəzarət obyektləri tərəfindən təqdim edilməsi qiymətləndirmədə qoyulan əsas tələblərdəndir və burada da digər qurumların belə məlumatı təqdim etməməsi Hesablama Palatasının mövqeyinə təsir edir.

 

- Bilirik ki, Hesablama Palatasının 2018-2020-ci illəri əhatə edən Strateji İnkişaf Planında üç il ərzində görüləcək işlər müəyyənləşib. Həmin işlər çərçivəsində fəaliyyətinizin gücləndirilməsi üçün qarşıdakı dövrdə hansı istiqamətləri daha vacib hesab edirsiniz?

 

- Strateji İnkişaf Planı (SİP) 5 əsas məqsədi əhatə edir və bu məqsədlər müasir dövrün çağırışlarına uyğun şəkildə müəyyən olunmuşdur. Buraya audit funksiyasının gücləndirilməsi, o cümlədən İT auditinin tətbiqi, beynəlxalq standartların öyrənilməsi, kadr potensialının gücləndirilməsi, hazırlanan rəylərin məzmun və keyfiyyət baxımından təkmilləşdirilməsi və s. aid edilmişdir. Qeyd edim ki, cari SİP əsas fəaliyyət indikatorlarını da müəyyən edir və bu indikatorlar hər bir məqsəd üzrə əldə olunmuş nəticələri qiymətləndirmək imkanı verir. Bu yanaşma məqsədə çatmaq istiqamətində mövcud durumun dəyərləndirilməsinə və müvafiq qərarların qəbul edilməsinə də şərait yaradır.

 

Həmçinin qeyd edim ki, Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı olan INTOSAI son dövrlərdə Fəaliyyətin Qiymətləndirmə Çərçivəsinin tətbiqini tövsiyə edir. Bu çərçivə kənar dövlət maliyyə nəzarəti orqanının fəaliyyətinin ayrı-ayrı aspektlərinin qəbul edilmiş standartlara nə dərəcədə yaxın olmasını qiymətləndirməyi nəzərdə tutur. Həmin qiymətəndirmədən sonra isə strateji planınların hazırlanması tövsiyə edilir. Biz də bu fəaliyyətə qoşulmuşuq. Bu işin sonunda daha konkret prioritetlər müəyyən ediləcək. Ümumiyyətlə, bizim üçün birinci dərəcəli əhəmiyyətə malik məsələlər kadr potensialının gücləndirilməsi, təkmil audit vərdiş və bacarıqlarının aşılanması, geniş məlumat bazasından istifadə istiqamətində bacarıqların əldə edilməsi, metodoloji sənədlərin hazırlanmasıdır.

 

- Bir az da builki fəaliyyətiniz barədə məlumat verməyinizi xahiş edirik.

 

- Cari ilin iş planının hazırlanması Hesablama Palatası haqqında yeni qanunun qüvvəyə mindiyi dövrə təsadüf etmişdir və bu planda yeni qanunla müəyyən edilmiş bir sıra məsələlər öz əksini tapmışdır. Yəni əvvəlki illərdə aparılan auditlər zamanı biz İT auditi və səmərəlik auditinin elementlərindən istifadə edirdiksə, artıq cari ildə hər iki istiqamətdə beynəlxalq təcrübəyə uyğun nəzarət tədbirlərinin keçirilməsi planlaşdırılmışdır. Eyni zamanda, qəbul edilən kollegiya qərarlarının icrasına nəzarət funksiyasını daşıyan və kənar dövlət maliyyə nəzarəti tədbiri olan monitorinqlər də iş planına daxil edilmişdir. Qeyd edim ki, ilin birinci rübündə artıq bir neçə monitorinq başa çatdırılmışdır.

 

Məlum olduğu kimi, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə müxtəlif sahələri əhatə edən genişmiqyaslı islahatlar həyata keçirilir, əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edən mühüm qərarlar qəbul olunur. Bu baxımdan dövlət başçısı tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi ilə bağlı maliyyə nəzarəti tədbirlərinin gücləndirilməsi də fəaliyyətimizin əsas istiqamətidir.

 

Müsahibəni apardı: Raqif Məmmədov

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© "Azərbaycan”

02.04.2019 05:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ