AZAL Prezidenti bir sıra mühüm danışıqlar aparıb
AZAL Prezidenti Cahangir Əsgərov Le Burjedə “Paris Air Show 2019” beynəlxalq aviasiya-kosmik salonunun işində iştirak etmiş, orada bir sıra mühüm danışıqlar aparmışdır.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, “Paris Air Show” kosmik salonu aviasiya və kosmonavtika sahəsində dünya istehsalçılarının müasir məhsullarını nümayiş etdirən ən mühüm və nüfuzlu beynəlxalq sərgilərdən biri və dünyanın ən yaşlı aviasalonudur.
Cahangir Əsgərovun “Boeing Commercial Airplanes”-in prezidenti və baş icraçı direktoru Kevin Makalisterlə görüşündə “Boeing” və AZAL arasında tərəfdaşlıq və dostluq münasibətləri yüksək qiymətləndirilmişdir. Tərəflər "Azərbaycan Hava Yolları"na və “Silk Way” aviaşirkətinə yeni geniş füzelyajlı təyyarələrin tədarükünə dair əldə olunmuş razılaşmalara sadiqliyini təsdiqləmişdirlər.
AZAL prezidenti Azərbaycanın Fransadakı Fövqəladə və Səlahiyyətli Səfiri Rəhman Mustafayev ilə birgə “Azərbaycan Hava Yolları”nın möhkəm tərəfdaşlıq münasibətlərinə malik olduğu “Thales Group” şirkətinin baş vitse-prezidenti Erve Dammann ilə məhsuldar danışıqlar keçirmişdir. Tərəflər Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) açılmasından məmnunluq ifadə etmişdirlər. Azərbaycanda “Thales” şirkətinin məhsullarının istehsalı üzrə birgə müəssisənin yaradılması barədə fikir mübadiləsi aparılmışdır.
Həmçinin Cahangir Əsgərov “L3 Commercial Aviation Solutions” şirkətinin prezidenti Alan Koruford ilə danışıqlar aparmışdır. Danışıqlar zamanı tərəflər müxtəlif tipli təyyarələr üçün yeni trenajor komplekslərinin tədürükü məsələsini müzakirə etmişdirlər. Bundan əlavə, “L3 Technologies” şirkəti “Azərbaycan Hava Yolları” aviaşirkətinə personalın hazırlığı, uçuş imitasiya kompleksləri, habelə kombinə edilmiş nəzəri və interaktiv tədris proqramları sahəsində ən müasir texnologiyaları təqdim edə bilər.
“Paris Air Show 2019” sərgisi çərçivəsində keçirilən əlamətdar tədbirlərdən biri dünyanın ən yaxşı aviaşirkətlərinin mükafatlandırılması mərasimi - “World Airline Awards” olmuşdur. Aviaşirkətlər və hava limanlarının xidmət keyfiyyətinin qiymətləndirilməsi üzrə aparıcı agentlik “Skytrax” ardıcıl olaraq ikinci il “Azərbaycan Hava Yolları”nı Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkət elan etmişdir.
“Bu mükafatın təkrar alınması uçuşlarımızda sərnişinlərə təklif edilən xidmətlərin yüksək keyfiyyətinin ən yaxşı sübutudur. “Skytrax World Airline Awards” mükafatları mülki aviasiyada fərqlənmə nişanı hesab edilir. Mən AZAL-ın bütün sərnişinlərinə bizə göstərdiyi etimada, aviaşirkətin bütün əməkdaşlarına isə yüksək xidmət keyfiyyətini təmin etdiyinə görə minnətdarlığımı bildirmək istəyirəm", - AZAL-ın prezidenti Cahangir Əsgərov bildirmişdir.
“Təyyarə göyərtəsində və hava limanı obyektlərində xidmət standartlarının təkmilləşməsi ilə, “Azərbaycan Hava Yolları”nın sərnişinləri aviaşirkətin keyfiyyət artımını müşahidə etməyə davam edirlər. Müştərilər tərəfindən yüksək qiymətləndirilmək “Azərbaycan Hava Yolları”nın aparıcı heyətinə böyük etimadı göstərir” - “Skytrax”ın Baş Direktoru Edvard Pleysted qeyd etmişdir.
Xatırladaq ki, “Skytrax”ın son auditinin nəticələrinə görə, AZAL həmçinin nüfuzlu 4 ulduzlu aviaşirkət statusunu təsdiqləmişdir.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları” yaxın gələcəkdə Asiya bazarında öz fəaliyyətini əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırır. İyunun 25-dən etibarən Bakıdan Hindistanın paytaxtı - Dehli şəhərinə birbaşa aviareys açılacaq. Həmçinin digər ölkələrə də yeni istiqamətlər açılacaq.
“Skytrax” auditləri göstərilən xidmətlərin keyfiyyəti və işçi heyətinin iş standartlarını əhatə edən 800-dən çox meyarı əhatə edir. Bütövlükdə aviaşirkətin saytı, saytda məlumatın təqdim olunması, aviabiletlərin onlayn bronlaşdırılmasının rahatlığı və digər xidmətlər kimi sərnişinlər üçün mühüm olan aviaşirkətin məhsul komponentləri qiymətləndirilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
8 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)


.jpg)


