“Bakı Metropoliteni” böyük zərər açıqladı
“Bakı Metropoliteni” QSC 2018-ci ili 54 milyon 871 min manat zərər ilə başa vurub. Bu, əvvəlki illə müqayisədə 11,75% azdır. Belə ki, QSC 2017-ci ili 62 milyon 180 min manat zərər ilə bağlamışdı.
"Marja" dövlət şirkətinin ilik hesabatına istinadən xəbər verir ki, ötən ilki zərər daxil “Bakı Metropoliteni”nin yığılmış zərəri 426 milyon 610 min manata çatıb.
SƏRNİŞİNDAŞIMADAN GƏLİRİ ARTIB
Ötən il “Bakı Metropoliteni” sərnişindaşımadan 54 milyon 186 min manat gəlir əldə edib. 2017-ci illə müqayisədə 2018-ci ildə sərnişindaşımadan gəlirlər 9 milyon 864 min manat və ya 22,2% artıb. 2017-ci ildə sərnişindaşımadan gəlirlər 44 milyon 322 min manat təşkil etmişdi. Xatırladaq ki, Tarif Şurasının qərarına əsasən 2018-ci ilin Avqust ayının 1-dən etibarlı olmaqla metro sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 20 qəpikdən 30 qəpiyə qaldırılmışdır.
Eyni zamanda, ötən il “Bakı Metropoliteni” büdcədən 48 milyon 800 min manat subsidiya alıb (2017-ci ildə büdcədən 45 milyon manat subsidiya almışdı), 5 milyon 763 milyon manat sair gəlirlər əldə edib.
Ötən il də xərclər gəlirləri üstələdiyindən “Bakı Metropoliteni” zərərdən çıxa bilməyib. 2018-ci ildə “Bakı Metropoliteni” QSC-nin 108 milyon 749 min manat cəmi gəlirlərinə qarşılıq cəmi xərcləri 163 milyon 620 min manat təşkil edib. Bu səbəbdən 54 milyon 871 min manat zərər yaranıb.
Hesabatda ödənilməmiş zərərin artması belə şərh olunub:
“Bakı Metropoliteni” QSC üzrə qeyd olunmuş zərər əsasən istismar fəaliyyəti üzrə yaranır. Cəmiyyətin Əsaslı tikinti fəaliyyəti Dövlət büdcəsindən əsaslı tikinti üçün ayrılan vəsait hesabına saxlanılır və onların bütün məsrəfləri ilin sonunda tikinti obyektləri üzrə xüsusi çəkisinə uyğun olaraq müvafiq tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılmasına aid edilir, bu səbəbdən də Əsaslı tikinti fəaliyyəti ilə bağlı məsrəflər (xərclər) müəssisə üzrə Mənfəət və Zərərin yaranmasına demək olar ki heç bir təsir etmir.
Ötən bir neçə ildə zərərlərin artması illər ərzində alınmış yeni avadanlıqların və tamamlanmış əsaslı tikinti obyektlərinin istismara verilməsi ilə bağlıdır (nəticədə amortizasiyaayırmalarının artması ilə):
- 2012-ci il - “Koroğlu” stansiyası yenidənqurmadan sonra istismara verilib;
- 2013-cü il – "28 May" stansiyası üçün 4 ədəd yeni eskalator alınıb, quraşdırılıb və istismara verilib;
- 2014-cü il – "Texnoloji korpus” istismara verilib;
- 2015-ci il – 15 ədəd yeni metro vaqonlar alınıb istismara buraxılıb;
- 2016-cı il – “Avtovağzal”, “Memar Əcəmi-2” stansiyası və "Elmlər Akademiyası"stansiyasının II çıxışı istismara verilib.
- 2017-ci il - “Vaqonların əsaslı təmir bazası”nın yaradılması üzərində mühüm işlər görülmüşdür, istismar olunan bütün stansiyalarda mərkəzi dispetçer nəzarəti, avtomatik idarəetməsi olan qatarların istiqamət göstəriciləri sistemi tətbiq edilmişdir. “Nizami” stansiyasında restavrasiya işləri başa çatdırılmışdır.
- 2018-ci il - “Sahil” stansiyasının əsaslı təmiri başa çatdırılmış və iyul ayında sərnişinlərin istifadəsinə verilmişdir. “Depo 2” yarımstansiyasının və “Vaqonların əsaslı təmiri sexi”nin tikintisi başa çatdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
17 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
15 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
1 gün əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 1 gün əvvəl
-
1 gün əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
1 gün əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 1 gün əvvəl
-
1 gün əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
1 gün əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
1 gün əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
1 gün əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək





























