Azərbaycanda beynəlxalq qurumun ilk istiqraz buraxılışına PAŞA Bank xidmət göstərir
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanın aparıcı korporativ bankı - PAŞA Bankın dəstəyi ilə ölkənin kapital bazarlarında milli valyutada istiqrazların buraxılışını həyata keçirəcəkdir.
PAŞA Bankın yaydığı məlumatda bildirilir ki, sözügedən emissiya beynəlxalq maliyyə institutu tərəfindən Azərbaycanda həyata keçiriləcək ilk istiqraz buraxılışı kimi tarixə düşəcək. Bu emissiyanın həyata keçirilməsində əsas məsləhətçilik xidmətlərini PAŞA Bank göstərir. İnvestorlar tərəfindən QDTİB-nin sözügedən kağızlarına göstərilən ilkin maraq emissiya həcmini bir neçə dəfə üstələmişdir.
İstiqraz buraxılışı bu ilin avqust ayının 1-də baş tutacaq və açıq auksion metodu ilə həyata keçiriləcək. Emissiyanın şərtləri aşağıdakı kimidir:
Ümumi həcm 10,000,000 AZN
Kupon faizi (illik) 9.25%
Kupon ödənişi Rüblük
Bir istiqrazın nominal dəyəri 1000 AZN
PAŞA Bank haqqında
2007-ci ildə yaradılmış PAŞA Bank kapital səviyyəsinə görə Azərbaycanın ən iri özəl bankıdır. Bankın investisiya bankçılığı xidmətləri borc və səhm kapitalının cəlb olunması, istiqrazların ilkin bazarda yerləşdirilməsi, birləşmələr və qoşulmalar, sindikatlaşdırılmış kreditlərin təşkil olunması və kredit reytinqinin təyin olunması və artırılması üzrə məsləhətçilik xidmətlərini əhatə edir. Son illər ərzində PAŞA Bankın investisiya bankçılığı istiqamətində və yerli kapital bazarının inkişafı istiqamətində apardığı işlərin nəticələri yüksək qiymətləndirilir və 2017-2018-ci illərdə Bank "EMEA Finance" nüfuzlu beynəlxalq maliyyə nəşrinin "Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı" nominasiyası üzrə beynəlxalq mükafatına layiq görülmüşdür.
QDTİB haqqında
Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycan da daxil olmaqla, 11 üzvü olan ölkələr tərəfindən yaradılmış beynəlxalq maliyyə qurumudur. QDTİB qərargahı Yunanıstanın Saloniki şəhərində yerləşir. QDTİB-ın əsas fəaliyyət istiqaməti Qara dəniz regionu ölkələrində regional əməkdaşlığın gücləndirilməsi və iqtisadi inkişafına töhfə verməsinə yönəlib. Bankın nizamnamə kapitalı 3.45 milyard avro təşkil edir. QDTİB "Standard and Poor's" agentliyi tərəfindən uzunmüddətli "A-" reytinqinə və "Moody's" agentliyi tərəfindən "A2" reytinqinə layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
23 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 d. əvvəl
- 23 d. əvvəl
- 37 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Ən çox oxunanlar
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb























