BFB törəmə alətlər bazarını dövriyyədən çıxardı, azalmadan artıma keçdi
İyul ayından etibarən Bakı Fond Birjasının (BFB) ticarət dövriyyəsinə Törəmə alətlər bazarı (foreks) üzrə əqdlərin həcmi daxil edilmir.
“Marja” xəbər verir ki, Birja, hesabatlılıq formasının hazırlanması üzrə beynəlxalq təcrübəni nəzərə alaraq aylıq dövriyyə göstəricilərini yeni formatda təqdim etməyə başladığını açıqlayıb.
2019-cu il yanvar-iyun ayları ərzində Bakı Fond Birjasında bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 8 milyard 883 milyon 618 min manat təşkil etmişdi. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 24,3% az idi. Azalmanın əsas səbəbi törəmə alətlər bazarında əqdlərin həcminin 3,2 dəfə azalaraq 4 milyard 850 milyon manatdan 1 milyard 487 milyon manata düşməsi ilə bağlı idi.
Yanvar-iyul ayları üzrə cəmi dövriyyəyə Törəmə alətlər bazarı üzrə əqdlər daxil edilmədiyindən, Birjada 2019-cu ilin ilk yeddi ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 8 milyard 682 milyon 804 min manat təşkil edib. Bu, ötən ilin 7 ayına nəzərən 14.4% çoxdur.
Göründüyü kimi, İyun ayında mənfidə olan müqayisəli yekin, İyulda müsbətə keçib.
Həmçinin BFB-nin dövriyyəsinin müqayisəli cədvəlində “Pay bazarı” və “Borc Alətləri Bazarı” sektorları birləşdirilərək “Korporativ qiymətli kağızlar” sektoru adı altında təqdim edilir. Səhm və istiqraz bazarları bu sektora daxildir.
2019-cu ilin Yanvar-İyul aylarında Azərbaycanın 8 milyard 683 milyon manatlıq qiymətli kağızlar bazarının 87,4%-i (7 milyard 585 milyon manatı) dövlət qiymətli kağızları (Mərkəzi Bankın notları, Maliyyə Nazirliyinin istiqrazları) ilə bağlı olub.
2019-cu ilin Yanvar-İyun aylarında 8 milyard 884 milyon manatlıq qiymətli kağızlar bazarının 75%-i (6 milyard 656 milyon manatı) dövlət qiymətli kağızları ilə bağlı idi. Yeni hesabatlılıq formasına keçid nəticəsində, İyun ayı ilə müqayisədə İyulda dövlət qiymətli kağızları bazarı 929 milyon manat artıb. Bu artım, dövriyyədən 1 milyard 487 milyon manatlıq törəmə alətlər bazarının çıxarılmasının böyük bir hissəsini kompensasiya edib.
Aşağıda Yanvar-İyun və Yanvar-İyul ayları üzrə BFB-nin dövriyyəsinin müqayisəli cədvəlləri verilib.


Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat sonra
- 45 d. əvvəl
-
13 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
























