100 min manat gözləyirdilər, 10 min manat təklif etdilər
"Holcim Azərbaycan" ASC-nin dividend və səhmlərin baha qiymətə alınmasını tələb edən fiziki şəxs səhmdarlarına təklif gəlib.
“Marja”nın əldə etdiyi məlumata görə, səhmdarlardan 186 səhmdən ibarət 1 səhm paketini 10 min manatdan almaq istəyənlər var.
Səhmdarlar bu məbləği rədd edirlər, onlar səhmləri minimum 100 min manata satacaqlarını bildirirlər.
Xəbər verdiyimiz kimi, sement istehsalçısı “Holcim-Azərbaycan” ASC-nin bir qrup fiziki şəxs səhmdarı səhmlərə dividend ödənilməsini və səhmlərin yüksək qiymətə alınmasını tələb edirlər. “Holcim-Azərbaycan” ASC-nin fiziki şəxslərdən səhmləri almağa hazır olduğu və bu məqsədlə vəsait ayrıldığı bildirilir. Digər bir məlumata görə, artıq “Holcim-Azərbaycan” səhmlərin alınması üçün investisiya şirkətlərindən biri ilə (broker ilə) müqavilə bağlayıb.
4 səhmdar digər səhmdarların adından "Holcim Azərbaycan" ASC ilə danışıqlar aparır. Səhmdarların hüquqlarını müdafiə erdənlər digər səhmdarlara səhmləri 100 min manatdan aşağı satmamağı məsləhət görürlər.
SƏHMLƏR BAHALAŞIB
Sentyabrda "Holcim Azərbaycan" səhmi 45% bahalaşıb. Avqustun sonunda Bakı Fond Birjasında “Holcim-Azərbaycan” ASC-nin 1 səhmi 20 manata alınıb, 21 manata satılırdı. Bu gün Bakı Fond Birjasında "Holcim Azərbaycan" səhminin alış qiyməti 29 manat, satış qiyməti isə 30,45 manatdır.
Səhmin nominal qiyməti 20 manatdır.
Özəlləşdirmə zamanı keçmiş “Qaradağ - Sement” ASC-nin (hazırda "Holcim Azərbaycan" ASC) bir çox işçilərinə 1 özəlləşdirmə çeki qarşılığında 186 ədəd səhm verilib. Hazırda əksəriyyəti Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan fiziki şəxs səhmdarlardan çoxu 186 ədəd səhmə sahib olduqlarını təsdiq edən Depo Hesabından çıxarışa malikdirlər. Bugünkü qiymətlər ilə, 1 səhm paketinin (Depo Hesabından çıxarışın) qiyməti 5394 manatdır. Ötən ayın sonunda qiymət 3720 manat idi
Səhm paketinə təklif edilən 10 min manat 1 səhmə bazar qiymətindən 1,8 dəfə yüksək qiymət (53,7 manat) qoyulduğuna işarədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















