Gürcüstandan qanunsuz gətirib Bakıda satırmışlar - evin həyətinə yığarkən saxlanıldılar
Gömrükçülər xeyli miqdarda aksiz markasız alkoqollu içki və tütün məmulatının realizə edilməsinin qarşısını alıblar.
Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə Gürcüstandan ölkəmizə qanunsuz yollarla gətirilən alkoqollu içkilərin davamlı şəkildə Bakı şəhəri ərazisində bir qrup şəxs tərəfindən realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.
Həmin məlumat əsasında Bakı şəhərinin Səbail rayonu, Badamdar qəsəbəsindəki 1-ci yaşayış massivində əməliyyat-axtarış tədbirləri keçirilib. Bu zaman ərazidə yerləşən evin qarşısındakı "Ford Tourneo Connect" markalı avtomobildən müxtəlif növ alkoqollu içkilərin həmin evin həyətinə daşınması müşahidə edilib.
Avtomobilin sürücüsü Xankişiyev Zaur Vəzirağa oğlu və Ənvərli Elgün Tahir oğlu alkoqollu içkiləri evin həyətinə yığarkən saxlanılıblar. Avtomobildə isə aksiz markasız 161 ədəd müxtəlif markalı və həcmli alkoqollu içki aşkar edilərək götürülüb.
Bununla belə, əməliyyat-axtarış tədbirləri davam etdirilib. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə Badamdar qəsəbəsi, 1-ci yaşayış massivindəki sözügedən ünvana baxış keçirilib. Bu zaman evin həyətindəki ikiotaqlı tikilinin saxlanc otağında, tikilidəki məişət əşyalarının içərisindən və torpaq sahəsində basdırılmış şəkildə aksiz markasız müxtəlif adda və həcmdə 1286 ədəd alkoqollu içki, evin damında isə aksiz markasız müxtəlif adda 20.600 ədəd siqaret aşkar olunub.
Aşkar olunan külli miqdarda alkoqollu içki və tütün məmulatının ümumi dəyəri təxminən 300 min manatdır.
Əməliyyat-axtarış tədbirləri nəticəsində, ölkə ərazisinə qanunsuz yollarla gətirilən aksiz markasız alkoqollu içkilərin realizə olunması işinə rəhbərlik edən Bakı şəhər sakini Tamrazov Cəbrayıl Hüseyn oğlu ifşa edilərək təhqiqata cəlb olunub.
Hazırda isə üzərində Azərbaycan Respublikasına məxsus aksiz markası olmayan məhsulların satış məqsədilə saxlanılması əməllərini törədən digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır



















